Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

 
    
Адил Ъямил
  
 
 
202
 
YANLIŞ NAXIŞ OLANDA 
 
Hindistana birbaşa yol açmaq istəyən X.Kolumb azaraq  
Cənubi Amerikaya gəlib çıxmış və bu da yeni bir 
 qitənin kəşfinə səbəb olmuşdur. 
 
Alıb uzaqlardan sorağımızı 
Min cürə xəyala düşməyimiz var. 
Azıb yolumuzu, yolağımızı 
Bu yoldan o yola düşməyimiz var. 
 
Yaxşı ki, yer üzü genişlik geyib, 
Yaxşı ki, arabir azırıq biz də. 
Deməli nə varsa dahilər deyib, 
Azıb yolumuzu yazırıq biz də. 
 
Bəzən düz yolumuz dolanbac olur - 
Bir qız gözlərində azıb gedirik… 
Beş kəlmə xoş sözə insan ac olur, 
Biz yazıq gəlirik, yazıq gedirik. 
 
Azsa da dumanda, itsə də çəndə 
Çəməndən pətəyə arı yolu var. 
Bütövlər büt olur böyüklüyündə
Yarımçıq ürəyin yarı yolu var. 
 
Azırıq - bəxtimiz üzə güləndə, 
Azırıq - az gedib, üz gedirik biz. 
İş elə gətirir aza biləndə 
Mərama, məqsədə düz gedirik biz. 


Сечилмиш ясярляри
  
 
 
203
Azırıq - fikrimiz, sözümüz azır… 
İstər bahar olsun, istər qış olsun 
Hazıram, beləcə azmağa hazır - 
Axırda yanlış da bir naxış olsun… 
 
1986 
 


 
    
Адил Ъямил
  
 
 
204
 
ÖMÜRDƏN ETÜDLƏR 
 
Mən neylərəm təzə dərdi - 
Köhnə dərdim təzətərdi… 
Qəm yükünü çəkməsəydi 
Ömür yaman tez ötərdi. 
 
*** 
Bir qanun var yaranışdan - 
Gün yazdandır, boran qışdan. 
Dönük insan vəfasızdır 
Yurda dönən qaranquşdan… 
 
*** 
Gah yamacda, gah zirvədə 
Çörək kəsdik biz bir vədə. 
Lakin ürək süfrə deyil 
Açaq onu hər süfrədə. 
 
*** 
Yüz canlının canı məndə - 
Demə o can hanı məndə? 
Mən üzdəki mən deyiləm, 
Gizlin məni tanı məndə. 
 
*** 
Bal arısı bal çəkməkdə, 
Həsrət gözüm yol çəkməkdə. 
Yazı yazan tələsibdir 
Qismətimə qol çəkməkdə. 


Сечилмиш ясярляри
  
 
 
205
*** 
Ərzi gəzib yuxularda 
Axtarıram yoxu varda. 
Ürək deyir: - Üzmə məni, 
Vətən harda, yıxıl orda… 
 
1985 
 
 


 
    
Адил Ъямил
  
 
 
206
 
 
BU ARZU CIĞIRI, ÖMÜR YOLUDUR 
 
 
Üzümü tutmuşam işıqgələnə - 
Gedirəm, gedirəm çata bilmirəm. 
Sevinc elə qaçır - yad olur mənə, 
Dərd elə doğmadır - ata bilmirəm… 
 
Hərənin öz dərdi, öz sevinci var
Yad gözlər islanmaz göz «yağışımdan». 
Dolanır başımda fikir - buludlar, 
Misralar göyərir söz yağışımdan… 
 
Könlümdən keçənlər uzaqdan keçir - 
Oduma-közümə tutuşmur nəsə… 
«Xəyal gah arandan, gah dağdan keçir», 
Çatışmır, ömrümdə çatışmır nəsə. 
 
Yanıram, sönürəm - külüm közərmir, 
Odum buxarlanıb tüstümdə qalır. 
Gecələr sübhəcən yuxum da gəlmir - 
Əlim ürəyimin üstündə qalır... 
 
Bu gidi dünyanın al-dəyişləri 
Nifrət bərəsində əlimə keçir. 
Kövrək ürəyimin titrəyişləri 
Əlimdə tutduğum qələmə keçir… 
 
Nə yaxşı ürəyim sözlə doludur, 
Nə yaxşı boşürək doğulmamışam… 
Bu - arzu cığırı, ömür yoludur, 
Bu yolun üzünə ağ olmamışam… 
 
Beləcə bir ömür yanan ocağam, 
Beləcə kim bilər kiməm, nəyəm mən. 
Ya yarpaq sabahlı bir tumurcuğam, 
Ya da açılmamış dəfinəyəm mən… 
1984 


Сечилмиш ясярляри
  
 
 
207
 
DÜŞÜNƏN HEYKƏL 
 
Hər yanı al-əlvan çiçək çələngi, 
Füzuli düşünür daş paltarında. 
Qürbətdə o qədər üşüyübdü ki, 
Doğma vətəndə də qış paltarında. 
 
Əllərim çırpınır, çatmır əlinə — 
Əli əlimizdən üzülü babam. 
Nə qədər boylanaq daş heykəlinə
Nə qədər dinməsin Füzuli babam?.. 
 
Ölməzlik közərir söz ocağında — 
O, ölməz sənətin özülü imiş. 
Ən gözəl şerini yazan çağında 
Hər şair bir azca Füzuli imiş… 
 
Ayrılıb o gündən, gəlib bu günə - 
Dönük dövranıyla küsülü babam. 
Dalıb xəyallara düşünür yenə… 
Görən nə düşünür Füzuli babam?.. 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
208
 
DÜNYAMIZ GÖZ QABAĞINDA 
 
Sevgisindən, sevincindən 
Dərdi çoxdur əsrimizin. 
Silkələnir sütunları 
Qalamızın, qəsrimizin. 
 
Qəm çilənən çöllər boyu 
Əkin yanır, biçin yanır. 
Sinəm dönür şum yerinə - 
Çölüm yanır, içim yanır. 
 
Zülmə tabe insan oğlu
Dərdə dözən əsrdaşım, 
Dünyamız göz qabağında - 
Nə sirri var, nə sirdaşı… 
 
Yeri aşkar, göyü aydın - 
Dünyamız göz qabağında. 
Zaman 
yaman sıxır bizi - 
Ömrümüz qoz qabığında. 
 
Sıxılırıq, sınıxırıq, 
Sevinirik bir günlüyə. 
Alışırıq sıxıntıya, 
Öyrəşirik gərginliyə. 
 
Beşikdəki körpənin də 
Saçlarında ağ tüklər var. 
Yazıq əsrim, nə biləsən 
Aşılmayan gədiklər var… 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə