Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

Сечилмиш ясярляри
  
 
 
81
 
ANASIZ EVİN UŞAQLARI 
 
Qapını açanda evin kişisi 
Gözünün içinə baxa bilmədim, 
Evinin içinə baxa bilmədim. 
Körpə uşaqları çıxdı qarşıma, 
Odlu qəhərimi boğa bilmədim. 
Danışdıq… danışdıq sükut diliylə, 
Gözümdə qalmışdı körpə gözləri, 
Bilmirdim onları necə ovudum; 
Tək bircə gecəlik, tək bircə udum 
Ana nəfəsini gəzirdi onlar. 
…Anasa qəfildən çıxıb getmişdi, 
Getmişdi ömrünün gəlin çağından, 
Getmişdi bu isti ər ocağından, 
Ayrıydı üç körpə oyuncağından. 
…Üç ana ölmüşdü bu evdə, bəli, 
Hər uşaq bir ana intizarında… 
Yayın istisində, qışın qarında 
«Ana! Ana!» deyə öyrəşib onlar 
Ağrılı-acılı anasızlığa… 
…Ata bişirdiyi xörəyi yeyib
Yuduğu paltarı geyibdi onlar. 
Arabir karıxıb uşaq diliylə 
Ataya «ana» da deyibdi onlar… 
Körpə gözündəki anasızlığa 
Boylana bilmədim, baxa bilmədim. 
Hər baxış bir çətin imtahan idi, 
Mən o imtahandan çıxa bilmədim. 
Qəfildən üşüdüm, yaman üşüdüm, 
Sonra da alışdım mən için-için, 
Darıxdım balamın anası üçün… 
                                            Zaqatala, 1980 
 


 
    
Адил Ъямил
  
 
 
82
 
AÇIL EY SƏHƏR! 
 
Ulduzlara boylanmaq xoş olsa da, 
Ürəyimin buludu boşalsa da, 
Eşitmək istəmirəm 
Qulağıma nəsə pıçıldayan 
bu zülmət gecəni, 
Açıl, ey səhər!.. 
 
Ulduzlar yanıb-sönür 
ötəri məhəbbət kimi, 
Uzanır gecə 
boş söhbət kimi. 
Görmək istəmirəm 
bu zülmət gecəni, 
Açıl, ey səhər! 
 
Bir səma ulduzu yığsan bir yerə 
Dəyərmi günəşin bir zərrəsinə?.. 
Ürəyim tablamır, 
gözüm alışmır 
Gecənin qaranlıq mənzərəsinə, 
Açıl, ey səhər!.. 
 
1980 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
83
 
BU YOXUŞU ÇIXASIYAM 
 
Yanıb-sönən ocaq gördüm
Boz külü közündən baha. 
Yüz bulaqlı bir dağ gördüm 
Dərəsi düzündən baha. 
 
Ömür verin gülcə mənə, 
Toxunmayın bircə mənə… 
Ürək istər bu çəmənə 
Qönçənin gözündən baxa! 
 
Su içində odam - gördüm, 
Od içində otam - gördüm. 
Neçə-neçə adam gördüm 
Paltarı özündən baha . 
 
Desəm yoxdur dərd duyanım, 
Demə dərdin dərddi, yanım? 
Mən görürəm bu dünyanın 
Astarı üzündən baha. 
 
Taleyimin çağasıyam, 
Ürəyimin ağasıyam. 
Bu yoxuşu çıxasıyam, 
Tutmayın dizimdən, bax ha… 
 
1979 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
84
 
KƏNDİMİZƏ GEDƏRKƏN 
 
Həsrət gilə-gilə tutsa qanımı 
Düşərəm yolların ağına bir gün. 
Alaram əlimə çamadanımı, 
Çıxaram Comərdin dağına bir gün. 
 
Baharın gürşadı yusa dağları 
Gedişim yamanca vaxtına düşər. 
Çıxar qabağıma kənd uşaqları, 
Muştuluq «qoçağın» baxtına düşər. 
 
Nənəm eşidəndə gəlir nəvəsi 
Zəif gözləriylə yolları gəzər. 
Çataram kəndimin astanasına; 
Üzümdə anamın isti nəfəsi, 
Boynumda həsrətli qolları gəzər. 
 
Yığılar başıma qonum-qonşular, 
Məni ürəyincə dindirər hərə. 
O gecə kəndimiz yuxusuz qalar, 
Gözünü qırpmadan çıxar səhərə. 
 
1974 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
85
 
LAYLA 
 
Bir həzin laylaya ehtiyacım var, 
Ana mehri üçün dağlar aşaram. 
Görsəm bir körpəyə layla çalırlar 
Özümü unudub uşaqlaşaram. 
 
Bir zaman qəm yağıb elə, obaya, 
Ana ürəyində kədər, kin olub. 
Nə qədər «körpələr» gedib davaya, 
Nə qədər laylalar didərgin olub… 
 
Gəlib bu günəcən, gəlib laylalar
Heyif ki, sozala-sozala gəlib. 
Laylanı duymayıb təzə «analar», 
Laylalar azala-azala gəlib. 
 
Bir layla gəzirəm məni isidə, 
Yüz qayğı bir ana mehrini verməz. 
Dünyanın ən gözəl musiqisi də 
Ana laylasının yerini verməz. 
 
Bir layla gəzirəm yandıra, yaxa, 
Təzədən tapışa ana balayla. 
İlbəil xalqımın yadından çıxan, 
Günbəgün azalan laylam, a layla… 
1980 


 
    
Адил Ъямил
  
 
 
86
 
*** 
 
Durula-durula axan bulağım, 
Aman ver, diz çöküm duruluğuna. 
Sən - bulaq, mən - bulaq, 
axıb durulaq, 
Yaşayaq bir ömrü yarılığına. 
 
Dağlardan qıjhaqıj gələn dağ çayım, 
Aman ver, ağappaq köpündən keçim
Körpü ver, yüyürüm körpündən keçim. 
Körpü də verməsən, tez ol, güman ver, 
Güman ver, lap saman çöpündən keçim… 
 
Uçuna-uçuna uçuşan quşlar, 
Gəlin, yaxın gəlin, verək səs-səsə, 
Dayanaq üz-üzə, nəfəs-nəfəsə
Bir nəğmə oxuyaq bu qəribliyə… 
Sizləri isidən yuva yoxdusa 
Soruşaq: bu meşə göyərib niyə? 
Gəlin, yaxın gəlin, sərçə balalar, 
Qanadı içində ətcə balalar, 
Nəğməniz qalmasın içinizdə qoy… 
 
1981 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə