Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

 
    
Адил Ъямил
  
 
 
178
 
DAĞLARA BAHAR GƏLİB 
 
Torpağın ömrünə yol gələn bahar 
Qış köçən yerlərdə üzə çıxıbdır. 
Ətirli çəmənin, şehli çəmənin 
Yaşıl «dalğaları» dizə çıxıbdır. 
 
Bulaqlar su verdi görüşən kimi, 
Çoban fikirliydi, sürü şən kimi… 
Cığırlar zirvədən sürüşən kimi 
Dərədən tullanıb düzə çıxıbdır. 
 
Quşqonmaz zirvədən baxdım izimə — 
Zirvənin qartalı dedim özümə. 
Burda bir bulaq da dəydi gözümə, 
Dağlar gülümsədi: «Təzə çıxıbdır…» 
 
1977 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
179
 
BİR QADININ GİLEYİ 
 
Vurulmuşdum mən ərimin 
Gəlirinə, daşbaşına. 
Daş-qaşa qurban gedənin 
Kül ağlına, daş başına. 
 
Utanıb, ölüb, itmədi, 
Bu keçəl «suya getmədi», 
Bircə yol əsər etmədi 
Dolu başlar boş başına. 
 
Baxma boyu bir tikəydi, 
Yeriyəndə lap təkəydi… 
Göydən fələk daş tökəydi 
Bu başsızın kaş başına. 
 
Gəldi zaman, yetdi vədə, 
Dedim ki, ol möhkəm, ədə! 
Qapaz saldım məhkəmədə 
Tər axıdan yaş başına. 
 
Dedim: «Beş il son payındır, 
Rüşvət alan ər xayındır…» 
İndi boşdur, arxayındır 
Məktub yazır boş-boşuna… 
 
1983 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
180
 
ÇOBANIN NƏYİ ÇATMAYIR? 
 
Çörəyi, ruzusu, 
Qoyunu, quzusu. 
Qayalarda «dərc» olunan 
Yazısı-pozusu – 
Çobanın nəyi çatmayır? 
 
İti-pişiyi, 
Evi-eşiyi, 
Ay balam, qınamayın kişiyi – 
Çobanın nəyi çatmayır? 
 
Qapqara yapıncıda 
Özgə planetdən düşüb 
Yer kürəsinə. 
Camaat qazandığını verir ev kirəsinə – 
Çobanın nəyi çatmayır? 
 
İstəsə qəzəblənər, 
İstəsə həlim olar, 
İstəsə şəhərə gəlib 
alim olar – 
Çobanın nəyi çatmayır?.. 
 
1978 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
181
 
SƏNİ TANIYIRAM 
 
Qeyrətdən danışan qeyrətsiz oğlan, 
Ömrünə-gününə bələdəm sənin. 
Havayı kükrəmə, qurumuş çaysan, 
Səsinə, ününə bələdəm sənin. 
 
Köksünə qısılan qışı görürəm, 
Sinəndən asılan daşı görürəm. 
Mən səni səndən də yaxşı görürəm - 
Gizlənmiş kininə bələdəm sənin. 
 
Vicdana and içmə, vicdanı ləkə - 
Vicdan dedikləri pak qala bəlkə… 
Axsaq qoyunlara yol çəkən təkə
Yoluna-yönünə bələdəm sənin. 
 
Yaltaqlıq görəndə coşmasın təbin - 
Sən ki, bitirmisən «yaltaq məktəbin…» 
Gün kimi aydındır arzun, mətləbin - 
And içmə, dininə bələdəm sənin. 
 
Qeyrətdən dərs demə hər yetən üçün, 
Söylə, neyləmisən bu Vətən üçün? 
Bir xalqı satarsan bir bədən üçün - 
Dabbağda gönünə bələdəm sənin… 
 
1981 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
182
 
BİR YALTAĞA 
 
Özündən yaşda kiçik
Ağılda, başda kiçik, 
Ancaq vəzifədə böyük 
Birisinə yalmandı yaltaq. 
Öpüb ayağından o yaltaqbazın 
Asanca qəlbinə yollandı yaltaq. 
Gözümün önündə kol-kos sayağı 
Əyildi yaltaq. 
Ayaqlar altında qara qum kimi 
Döyüldü yaltaq. 
Amma çıxış edib belə söylədi: 
- Yaltaq adamlara nifrət edirəm
Düşüb qapı-qapı dilənərəm mən, 
Ömrümdə belə şey eləmərəm mən… 
Gün keçdi… Yenə də, elə yenə də 
Yalmana-yalmana yaşadı yaltaq 
«Müdir» kəlməsinin özünü belə 
Min yol əzizlədi, oxşadı yaltaq. 
Bu dünya üzündə nəyi vardısa 
Vəzifəyə keçmək üçün 
hamısından keçdi, 
hətta arvadının 
Namusundan keçdi… 
 
1980 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
183
 
*** 
 
Gözləri köhnə şinel ilgəyidir
Qaşları bisavad vergülü. 
Həmişə yuxuludur, 
Hər vaxt mürgülü… 
Qulaqları axşamdan qalan 
Xəngəl tikəsi, 
Əlləri - küt getmiş 
Təndir kökəsi. 
Zalımın özündən 
Qəşəngdir kölgəsi… 
1983 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
184
 
GƏRƏK 
 
(Zarafatcılın nəsihəti) 
 
Bu indiki uşaqlara 
Süddən qabaq kökə gərək. 
Övlad əkmək istəyənlər 
Əvvəl taxıl əkə gərək. 
 
Bal kimidir bala canı - 
Haqqı var ki, ala canı… 
Başsız bilib balacanı 
Aldatmasın yekə gərək. 
 
Eh, biz hara, oyun hara? 
Əcəb düşdük oyunlara… 
Bu kütbeyin qoyunlara 
Bir yol bilən təkə gərək… 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə