Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

Сечилмиш ясярляри
  
 
 
209
Hər gün qulaq kəsilirik 
Efirə mən, efirə sən. 
(İnsanfdırmı heç insanı 
Yer üzündən üfürəsən…) 
 
Yer üzü insan yeridir, 
Göy üzü quşların olub. 
Öz yerinə yerləşməyən 
İnsan necə harın olub… 
 
Qan-qan deyən quzğunların 
Dalğalarda batır səsi. 
Qorxa-qorxa, 
əsə-əsə 
Nəfəs alır Yer kürəsi… 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
210
 
DAHA 
 
Ürəyimdə hər sevgidən 
El sevgisi başdı daha; 
Nə bir alagöz pəridi, 
Nə bir qaraqaşdı daha… 
 
Xəyalları səsləməkdən, 
Arzuları bəsləməkdən, 
Ömür boyu gözləməkdən 
Səbir kasam daşdı daha. 
 
Ayrılmışam iki səmtə - 
Xəyal kefdə, ürək qəmdə… 
Yetirmərəm yüyürsəm də - 
Köç dağları aşdı daha… 
 
«Sinəsində» çat görünən
Doğma ikən yad görünən, 
Mənə zarafat görünən 
Otuz yaş da yaşdı daha… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
211
 
 
OTUZ YAŞIM 
 
Gah günəşli güneylərdən, 
Gah dumandan, çəndən keçdin. 
Günə, aya, ilə dönüb 
Düz otuz il məndən keçdin
otuz yaşım. 
 
Fəsillər köçdü ömrümə - 
Gah qurudum, gah göyərdim; 
Bu dünyada insan özü 
Bir ağacdır - mən deyərdim… 
 
Ağac ikən yol yeridim, 
Ağac-ağac yollar keçdim
Əriş-arğac yollar keçdim, 
Ömür ötdü, gün tələsdi… 
Otuz yaşım, bu görüşə 
Heç bilmirəm kim tələsdi. 
 
Milyon-milyon hüceyrəmdən 
Qan toplayan qan qardaşım, 
Gəl boylanaq ötənlərə, 
Dinlə məni, otuz yaşım. 
 
…Daim kəpənək sevincim 
Əllərimdən uçar oldu. 
Mənim bulaq baxışlarım 
Ürəyimə açar oldu…. 
 
Yadımdadır doqquz yaşım, 
Yadımdadır ilk ayrılıq… 
 
 


 
    
Адил Ъямил
  
 
 
212
Ürəyimin səngiməyən 
Odundadır ilk ayrılıq. 
 
İsti ana qucağından 
Ayrı düşdüm uşaq ikən. 
Ata-baba ocağından 
Üzülüşdüm uşaq ikən… 
 
Sıxdı məni sınaqlarda 
Məktəb, həyat imtahanı. 
(Bu dünyada insan üçün 
İmtahansız ömür hanı?..) 
 
Bəzən yazda qışa düşdüm, 
Bəzən qışda yazım oldu. 
Sevdiyim qız ərə getdi, 
Toy günündə yasım oldu… 
 
Otuz yaşım, sən bilirsən 
Otuz ildə nələr gördüm. 
Ürəksizlər pəncəsində 
Ürəyimi mələr gördüm… 
 
Dağlar mənə qüdrət verdi - 
Özüm də bir dağa döndüm. 
Qələbədən qələbəyə 
Ürəyim bayrağa döndü… 
 
Otuz ildə dəyişmədi 
Qaynar qəlbim, dəli başım. 
Gəncliyimin zirvəsisən, 
Zirvədəyəm, otuz yaşım. 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
213
Səninkidir bu bar-bəhrə
Səninkidir bu göz yaşım. 
Qollarını sal boynuma - 
Sən mənimsən, otuz yaşım. 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
214
 
ATAMA MƏKTUBLAR 
 
1. 
 
Saçlarımın dalğasında 
səhər yeli, 
Ürəyimin qovğasında 
şəhər yeri… 
Kini donmuş baxışlarda 
Gözlərimi nişan alan 
Qurğuşun var. 
Sən bilməzsən mənim kimlə 
Vuruşum var… 
 
Nə biləsən sən dərdimi, 
Nə biləsən, fağır ata. 
Havaya bax - orda yağış, 
Burda rüşvət yağır, ata. 
 
Rüşvət yağır rəislərin 
Pula təşnə «boş» cibinə; 
Yan cibinə, döş cibinə… 
Bir şəhəri almaq olar 
Beləsinin beş cibinə… 
 
Açılmayan qapıların 
Tilsimini sındırar pul. 
Qanılmayan mətləbləri 
Balabanda qandırar pul. 
Boşlu çıxmış dükanları 
Gecə vaxtı yandırar pul… 
(Səni pul-pul olasan, pul) 


Сечилмиш ясярляри
  
 
 
215
Baş yarıb, adam öldürür 
Pul qərəzi, pul mərəzi… 
İnsanlığı ölçmək üçün 
Pul olub mizan-tərəzi… 
 
…Saçlarımın dalğasında 
səhər yeli. 
Ürəyimin qovğasında 
şəhər yeri… 
 
II 
 
…Mən bu şəhər «səhnəsində» 
Üz geyinən üzlər gördüm, 
Söz geyinən sözlər gördüm, 
Gördüm insan yeri gəlsə 
Öz üzündən üz döndərib, 
Öz sözündən qaça bilər. 
Gördüm insan yeri gəlsə 
Lap özündən qaça bilər… 
 
Canım ata, sən ki, bizə 
Dərs demişdin kişilikdən, 
Deməmişdin 
«Mədəniyyət» adı ilə 
Zühur edən vəhşilikdən. 
Deməmişdin 
İblislərin «afəti» var… 
Deməmişdin - hər sifətin 
Neçə rəngi, sifəti var… 


 
    
Адил Ъямил
  
 
 
216
Canım ata, 
İkiüzlü olmasam da, 
İkisifət dünya kimi 
Gecəliyəm, gündüzlüyəm. 
Bu sifətlər sərgisində 
Bir sifətli, bir üzlüyəm. 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə