Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

 
    
Адил Ъямил
  
 
 
130
 
AYLI GECƏ NAĞILI 
 
Aylı gecələrin ayrı rəngi var; 
Belə gecələrdə salxım söyüdün 
Yamyaşıl yarpağı gümüşü olar. 
Gümüşü söyüdün ağ kölgəsində 
İki sevgilinin görüşü olar. 
 
Aylı gecələrin ayrı səsi var; 
Belə gecələrdə yalquzaq görüb 
Səhər açılınca ulamaz itlər. 
Belə gecələrdə qarışıq salıb 
Yada quyruğunu bulamaz itlər. 
 
Aylı gecələrin ay işığından, 
Bir də ki, gümüşü çay işığından 
Diksinə-diksinə keçib getmişəm. 
Qorxmuşam göy üzü qaranlıqlaşa 
Ayın işığından gözümə çəkib 
Çayın işığından içib getmişəm… 
 
1980 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
131
 
SOYUQLUQ 
 
Yolun ortasında bu qış səhəri 
Bir insan nəfəsi getdi… gəlmədi. 
Eşidən olmadı, bilən olmadı 
Onun vəsiyyəti neçə kəlmədi, 
Yolunu gözləyir neçə balası, 
Nə imiş fağırın dərdi, bəlası - 
Anlayan olmadı, bilən olmadı. 
Hər belə «küçədə öləndən» ötrü 
Özünü «öldürən», ölən olmadı. 
Adamlar baxırdı ölü adama 
(Soyuq daş üstündə can verən kəsə 
Hamı soyuq-soyuq baxırdı nəsə…) 
Birisi deyirdi: «İçənmiş yəqin, 
Görünür ürəyi partlayıb onun». 
O biri deyirdi: «Yolu keçəndə 
Üstündən maşınlar adlayıb onun». 
Bir hava çalırdı hərənin ağzı… 
Bilən yox idi ki, onu öldürüb 
Yardıma gec gələn həkimin nazı… 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
132
 
HƏLƏ HARASIDIR 
 
Taledən yarımaq baxtıma düşsə, 
Dünyanın gül-çiçək vaxtına düşsə 
Dağlar aşasıyam, yollar yorası — 
Hələ harasıdır, hələ harası. 
 
Mənim sevincimin gözü durulsa
Mənim həsrətimin qolu burulsa 
Bağlar salasıyam, evlər qurası — 
Hələ harasıdır, hələ harası. 
 
Qızıl səhərlərə düşən iz ollam, 
Yanar səhralarda bir dəniz ollam; 
Kəsilməz dalğamın ardı-arası — 
Hələ harasıdır, hələ harası. 
 
Şimal havasına yad nəfəsimlə
Alov nəfəsimlə, od nəfəsimlə 
Çaylar yarasıyam, buzlar qırası — 
Hələ harasıdır, hələ harası. 
 
“Arzu dağlarında”ovçu olmamış, 
Bu uzaq yollara yolçu olmamış 
Gözün yol çəkməsin, gözüm qarası, 
Hələ harasıdır, hələ harası?.. 
1979 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
133
 
AZADLIĞA ÇIXAN İNSAN 
 
Əvvəl günəşə baxdı, 
Sonra torpağa. 
Havadan çəkdi ciyərlərinə 
Doyunca. 
Getdi meşə boyunca. 
Bir əlini uzatdı 
Qurumuş ağacda 
Göyərən yalqız yarpağa. 
Bir əlini uzatdı 
Arzuları çiçəkləyən 
Ürəyinin başına. 
Günəşdən içə-içə, 
Havadan uda-uda, 
Torpağa bata-bata 
Azad-azad çıxıb getdi - 
Azadlığa çıxan insan. 
O gedəndə mən görürdüm: 
Heç özü də bilmirdi ki, 
Hara gedir, 
Çünki daha azad idi… 
 
1980 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
134
 
ŞİMAL AYISI 
 
Bu gün qəm görmüşəm o qərib səsdə 
Heyrətə gəlmişəm heyvanxanada; 
Bir meymun oynayır iki qəfəsdə, 
Bir ayı dayanıb bircə xanada. 
 
Boylanır ayıya insan yığını, 
Bu baxış ağırdır sanki ölümdən. 
Ayının okean azadlığını 
Qəfəs əsirliyi alıb əlindən. 
 
Dayanıb taleyin dustağı kimi, 
Elə bil düşünür gələcəyini. 
Kədəri ağırdır duz dağı kimi, 
Bəlkə də düşünür öləcəyini… 
 
Ağ ayı itirib ağ günlərini, 
Eh, daha dənizə, suya uzaqdır. 
Quraqlıq qırıbdır «yelkənlərini» - 
Ayı bu görkəmdə necə yazıqdır… 
 
Kədəri üzdədir, kini dərində, 
Görən kimi gəzir ağ ayı, kimi? 
İnsan dənizinin üfüqlərində 
Çırpınır narahat qağayı kimi… 
 
1979 
 
 


Сечилмиш ясярляри
  
 
 
135
 
QONŞUMUZ CƏFƏR 
 
Hələ uşaq ikən, 
balaca ikən 
Yuxudan oyanıb hamıdan erkən 
Günəşə boylanan kənd evlərinin 
Pəncərə gözünü vurub tökərdi - 
Qonşumuz Cəfər… 
Dəyməzdi xətrinə tək bircə nəfər, 
Belə söyləyərdi kənd adamları: 
«Uşaqdır – ağlı kəsmir…» 
 
Böyüdü, ərsəyə çatdı bu Cəfər… 
Günlərin bir günü — gecəyarısı 
Basıb papağını gözünün üstə 
Özünü qonşuya atdı bu Cəfər; 
Gülsənəm qarıdan səs çıxanacan 
Özünü sarıyıb tut ağacına 
Qızının qolundan tutdu bu Cəfər… 
O gündən bərəlmiş gözlərində qan 
Qorxulu yuxular yatdı bu Cəfər. 
Belə söylədilər kənd adamları: 
«Cavandır — beyni qandır…» 
 
...İndi qocalıbdır qonşumuz Cəfər, 
Qonşu toyuğuna «kiş» demir daha, 
Heç kəsə «atından düş» demir daha; 
Təkcə öz-özünə danışmağı var. 
Bir də xatırlayıb ötən günləri 
Qəfildən od tutub alışmağı var — 
Belə söyləyirlər kənd adamları: 
«Qocalıb — ağlı gedib…» 
1978 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə