Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

 
    
Адил Ъямил
  
 
 
150
 
ÖMÜR DEDİKLƏRİ 
 
Ömür dedikləri bir dəli çaydır - 
Axar məcrasını tapana qədər. 
O elə vergidir, o elə paydır 
Bir gün bağışlanar, bir gün də gedər… 
 
Əsrlər adlayar paslı bir dəmir, 
Bəşərin yaşıcan daşın ömrü var. 
Yüz il də ömürdür, bir an da ömür, 
Ömrün yaşı varsa, yaşın ömrü var. 
 
Nankor bir məxluqun üstünə gəlsə 
Bəzən əcəlin də «əmri» uzanar. 
Hər kəs öz ömrünü yaşaya bilsə 
Yaxşı adamların ömrü uzanar. 
 
Daşın daş ömrü var, insanın insan - 
Tapılmaz insanla daşda oxşayış. 
Yaşatmaq çətindir, yaşamaq asan - 
Olsa da ömürdə, yaşda oxşayış… 
 
Tikanı mənasız görəndən sonra 
Heyifim gəlməyir gülün ömrünə. 
Bir də doğularsan öləndən sonra - 
Qatsan öz ömrünü elin ömrünə… 
 
1981 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
151
 
DÜŞMƏNLƏRİM 
 
Mənim düşmənim güclüdür –  
Gücüm çatana dəymərəm, 
Dişim batana dəymərəm, 
Çöldə yatana dəymərəm. 
 
Mənim düşmənim dostumdur – 
Üzümə gülər – ağlamaz, 
Dərdimi bilər – ağlamaz, 
«Öl» desəm «ölər» – ağlamaz… 
 
Mənim düşmənim mən özüm – 
Heç özümü qorumadım, 
Heç özümdən yarımadım; 
Göyərmədim, qurumadım… 
 
…Düşmənlərim, düşmənlərim… 
Dost olub peşman oldunuz
Əlinizdən o gəldi ki, 
Axırda düşmən oldunuz… 
 
1980 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
152
 
ADƏT 
 
Toya da, vaya da adət etmişik, 
Qışa da, yaya da adət etmişik, 
Adətlər içində yaşayırıq biz, 
Adət məcəlləsi daşıyırıq biz. 
Adətlər ədədi silsilə kimi 
Uzanar ən uzun mənzilə kimi, 
İstəyər dünyanı gəzə adətlər, 
Köhnəyə qoşular təzə adətlər - 
Bu da bir adət… 
Gecələr gecənin qaranlığına, 
Gündüzlər günəşə adət etmişik. 
Qanımız qiymətli qanunlara da 
Hər yerdə, həmişə adət etmişik. 
Adət etməmişik baharda qışa, 
Adət etməmişik vədəsiz yaşa. 
Başımız-beynimiz öyrəşməyibdir 
Ağıllı beyinə, kamallı başa. 
Adət etməmişik can, nəfəs verək, 
Barı, heç olmasa son nəfəs verək 
Qəfəsdə çırpınan yaralı quşa. 
Adət etməmişik, eləmərik də 
Havayı yaxşılıq eləməyə biz. 
Özünüz bilirsiz, mən deməsəm də - 
Adət etməmişik daha nəyə biz… 
 
1981 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
153
 
YAYLAQ XATİRƏSİ 
 
Bulaq başı idi bizim yurd yeri, 
Bulağa qonşuydu alaçığımız. 
Şığıyan buludu qovardı geri 
Keçədən yapılan «qalacığımız». 
 
Büdrəmək bilməzdik dumanda, sisdə, 
Quş kimi qonardıq dağın döşünə. 
Yuxuya gedərdik göy otlar üstdə - 
Döşəyə dönərdi yaşıl döşəmə… 
 
Helləyib dərəyə yıxardıq bəzən 
Çobanın o qaya «gündəliyini». 
Elə alaçıqdan yığardıq bəzən 
Cincilim, qırxbuğum kətəliyini. 
 
Vaxtsız «biçilərdi» biçənək yeri - 
Qoyunlar qoruqda ot tıxardılar. 
Biçməyə qoymayıb bir çərək yeri 
Körpə quzular da otuxardılar… 
 
Haçan ki, gün batıb, şər qarışardı 
İnəyin, buzovun mələrtisindən 
Qoyunun, quzunun mələrtisindən 
Elə bil göy ilə yer qarışardı… 
 
O yurda isnişən atımızı da 
Əvəlik şaxına bağlardı atam. 
Altı uşaq idik… 
altımızı da 
Ovcunun içində saxlardı atam… 


 
    
Адил Ъямил
  
 
 
154
O illər yatdığım yuxu kimidir, 
Qismətin qəsdinə durub neyləyim. 
Anamın yaydığı yuxa kimidir 
Kövrələn ürəyim, yuxa ürəyim… 
 
…Bulaq başı idi bizim yurd yeri
Bulağa qonşuydu alaçığımız. 
İlləri adlayıb qayıdam geri - 
Yenə dağlar ola olacağımız.. 
 
1983 
 


Сечилмиш ясярляри
  
 
 
155
 
QƏRİB QUŞLAR, PƏNCƏRƏMDƏN ÇƏKİLİN 
 
Musiqisi Novruz Aslanınıdır 
 
Bu gecəni gözüaçıq yatmışam, 
Fikir adlı bir ümmanda batmışam… 
Görürsünüz ürəyimi tutmuşam - 
Qərib quşlar, pəncərəmdən çəkilin. 
 
Yollar yorub açmadığım iz - qərib, 
Ürəyimi yuva bilən söz - qərib… 
Nə dilərsiz mən qəribdən siz qərib - 
Qərib quşlar, pəncərəmdən çəkilin. 
 
Damarımda axıb gedən duyğusuz, 
Ya nənəmin, ya babamın ruhusuz… 
Gözlərimdən çəkilməyən yuxusuz - 
Qərib quşlar, pəncərəmdən çəkilin. 
 
Asılmayın eyvanımın tağından, 
Qopun gedin ürəyimin dağından… 
Boylanmayın mənə belə yaxından - 
Qərib quşlar, pəncərəmdən çəkilin. 
 
Necə sovum bu dümanı, bu çəni, 
Necə qovum göydən yerə «köçəni»?! 
Oxumayın ürəyimdən keçəni - 
Qərib quşlar, pəncərəmdən çəkilin. 
 
Bu dünyada budağı yox köksüzün, 
Mən insanam - yer mənimdir, göy sizin… 
Göy üzünü sizə verdim – hey süzün, 
Qərib quşlar, pəncərəmdən çəkilin. 
 
Kəlbəcər, 1983 


 
    
Адил Ъямил
  
 
 
156
 
ÇİÇƏKLƏNMƏ 
 
Göyərib gölmə-gölmə, 
Allahın boz yolu da. 
Fərəhdən çiçəkləyib 
Qaratikan kolu da… 
 
Gerçəklər yalan olub
Yalanlar gerçəkləyib. 
Bir baba qollarında 
Bir uşaq çiçəkləyib… 
 
Qarlı görüb zirvəni 
Bənövşələr büzüşüb. 
Dağlara düşən şehin 
İşığı kəndə düşüb. 
 
Yazın «əlində» gəlib 
Qışın «qanlı köynəyi». 
Beləcə çiçək-çiçək 
Sanki çıxır canından 
Təbiətin göynəyi… 
 
1983 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə