Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

Сечилмиш ясярляри
  
 
 
157
 
QAYNA, MƏNİM İSTİSUYUM 
 
Yüz illər bundan əvvəl ərəblər İstisuyu «dirilik suyu» kimi tuluqlara 
doldurub, dəvələrə yükləyib öz ölkələrinə apararmışlar… 
 
Qiymətini billə-bilə, 
Damcı-damcı, gilə-gilə 
Tuluqlara dodurdular 
Dəvələrə yüklədilər, 
Ölkələrə daşıdılar - 
O şəfakeş nəfəsindən 
Nəfəs alıb yaşadılar… 
Qaynağından tüstü çıxan 
İstisuyum. 
Buz içindən isti çıxan 
İstisuyum. 
Sən bu qaynar nəfəsinlə 
Neçə qışı əritmisən, 
Daş tıxanıb boğazına 
Sən o daşı əritmisən,.. 
Bu Dəlidağ şahiddir ki
Sən bir atəş bulağısan - 
qaynar gözün 
Damcı-damcı alovlanır… 
Qayna, mənim İstisuyum, - 
Bir halda ki, qara daşlar 
qardaşlaşıb 
İlhamını cilovlamır… 
 
1978 
 
 


 
    
Адил Ъямил
  
 
 
158
 
GƏLƏNDƏ YAZ 
 
İnsanların damarında 
Sevincindən daşır qanı. 
Puçurlayıb çiçək açır 
Ağacların «yaşıl qanı» - 
Gələndə yaz. 
 
Qərib quşlar qürbət eldən 
Dönüb gəlir yuvasına, 
Gül-çiçək ətri qarışır 
Bu dünyanın havasına - 
Gələndə yaz. 
 
Çaylar sığmır yatağına - 
Burdan vurub ordan çıxır. 
Bir ilıqca nəfəs üçün 
Novruzgülü qardan çıxır - 
Gələndə yaz. 
 
Daş da çıxır daşlığından; 
Torpağa can - nəfəs gəlir! 
Ömür-gün də təzələnir, 
Qəlbə təzə həvəs gəlir - 
Gələndə yaz!.. 
 
1981 


Сечилмиш ясярляри
  
 
 
159
 
*** 
 
Başı buludlu zirvələr 
Ağ dumanı kürk elədi. 
Bu dağlara arxalanıb 
Qoyun qurda ərk elədi… 
 
Qara yellər qar gətirdi, 
Buluddan nübar gətirdi. 
Gün doğuşu yar gətirdi, 
Qış dağları tərk elədi… 
 
Titrədi qar qalaqları, 
Cingildədi qulaqlarım… 
Dilibağlı bulaqları 
Bulaq könlüm dərk elədi. 
 
Çiçəyini dərməyənə, 
Dumanına girməyənə, 
Qüdrətini görməyənə 
Ulu dağlar görk elədi… 
 
1983 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
160
 
ÇAYKƏND 
 
Çaydanmı çıxmısan 
Çaykəndim mənim? 
Evi çay daşından, 
ay kəndim mənim. 
Çaylaq daşlarından hörüldüyündən 
Çayın şırıltısı axar yuxuna, 
Çayın parıltısı baxar yuxuna…. 
Asma körpülərdən asılan əlim 
Çayına bir daş da ata bilmədi. 
Xallı balıqların sakit ömrünə 
Qorxunu-ürkünü qata bilmədi. 
Havası çatmayan balıq ürəyim 
Balıq günahına bata bilmədi… 
…Çaykəndin çayını coşqun görəndə 
Demədim süpürüb aparar məni. 
Dedim kənddən keçir, aparsa nə qəm - 
El-oba əlindən qoparar məni. 
Ovcumu doldurdum içəm o çaydan 
Əllərim çəkildi gümüş suyuna - 
Bildim ki, nə imiş gümüş suyu, nə… 
Sısqa bulaqların çay taleyində 
Dinlədim ətirli dağ nəğməsini, 
Çəkdim nəfəsimə dağ nəfəsini. 
Amma çay kəndinə var gileyim də: 
Bu kənddə sevənlər «sevirəm» deyib 
Utan-utana eşitdirsələr 
Utancaq məhəbbət pıçıltısını, 
Haraylı-həşirli bu dağ çayının 
Gərək azaldasan qıjıltısını. 
 
1983 


Сечилмиш ясярляри
  
 
 
161
 
       «GÖYÇƏ GÜLÜ» 
 
Elə çalma, Yaqub dayı, 
Saz alışar, pərdə yanar. 
Elə çalma, elə billəm 
Saz günəşdir — yerdə yanar… 
 
Elə çalma, Yaqub dayı, 
Kənar eylə tilsimini… 
İki dünyaya vermərəm 
Mən o sazın bir simini. 
 
Ey anamın tək qardaşı, 
Ey dağların laçın oğlu, 
Bu havanı elə çalma, 
Havalanar bacın oğlu… 
 
Yetmiş yeddi hava imiş 
Yeddi simin mələrtisi. 
Bir pərdədə birləşərmiş 
Yeddisinin mələrtisi… 
 
Elə çalma, Yaqub dayı — 
Sən çalanda «Göyçə gülü» 
Yer yarılır, göy çəkilir, 
Saz ağlayır, Göyçə gülür… 
 
1983 


 
    
Адил Ъямил
  
 
 
162
 
*** 
 
Niyə solub bu güneylər, 
Yoxsa bu il yaz olmayıb? 
Çiçəkləri dolu döyüb
Dərdi, qəmi yazılmayıb… 
 
Qara bulud ötüşməyib, 
Yara palıd bitişməyib. 
Göbələklər yetişməyib, 
Çiyələklər qızarmayıb. 
 
Şimşək keçib yuxusundan, 
Tufan «tutub» yaxasından - 
Yazıq meşə qorxusundan 
Bircə qarış uzanmayıb.. 
 
Bulud kimi dolan mənəm
Göy talası talan mənəm. 
Çiçəkləri solan mənəm - 
Ulu dağlar bozarmayıb… 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
163
 
BU YOLLAR 
 
Övladlar yolundan çıxmasın deyə 
Ata ocağından keçir bu yollar. 
Üzləri ağardan qara torpağın 
Yaşıl bucağından keçir bu yollar. 
 
Dərə darlığından, bulaq başından, 
Meşə kölgəsindən, qaya qaşından, 
Obanın qoynundan, dağın döşündən, 
Elin qucağından keçir bu yollar. 
 
Çatar mənzilinə bu yoldan ötən, 
Tapılmaz bu yolda əriyən, itən. 
Azad yolçularıq, nə yaxşı, Vətən, 
Sənin bu çağından keçir bu yollar! 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə