Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

 
    
Адил Ъямил
  
 
 
136
 
SAHİL BAĞINDA 
 
Bir ömür gedirdi «iki bədənli», 
Bir inam gedirdi bir yol boyunca. 
…Qoca kədərliydi, qarı sitəmli… 
Bu qoşa taleyə baxdım doyunca. 
 
Qocanın əlləri, ayaqları yox - 
İnsan parçasıydı təkərlər üstdə. 
Qocanın «qolları-budaqları» yox; 
Yapışıb qarının etibarından 
Gedirdi axşamlar səhərlər üstdə. 
 
…Sanki çıxırdılar çətin zirvəyə - 
Yamanca yorulub usanmışdılar… 
Yollar da acıyıb bu mənzərəyə 
Bir ümid qədəri qısalmışdılar. 
 
Düşündüm: Berlinə gedən yollarda 
Bəlkə bu qocaya qəlpə dəyibdir… 
Torpağı itirmək istəməyibdir; 
Döyüşüb qolları itənə kimi - 
Sonra da sürünüb Vətənə kimi… 
 
1977 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
137
 
MƏN DÜNYANI DUYAN GÜNDƏN 
 
Mən dünyanı duyan gündən 
Taleyimə biçilmədim. 
Böyük-kiçik şahiddir ki, 
Böyümədim, kiçilmədim. 
Yenə qaldım mənliyimdə - 
Yeyilmədim içilmədim. 
Nə yaxşı ki, «pay verilən 
Qismətimlə» ölçülmədim. 
Özgə qismət qismətimmiş - 
Bu fürsəti keçirmədim. 
Ürəyimin yanğısını 
Boş günlərə içirmədim. 
Dünya mənə çox yalvardı, 
Ürəyimə köçürmədim… 
 
1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
138
 
MƏNƏ QALSA 
 
Buğdası azalan, unu olmayan 
Dəyirman daşının bərəkətinə 
Bərəkət demərəm. 
Əvvəli olmayan, sonu olmayan 
Arsızlar, qəmsizlər məmləkətinə 
Məmləkət demərəm. 
 
Tamahın toruna ilişən kəsin 
Fələkdən gəlməyən fəlakətinə 
Fəlakət demərəm. 
Qınına çəkilib bürüşən kəsin 
İçində qaynayan hərəkətinə 
Hərəkət demərəm… 
 
Gözümü açandan gözüm dünyada — 
Bəzi millətlərin çox adətinə 
Mən adət demərəm. 
Sevinci sevilən bizim dünyada 
Əzab görməyənin səadətinə 
Səadət demərəm… 
 
1982 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
139
 
QARA GECƏM 
 
Qara gecəm, demərəm mən 
Sabahına güman hanı? 
Sabahlara güman yoxsa 
Gecələr göz yuman hanı? 
 
Bir dərdim var ağlar gəzər, 
Bulaq kimi çağlar gəzər… 
Dumanımda dağlar gəzər, 
Dağlarımda duman hanı? 
 
Çiçəkləmir qış, biləydin, 
Ləçəkləmir daş, biləydin… 
Qara gecəm, kaş biləydin - 
Yaxşı hanı, yaman hanı? 
 
1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
140
 
BALACA EMİLİN XATİRƏSİNƏ 
 
Dünyanı duymamış getdin dünyadan — 
Varsanmı, yoxsanmı, hələ bilmirdin… 
Sənə necə qıydı səni yaradan, 
Ölmək istəmirdin, ölə bilmirdin… 
 
Boylandıq boyuna, yaraşığına, 
Saralıb dönmüşdün sarı çiçəyə. 
Çırpındın çatasan sübh işığına 
Qüvvətin çatmadı qara gecəyə… 
 
Səni ağlayanın göz yaşı nahaq — 
Özün ki, özünü çox ağlamışdın. 
A körpə, atandan, anandan qabaq 
Ölüm saçlarını sığallamışdı. 
 
Eh, dilin olsaydı nə atan, anan, 
Nə də qohumların qəmgin olardı. 
Heyif, böyümədin, balaca insan, 
Kim bilir böyüsən sən kim olardın… 
 
1983 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
141
 
BİR QOCANIN NƏSİHƏTİ 
 
 
Ay cavan oğlanlar, 
tində durmayın, 
hərəniz bir evin 
dirəyisiniz. 
Hərəniz bir qızın 
ürəyisiniz. 
Səhərdən-axşama bu yazıq torpaq 
Sizin çəkmənizin dabanlarıyla 
Yeyilə-yeyilə yağır olubdur… 
Çəkmək istəmirkən öz yükünüzü 
Bir parça torpağın çiyinlərində 
Yükünüz nə qədər ağır olubdur. 
Səhərdən-axşama ayaq üstəcə 
Deyib-gülərsiniz boş-boşuna siz, 
Hava qaralanda 
göz dikərsiniz 
O «yazıq» çayçının daşbaşına siz… 
Laqeyd baxışınız 
buzdan da soyuq. 
Varmı bu dünyada 
sizdən də soyuq?... 
…Bir qoca yol keçər, 
düşər çəliyi. 
Uzanan əlinə əl atmaqdansa 
Qoca görkəminə söz atarsınız… 
...Ay cavan oğlanlar, 
tində durmayın, 
Ürəkdən yanıram 
hər birinizə. 
Bir səhər gəlim ki, 
elə bu tində 
ağac əkirsiniz öz yerinizə!.. 
1978 


 
    
Адил Ъямил
  
 
 
142
 
*** 
 
Zaman muma döndərərmiş. 
«Öz yolundan dönən» kəsi. 
Bu dünyanın hər addımda 
Bir dönümü, dönəlgəsi… 
 
İnsan yaşar ömrün tapar
Sular axar axarını. 
Əvvəli olmayan kəsin 
Heç görmədim axırını… 
 
Bu dünyaya gələnlərin 
Qarşısında yol haçadır. 
Dünya çox da sirli deyil, 
İnsan özü tapmacadır… 
 
1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə