Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

Сечилмиш ясярляри
  
 
 
185
 
BİR NƏFƏRƏ 
 
Baxırsan insandır, əl-ayağı var, 
Amma ki, ürəyi bircə tikədir. 
Başdan böyük olur çox «ağıllılar» - 
Başı bədənindən bir az yekədir. 
 
Bir az ürəyində xəbisliyi var - 
Hamının «dərdini» çəkər gizlicə. 
Axı bu yazığın nə pisliyi var? - 
Zəhəri payına tökər gizlicə. 
 
Bir az bu «yetimin» acgözlüyü var - 
Versələr dünyanı yığar evinə. 
Böyük dərdi olar «böyük otaqlar» 
Birtəhər-birtəhər sığar evinə. 
 
Bir az bu «fağırın» alçaqlığı var, 
Sirrinə sirdaşdı qara kölgələr. 
Bilin ki, bir az da «qoçaqlığı» var 
Əl kəsmək özü də əlindən gələr. 
 
Belə adamlara nə ad verəsən - 
Vicdanı susubmu, qəlbi yatırmı? 
İnsanlıq çatmırsa, axı görəsən 
Onun yaşamağa haqqı çatırmı?.. 
 
1980 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
186
 
ÖZÜNÜ SEVƏN QADIN 
 
Qaytarıb taleyin sevgi payını 
Güzgülər üzündə tapdı tayını, 
Gələn məhəbbəti gözü görmədi. 
Qonşular acıdı tənha qonşuya, 
O isə özünü özü görmədi. 
 
Dənizdə, 
Quruda, 
Evdə, 
Şəhərdə 
Həmişə bir özü, bir iti oldu. 
Ömrünün yarısı keçdi səfərdə - 
Nəyi olmasa da, bileti oldu… 
 
Beləcə ömr edib heç qəmlənmədi, 
Gah dağda tapıldı, gah aranda o. 
Xörək bişirmədi, çay dəmləmədi, 
Yedi yeməyini restoranda o… 
 
Qırağa qoymadı qoyma saçını 
Öz başı - daz başı bilinər deyə. 
Gözdən axıtmadı ağrı-acını 
Gözünün qarası silinər deyə. 
 
Elə düşündü ki, illər uzunu 
Hamıdan «bahadır» bahalıqda o. 
Bu boyda dünyada sevib özünü 
Özüylə yaşadı tənhalıqda o… 
 
1981 


Сечилмиш ясярляри
  
 
 
187
 
ALA İNƏK 
 
Ala inək, ala inək, 
Ay başabəla inək, 
İnəklər cərgəsindən 
Silinmişdin az qala, inək. 
 
Ətin yox, 
Südün yox, 
Sabaha ümidin yox… 
 
…Biçənəklər yandı bu il - 
Güney - günsöy, quzey - quraq. 
Bircə yerdə ot-ələf var, 
O da qoruqçunun gözündən iraq… 
 
Düşünməyib heç nəyi 
Səkinə qarı səhərdən 
Hazırlayıb sərnici. 
Ala inək, 
Ay inəklərin ən gici, 
Örüşdən qayıtmaq istəmirsən - 
Biləndə ki, sağılacaqsan. 
Dəlisən, nəsən - 
Sahibinin üzünə ağ olacaqsan?.. 
 
1980 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
188
 
MƏNİ 
 
(Tüfeyli gəncin dilindən) 
 
Bir gözələ heyran oldum 
Saldı haldan-hala məni. 
Evlər yıxan baxışıyla 
Çəkdi çətin yola məni. 
 
Vurulanda gözlərinə 
Düşdüm onun izlərinə. 
Qüvvət verib dizlərinə 
Gəzdirdi sağ-sola məni. 
 
Axır çatdım o marala, 
Dedim: - məni az yarala… 
Tərs-tərs baxıb dedi: - bala, 
Eybi yoxdur, dola məni… 
 
Dedim: - sevdim səni, pərim, 
Dedi: - axı körpəm, ərim… 
Çıxdı kəlləmə gözlərim 
- Bağışlayın, xala, məni… 
 
1976 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
189
 
VƏRDİŞ 
 
Qutabsatan qışqırırdı: 
- Ay müştəri, 
Di gəl bəri… 
İsti qutab, isti qutab! 
 
…Olan oldu, keçən keçdi
Qalan qaldı, köçən köçdü… 
Qutabsatan özgə yerdə 
Bir gün başqa işə keçdi. 
 
Qışqırırdı: - Ay müştəri, 
Di gəl bəri, 
Orda durma — 
İsti dondurma, is… dondurma 
 
Sonra tıncıxıb, tərləyib 
Tezcə dilini hərləyib 
Səhvini düzəldərək 
Hey söyürdü köhnə işini, 
Təzə vərdişini… 
 
1980 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
190
 
VƏDƏBAZA 
 
Mənə yalan demə, qardaş, 
Həqiqətin özünü de. 
Qoy quruca düzdə qalım - 
Təki sözün düzünü de. 
 
Mənə yalan demə, qardaş, 
Aldananda bağrım yanır… 
Bir yalanın alovunda 
Neçə-neçə doğrum yanır. 
 
Mənə yalan demə, qardaş, 
Söz dilini doğrasa da… 
Niyə adın yalançıdır — 
Əgər sözün doğrusa da?.. 
 
1977 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
191
 
 
 
 
 
 
 
 
SÞZÖMÖN  
CANI VAR 


 
    
Адил Ъямил
  
 
 
192
 


Сечилмиш ясярляри
  
 
 
193
 
QAYIDIŞ 
 
Ömür yolu dolamadır — 
Biz getdikcə qayıdırıq. 
Sapımızı sarıdıqca 
«Dünya dükcə» qayıdırıq… 
 
Zaman-zaman bu çevrədə 
Fırlanırıq fırfıratək. 
Bir qarlı qış «budağında» 
Qayıdırıq sırsıratək. 
 
Qayıdırıq ilkimizə, 
Qayıdırıq kökümüzə. 
Qayıdırıq babam geyən 
Börkümüzə, kürkümüzə. 
 
İnsan özü bir tərəfə, 
Pal-paltar də kökə qaçır. 
Min illərdən gələn uşaq 
Yenə əldə kökə qaçır… 
 
Biz ömür-gün təkrarıyıq, 
Qanımız çox qədim qandır. 
Axşam sönüb gedən günəş 
Səhər yanıb qayıdandır… 
 
1986 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə