Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

Сечилмиш ясярляри
  
 
 
61
 
QAÇIŞ 
 
Qaçır mənsəbinə, qaçır dağ çayı, 
Neyləsən duruşu gözündə qalmır. 
Qaçır, dodağından qaçır təbəssüm
Zəif işığı da üzündə qalmır. 
 
Aldanıb payızın qızıl «payına» 
Küləyə qoşulub yarpaqlar qaçır. 
Canını qaçıran fələstinlinin 
Ayağı altından torpaqlar qaçır… 
 
Kölgəsi qaranlıq gətirən bulud 
Haçansa, harasa yağmağa qaçır. 
Günbatan tərəfdə gizlənən günəş 
Gecəykən gündüzü doğmağa qaçır. 
 
Qaçır bağçadakı balaca uşaq 
Böyük uşaqların yelləncəyinə. 
Dünyada nə qədər canlı-qanlı var 
Qaçır keçmişindən gələcəyinə… 
 
Fırlana-fırlana fırlanqıcında 
Qaçır öz yerindən Yer kürəsi də. 
Sabaha yeriyən bu günkü xalqın 
Qaçır arxasınca qəbiləsi də. 
 
Mənə elə gəlir, elə gəlir ki
Quşlar qaça-qaça uçağan olub. 
Qalmaq istəməyib bizdən arxada 
Yaxşı ki, zaman da qaçağan olub… 
1982 
 
 


 
    
Адил Ъямил
  
 
 
62
 
KORBULAQ 
 
Bulağın da koru varmış, sən demə… 
Bu korluğu gözlərimlə görmüşəm. 
Yazıq bulaq çatsın deyə əhdinə 
Dağın, daşın qılığına girmişəm. 
 
Bu dağların hər qarışı bir bulaq, 
Bu bulağın hər qarışı bir dağdır. 
Sənə niyə kor deyirlər, Korbulaq? 
Yaz yağışı, 
qış qarğışı bilir ki, 
Gözlərində tor bağlayan torpaqdır… 
 
Bir kəsmi yox bu torpağı daşısın, 
Lilli gözün damcı-damcı durulsun? 
Torpaq altda bulaq necə yaşasın, 
Bulaqdırsa bulaq necə qurusun? 
 
Başın üstə pöhrələyib bir qovaq
Budağından puçur-puçur baxırsan. 
Bir obanın sənəyinə sən uzaq, 
Bir ağacın taleyinə axırsan. 
 
Bircə kəsin köməyi yox, karı yox, 
Korbulağın gözlərində toru var. 
Bu dünyada bulaqların koru yox, 
Bulaqgörməz adamların koru var. 
1980 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
63
 
GÖY TƏPƏDƏ GÖRDÜKLƏRİM 
 
Göy təpənin göy üzündə 
Bir bulaq var, axarı yox. 
Göy təpənin göy düzündə 
Bir ağac var, baharı yox. 
 
Göy təpənin göyü ayaz
Buludunun donu bəyaz. 
Niyə belə gəldi bu yaz? 
Qurağı var, yağarı yox. 
 
Göy təpəni fağır gördüm, 
Başına qar yağır - gördüm… 
Daşdan keçən cığır gördüm, 
Əvvəli var, axırı yox. 
 
Göy təpəni sınamadım, 
Çiçəyini sanamadım. 
İnanmadım, unamadım. 
Naxırçı var, naxırı yox. 
 
Göy təpənin göydü rəngi, 
Burda hamı birdi sanki… 
Paxıllıq eyləyirsən ki, 
Bu obanın paxılı yox… 
 
1980 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
64
 
QOŞMA 
 
Bir dağ zirvəsindən baxdım dünyaya, 
Torpağın naxışı gözümə dəydi. 
Çəhrayı üfüqlər alışıb yandı, 
Bilmədim alovu, közü nədəydi… 
 
Çaylağa sığmayıb çağladı çaylar, 
Məni yol üstündə haqladı çaylar. 
Atılıb üstümə ağladı çaylar, 
Bu vüsal on illik küsümə dəydi. 
 
Yaz gəlib, gül açıb qışımın üstdən, 
Burda yaş çıxıram yaşımın üstdən. 
İldırım şığıdı başımın üstdən, 
Dumanın ətəyi dizimə dəydi. 
 
Zirvənin başından aşır çəməni, 
Yel vurur, göllənib daşır çəməni. 
Əyilib qoxladım yaşıl çəməni 
Çiçəyin nəfəsi üzümə dəydi. 
 
Hər gülün boyası günəş nurudu, 
Bu dağlar, bu daşlar necə uludu
Çiçəyə əl atdım əlim qurudu, 
Buluda daş atdım özümə dəydi. 
 
1980 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
65
 
GÖL YERİ 
 
Kəndimizin başı üstdə 
Bir qurumuş göl yeri var. 
Göl quruyub çəmən olub, 
Göl yerində gül yeri var. 
 
Bircə gilə suya dönüb 
Buxarlanıb gölüm bir gün. 
Balıqları qarmağına 
Keçiribdir ölüm bir gün. 
 
Neçə ömrə sonluq olub 
Göl ömrünün son anları. 
Buxarlanıb yaşıl gölün 
O yaşılbaş sonaları. 
 
Buxarlanıb bu dağların 
Göl balası, gül balası. 
Bu dağlar bir karvansara, 
Kim gedəsi, kim qalası… 
 
…Dağ yerində göl var imiş, 
Göl yerində dağ qalıbdır. 
Sonaların əvəzinə 
Qurbağalar sağ qalıbdır. 
 
 
1980 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
66
 
NEYLƏYİM 
 
Bu dünyanın əzabını, dərdini 
Sevmək üçün gəlmişəmsə neyləyim? 
Bir ömürdə bir yol üzüm gülməyib
Bircə dəfə gülmüşəmsə neyləyim? 
 
Çox tufana sinə gərib az yaşım – 
Elə bil ki, tamam olub yüz yaşım… 
Yanağımı yandıranda göz yaşım 
Öz əlimlə silmişəmsə neyləyim? 
 
Lal gecələr nə yuxum var, nə mürgüm, 
Ölçülərə gəlməmişəm – yox ülgüm. 
Parçalanıb bölünəndə ömür-gün 
Ürəyimi bölmüşəmsə neyləyim? 
 
Bir çay oldum bir dənizə mən axım, 
Bir ömrüm var, bir qəlbim var, min ahım. 
Aman Allah, ağır oldu günahım – 
Sevgi nədir bilmişəmsə neyləyim? 
 
Kim salıbdır  yollarıma daş yamaq, 
Gül-çiçəkli baharıma qış - yamaq. 
Ölməkdən də çətin imiş yaşamaq – 
Sağlığımda ölmüşəmsə neyləyim?.. 
1988 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə