Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

Сечилмиш ясярляри
  
 
 
45
 
ÖZÜMƏ 
 
Qürbətdə deyilsən qəribsəyəsən, 
Bu ana torpağı gəz ürəyincə. 
Aldanma «bacadan» girən ilhama — 
Qoy olsun qoşduğun söz ürəyincə. 
 
Boylan uzaqlara, yaxına baxma, 
Sənə soyuq-soyuq baxana baxma… 
Heç kəsin gözüylə cahana baxma, 
Yaşa ürəyincə, sez ürəyincə… 
 
İlləri saxlamaq heçdi, hədərdi, 
Ay var – sevincdirsə, gün var – kədərdi. 
Onsuz da bu dünya gəldi-gedərdi
Özünə gün ağla öz ürəyincə. 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
46
 
KƏNDİNDƏN KÖÇƏN KİŞİ 
 
 
Saymaq istəmirdi bu ana kəndi 
Kişilər içində «sayılan» kişi. 
Günlərin bir günü qayıdıb gəldi 
Doğma obasından ayrılan kişi. 
 
Su içmək istədi – yandı nəfəsi, 
O yaxın bulaq da uzaq kimiydi. 
Ata ocağının «ata əvəzi» 
Bu kəndin qoynunda qonaq kimiydi. 
 
Dondu elə bil ki, damarında qan, 
Kövrəldi kimsəsiz xalası üçün… 
Açdı pəncərəni - havasızlıqdan 
Boğulan evinin xilası üçün. 
 
Sərin dağ havası doldu içəri, 
Çoxdan bu havanı arzulamışdı, 
O, eldən ayrılıb, kənddən köçəli 
Divar da ağlayıb quzulamışdı. 
 
Gözlədi… gəlmədi qohum-qonşular
Bu tənha həyətdən az qaldı qaça. 
Düşündü: - Beləcə adam daş olar 
Bu daş divarların arasındaca… 
 
Göydən gürşad yağdı bəbəklərinə, 
Şimşəklər gözündə qaraldı, keçdi. 
Boylandı bozarmış bostan yerinə - 
Gözünün önündən qaraltı keçdi… 


Сечилмиш ясярляри
  
 
 
47
Çağırdı: - Alabaş! - Duruxdu bir an - 
Görəsən Alabaş niyə hürmədi?.. 
Sahibsiz itlərə qoşulduğundan 
İt də sahibinə yaxın gəlmədi… 
 
1976 
 
BİR YOLÇUNUN VƏSİYYƏTİ 
 
Ay bu yoldan keçən kəslər
İnsaf edin, 
rəhm eləyin - 
Məni elə bu çiçəkli 
təpədəcə dəfn eləyin; 
Bu torpağın qucağında 
Özüm boyda torpaq olum, 
Özüm boyda bir dağ olum. 
Başım üstə buxarlansın 
Bu dünyanın boz buludu, 
boz səması, 
Səma olsun yaz səması!.. 
Bu səmanın altındaca, 
Bu torpağın üstündəcə 
Ömrüm boyu çiçəkləyim… 
Bir tərəfdə ayım batsın, 
Bir tərəfdə günüm çıxsın, 
Elə coşum fərəhimdən 
Daş içindən gülüm çıxsın. 
Qönçə-qönçə gözlərimlə 
Gündüzün gün işığına 
boylanım mən, 
Gecənin ay işığına 
boyanım mən. 
Deməyin ki, gülün ömrü 
gödək olur, 


 
    
Адил Ъямил
  
 
 
48
qısa olur. 
Gül ömrücə yaşayanda 
Bu «olmaz»lar dünyasında 
nəsə olur… 
1976 
 
 
GECƏ DUYĞULARI 
 
Bu gecə ömrümün vüsal çağıdır, 
Bir kimsə qəlbimə dəyməsin təki… 
Göy üzü Əslinin yaxalığıdır, 
Ulduzlar alışan düyməsi təki. 
 
Gecənin ünvansız küləklərinə 
Dəniz ünvan verib döşünün üstdə. 
Dirəklər işıqlı ürəklərini 
Qaldırıb Dankotək başının üstə. 
 
Şəhər yastığına qoyub başını - 
Bir körpə ağlasa, bir layla sınar. 
Salxım söyüdlər də əyib başını 
Arxın bir gecəlik pçıltısına. 
 
1976 


Сечилмиш ясярляри
  
 
 
49
 
QIZIM 
 
Mənim gözlərimdə böyük qız olub 
Hələ boy-buxunu balaca qızım. 
Bələk dünyasına sığmayır daha - 
İstəyir əl aça, qol aça qızım. 
 
Çətindir qəlbini anlamaq, duymaq - 
Bilməzsən nə deyir dodağı qaymaq… 
Yumru yanaqları qar kimi dümağ, 
İşıqlı gözləri qaraca qızım. 
 
Daha bu dünyaya harayıq, hayıq, 
Övlad körpüsündə birləşən çayıq. 
İndi gecə-gündüz intizardayıq 
Bu günə, sabaha dil aça qızım. 
 
1979 
 


 
    
Адил Ъямил
  
 
 
50
 
QALIB 
 
Dağlar məni diləyibdir
Günəş oda bələyibdir. 
Neçə gecəm əriyibdir 
Bu səhərlər arasında. 
 
Bir babadan adım qalıb, 
Bir obadan odum qalıb, 
Yel qanadlı atım qalıb 
Ağ kəhərlər arasında. 
 
Dəyirmançı İbad olmaz, - 
Sular gəlib nova dolmaz… 
Ha gözlərəm, novat olmaz - 
Gözüm pərlər arasında. 
 
İgidlərik dəli-dolu, 
El-obalar oğul toylu… 
Bir kəndim var şəhər boylu 
Bu şəhərlər arasında. 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
51
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     GÖNDOÝANDAN              
GÖNBATANA 


 
    
Адил Ъямил
  
 
 
52


Сечилмиш ясярляри
  
 
 
53
 
NƏĞMƏ SORAĞINDA 
 
Hələ istəyimcə boy atmamışam, 
Ellərin yanında üzüqarayam. 
Hələ bircə misra yaratmamışam, 
İllərin yanında üzüqarayam 
 
Çətin zirvələrdə dərdim azalır, 
Ayağım büdrəyir asan yollarda. 
Min nəğmə doğulur, şeir yazılır 
Bizi yaddışına yazan yollarda. 
 
Fikir sorağında əriyirəm mən, 
Bir nəğmə gətirir hər gələn gecə… 
Boylanır südəmər sətirlərimdən 
Bəyaz varaqlara «əkilən» gecə. 
 
Hələ bilinməyir kiməm, nəçiyəm, 
Bu elə yoldur ki, azmamaq olmur. 
Sinəm çağlamasa kiriyəcəyəm, 
O vaxt yazıram ki, yazmamaq olmur. 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə