Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

Сечилмиш ясярляри
  
 
 
171
 
*** 
Saflığına diz çökdüyüm 
Qız baxışlı buz bulaqlar, 
Hara getdim bu dünyada 
Ürəyimlə tapışdınız, 
Ətəyimdən yapışdınız, 
Gedirkən gedə bilmədim — 
Axışınız tutdu məni. 
 
Başım üstdə boz buludlar, 
Başımın kölgəsi təki 
Sizdən qaça bilmədim mən. 
Hara getdim, hardan gəldim 
Yağarlıq «ölkəsi» təki 
Yağışınız tutdu məni. 
 
İldırım döymüş palıdlar, 
Qabığı dəymiş palıdlar, 
Dərdiniz dərdim olalı 
Gövdəniz elə böyüdü 
Koğuşunuz tutdu məni… 
 
Sevmədiyim qara qızlar, 
Xəyalımdan çox baxdınız 
Baxışınız tutammadı, 
«Naxışınız» tutammadı, 
Qarğışınız tutdu məni… 
 
Tutquçayın tutqun çağı 
Tor atıban tutmadığım — 
Günahına batmadığım 
Xallı-pullu balıqlarım, 
Alxışınız tutdu məni!.. 
1982 


 
    
Адил Ъямил
  
 
 
172
 
DAĞDAN BİR ATLI GƏLDİ 
 
Dağdan bir atlı gəldi – 
Ayrılıb səmanın ayaz donundan, 
Sıyrılıb dumanın bəyaz qınından 
Bəyaz köhlənini oynatdı gəldi. 
 
Dağdan bir atlı gəldi – 
Günəşin nurundan nəmər istədi; 
Göyün qurşağından kəmər istədi, 
Buluddan bir salxım qopartdı gəldi. 
 
Dağdan bir atlı gəldi – 
Qayalar qorxudan paralandılar, 
Zirvələr yol verib aralandılar, 
Dağları yuxudan oyatdı gəldi. 
 
Dağdan bir atlı gəldi – 
Bu dəli gəlişdən dəyişdi zaman
Oğlan Koroğluya bənzədi yaman, 
Köhlən elə bildim Qıratdı gəldi… 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
173
 
LÖVHƏ 
 
Dağların boynuna dolanan cığır 
Torpaqdan göyərən göy sətir imiş… 
Soyuq daş altından isti su çıxır, 
Yan-yörəm əfsanə, əsatir imiş… 
 
Bu gözütoxluğa eylədim heyrət — 
Quşların əl boyda yuva bəsiymiş… 
Mağara içindən boylanan zülmət 
Vecsiz vəhşilərin vahiməsiymiş… 
 
«Boğduğum» canavar, «vurduğum» ayı 
Uşaq qürurumda bitən yalanmış. 
Qayanın dibini oyan dağ çayı 
Özünə yol açan gümüş ilanmış… 
 
Şirinli-acılı o illərimin 
Uşaqlıq izləri itib talada. 
Nəsili quruyan dağ kəllərinin 
Buynuzu göyərib bitib talada… 
 
1983 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
174
 
YÜZBULAQ 
 
«Su» deyənin dondurursan dilini
Yalayırsan göy çəmənin telini. 
Bu dağların çiçəyini, gülünü – 
Mirvaritək yığ boynuna düz, bulaq – 
Yüzbulaq. 
 
*** 
 
Yüz bulağın yüzündən də içmişəm, 
Dəlidağı bir nəfəsə keçmişəm… 
Sən olmasan, zirvələrdə heçmişəm, 
Sərin-sərin ürəyimə süz, bulaq – 
Yüzbulaq. 
 
*** 
 
Payız bizi aparanda arana
Tənha qalıb düşsən qara, borana, 
Yetimləşib buz bağlama «yarana», 
Qış gətirən ayrılığa döz, bulaq – 
Yüzbulaq. 
 
*** 
 
Hər damlanın özü qalar qanımda, 
Həsrətinin közü qalar canımda. 
Hara getsəm qaynayarsan yanımda, 
Qəriblikdən əllərini üz, bulaq – 
Yüzbulaq. 
 
1977 
 


Сечилмиш ясярляри
  
 
 
175
 
UMU-KÜSÜ 
 
Uşaq idim…çağırdılar 
İməklədim əllər boyu. 
Boyum qalxdı… tərs quzumu 
Qaçıb tutdum sellər boyu. 
 
Tale məni məndən aldı, 
Şəhər məni kənddən aldı… 
Mənə olan dərddən oldu - 
Hey ağladım yollar boyu. 
 
Fikrim oldu pərən-pərən - 
Küsdü məndən dağım, dərəm. 
Əl uzatdım bir gül dərəm 
Tikan gördüm güllər boyu. 
 
Bir gün o kənd məni çəkdi, 
Ya yuxuydu, ya gerçəkdi; 
Gördüm anam ağbirçəkdi - 
Dərd düzülüb tellər boyu. 
 
Bu nə görüş, bu nə fürsət — 
Zalım tale verməz rüsxət
Anamıza həsrət-həsrət 
Yaşayırıq illər boyu… 
 
1980 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
176
 
QAYALIQDA BİTƏN MEŞƏ 
 
Taxça-taxça qayalarda 
Öz baxtının açığına 
Tac qoyub taxta çıxmısan, 
Qayalıqda bitən meşə… 
Sıldırımlar qucağında, 
İldırımlar ocağında 
Qorxa-qorxa puçurlayıb, 
Qorxa-qorxa yarpaqladın… 
Qayalıqda bitən meşə
Söylə, necə meşə oldun, 
Bu dağları eşə-eşə, 
Bu daşları deşə-deşə? 
Eh, bəlkə də nə zamansa 
Tərs babamın şum yerində 
Bitən tənha ağacsanmış — 
Babam səni bir ziyankar ağac sanmış 
və qolundan yapışaraq 
Tolazlamış bu daşların arasına… 
Sən də dözüb bu «cəzaya» 
Yalvarmısan göy fəzaya — 
Buludların ətəyindən yapışmısan; 
Bu minvalla yaşamağa alışmısan. 
Belə-belə, 
bala-bala 
törəyibdir nəslin sənin. 
Qayalıqda bitən meşə, 
Gör bir necə yaşayıbdır 
Kökün sənin, 
Əslin sənin… 
İndi sənə baxdıqca mən 
Bilirəm ki, 
Əcdadının övladısan — 


Сечилмиш ясярляри
  
 
 
177
Torpaq gəzən boz köklərin 
Üzə çıxıb; 
Damarları üzə çıxan 
Titrək qoca əli kimi… 
Bu köklərlə qayalardan 
Yapışmısan zəli kimi  - 
Tufan qopa laxlamazsan 
Qorxaqlığı, mütiliyi 
Öz üstündə saxlamazsan… 
Qayalıqda bitən meşə, 
Qayaların arasından, 
Çuxurundan, çalasından 
Göyərib üzə çıxmısan 
Yamyaşıl fəvvarə kimi. 
Ağacların ucaboydur 
Göydələn minarə kimi… 
Qayalıqda bitən meşə, 
Sən bu çopur qayaların 
Yaşıl rəngli bəzəyisən. 
Uzaqlardan boylananda 
Bu dağların 
Daş ovcunda göyərdilmiş 
Səməniyə bənzəyirsən!.. 
1981 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə