Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

 
    
Адил Ъямил
  
 
 
194
 
DAŞ HAQQINDA DÜŞÜNCƏLƏR 
 
Torpaqdımı daşın kökü, 
Daşın nəsli hardan başlar? 
Düşünürəm, elə bəlkə 
Daş dövründən gəlib daşlar. 
 
İldırımlar qoparmayıb 
Bu torpaqda bitən daşı. 
İnsan yoxkən daşlar olub 
Yer üzünün vətəndaşı. 
 
Bu torpağa ömür qıyan 
Bizdən əvvəl daş olubdur. 
Baxıb vətənin daşına 
İnsan vətəndaş olubdur… 
 
Bir məramlı yolçulara 
Nədənsə «yoldaş» dedilər. 
Bir qarından çıxanlara 
Nədənsə «qardaş» dedilər. 
 
Közərtili, qızartılı 
Ocaq daşı, od daşı var. 
Yer üzünün daş yaddaşı, 
Yaddaşların yad daşı var. 
 
Yaman gündə sipər olub 
Bu torpağın bürcü, daşı. 
Həsrət çəkən iki qəlbi 
Qovuşdurub elçi daşı. 
 


Сечилмиш ясярляри
  
 
 
195
Ulu babam keçmişimi 
«Daş» fırçayla daşa çəkib. 
Bu dünyadan gedəndə də 
İnsan daşı başa çəkib… 
 
Deməyin ki, bu daşların 
Damarında qan işləməz. 
Daş urzalı, urvalıdır — 
Daşsız dəyirman işləməz… 
 
Daş ömrünə bələd olub 
Bu daşları daşımışıq; 
Daş üstdə daş evə dönüb - 
Daş içində yaşamışıq… 
 
Şan-şöhrətli şəhərlərin 
Daş naxışlı küçəsi var. 
Daş köksündən bulaq çıxır, 
Daşda qızıl külçəsi var… 
 
Ömrümüzə-günümüzə 
Gün calayıb daş beləcə. 
Gözlərimin yaddaşında 
Daş qalaydı kaş beləcə… 
 
Heyiflər ki, belə deyil
Belə deyil daş başatan. 
Bəzən daşı gözdən salır 
Çəpərimə o daş atan… 
 
Bəzən «daşa dəyir» başım, 
Bəzən çörək «daşdan çıxır». 
Belə vaxtlar insan ağlı 
Havalanıb başdan çıxır. 
 


 
    
Адил Ъямил
  
 
 
196
O zaman ki, daşqəlblilər 
Yollarımı daşa salır, 
Gecəm keçir… yuxum köçür
Kirpiyimdən daş asılır… 
 
İstəyirəm bu daşları 
O daşlarla daşa basım — 
Yolumuzda qara daşlar 
Fürsət tapıb yaşamasın… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
197
 
KÖNLÜMÜN SEVİNCİ, QƏMİ BU TORPAQ 
 
Marağa üzündən, Təbriz gözündən 
Hələ öpməmişəm, öpəsiyəm mən. 
Ayağım dəyməyən o torpaqları 
Həsrətli gözümə təpəsiyəm mən. 
 
Çəkilmir başından duman xalqımın, 
Günlərdən Gün payı uman xalqımın… 
Qoynu qasırğalı ümman xalqımın 
Küləklər sovuran ləpəsiyəm mən. 
 
Yaylağım qovuşmaz, yaylam bitişməz, 
Baharı gətirən bayram bitişməz… 
İki parçalanmış laylam bitişməz - 
Bölünmüş beşiyin körpəsiyəm mən. 
 
Qaradağ, Qarabağ — qədim mahalım, 
Al sınıq könlümü, qoyma yuxalım. 
Yetər Savalana, yetər bu halım — 
Yurdumun niskilli Kəpəziyəm mən. 
 
Yaramı açmayın - aranı açın, 
Qəribdir qardaşım, yalqızdır bacım… 
Bu tayda göyərən yaşıl ağacın 
O tayda qaralan kölgəsiyəm mən. 
 
Ömrümdən-günümdən baxan Arazdır, 
Araz aramızdan axan Arazdır. 
Desələr günahkar o xan Arazdır, 
Arazı gözümdən səpəsiyəm mən… 


 
    
Адил Ъямил
  
 
 
198
Könlümün sevinci, qəmi - bu torpaq, 
Sünbülə döndərər dəni bu torpaq… 
«Çiyninə aşırıb» məni bu torpaq — 
O taylı, bu taylı heybəsiyəm mən… 
 
1984 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
199
 
ÇİNAR ATASI 
 
Övladsız bir kişi qapısında dörd çinar ağacı əkib… 
 
Bu da tale payı, ömür töhfəsi - 
Dörd çinar dörd bala əvəzi imiş. 
O evə qarışan çinar nəfəsi 
Demə oğul-uşaq nəfəsi imiş. 
 
Çinarlar əridər qəmin qarını, 
Soyuq sonsuzluğun yanar atası. 
Boylanıb boyuna «övladlarının» 
Bir boy da ucalar çinar atası. 
 
Hər axşam o ata orda dincələr, 
Öpər dörd çinarın budaqlarını. 
Hər səhər yeriyib üstünə gələr 
Yeriyə bilməyən «uşaqlarının». 
 
Soyuqda, sazaqda çinar atası 
O dörd balasını donmağa qoymaz. 
Hər çinar çin olan övlad butası - 
Quşu da üstünə qonmağa qoymaz. 
 
Beləcə yaşayar göz qabağında 
Çinar qiyafəli «qardaş-bacılar». 
Körpəsiz bir evin sakit çağında 
Açılar pəncərə, qəfil açılar… 
 
Öpülər, sevilər çinar budağı - 
Budaq da insana qanad olarmış. 
Çəkəndə köksünə tale bu dağı 
Ağac da insana övlad olarmış… 
 


 
    
Адил Ъямил
  
 
 
200
…Bu da tale payı, ömür töhfəsi - 
Dörd çinar dörd bala əvəzi imiş. 
O evə qarışan çinar nəfəsi 
Demə oğul-uşaq nəfəsi imiş… 
 
1986 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
201
 
SÖZÜMÜN CANI VAR 
 
Şeir də varlıqdır bu yer üzündə
Sözün də canı var, söz də canlıdır. 
Bir iz qoymaq üçün nəğmə izində 
Şairlər həmişə həyəcanlıdır. 
 
Şerimə yer verib gözümün üstdə, 
Gözümdən qoymuram bir göz qırpımı. 
Ən zəif şerimin, sözümün üstdə 
Ürəyim döyünür, ruhum çırpınır… 
 
Sağlığında ölən bir insan kimi 
Yüksüz kəlmələrin yükü ağırmış… 
Misradan-misraya cərəyan kimi 
Duyğu yayılırmış, fikir axırmış… 
 
Yoxdur, söz yolunun yoxdur hamarı - 
Demirəm bu yollar yoxuş gətirməz… 
Kəsilsə şerimin misra «damarı» 
Qanım damarımda duruş gətirməz… 
 
Mən uca tuturam sözün ərkini, 
Qanım da şerimin qanında imiş. 
Div canı şüşədə olduğu kimi 
Öz canım sözümün canında imiş… 
 
1983 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə