Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
    
Адил Ъямил
  
 
 
94
 
SƏHRA ÇİÇƏYİ 
 
«Su» deyib yalvaran qərib yolçunun 
Bəlkə də göyərib son nəfəsindən. 
Yaşıl yamaclarda kök atmayıb o, 
Cücərib çıxıbdır qum təpəsindən… 
 
Aldanıb ilğıma səhra çiçəyi, 
«Yol gedib» səhranın yarğan yoluyla. 
Sonra «səs gələni» «su gələn» bilib, 
Çəkib «karvanını» karvan yoluyla. 
 
…Səhralar qurudan quraqlıq üçün 
Allahın bir quru yağışı yoxmuş… 
Deyirəm: bəlkə də göylərin yerə 
Bundan qara gələn qarğışı yoxmuş… 
 
Hardasa, hardasa bir xiyabanda 
Çiçəklər boğulur su bolluğunda. 
Burdasa - bozarmış boz biyabanda 
Çiçəklər can verir su qılığında… 
 
Gözlərə dəyməyən gözəllik olub 
Dərdə bax, dərilməz səhra çiçəyi. 
Nə ölməz əzabdan canı qurtara, 
Nə də ki, dirilməz səhra çiçəyi. 
 
Onun zərifliyi çəkilib qına, 
Onun ləçəyini sərtlik bəzəyir. 
Səhra qumluğunda səhra çiçəyi 
Kişi paltarında qıza bənzəyir… 
1981 
 
 


Сечилмиш ясярляри
  
 
 
95
 
EVİN KİÇİK OĞLU 
 
Evin kiçik oğlu - qardaşım İlham, 
Nə vaxtdır şəhərə uyub gəlmişik. 
Ata ocağını, ana yurdunu 
Sənin umuduna qoyub gəlmişik. 
 
…Baharın geciksə, qışın çıxmasa, 
Ağlarkən gözünün yaşı çıxmasa, 
Dünyanın işindən başın çıxmasa 
İtirmə başını qardaşım İlham. 
 
Dönmürük o kəndə biz üzü dönük - 
Bir az yüngülləşə çiynindəki yük… 
Böyüyüb olmusan sən bizdən böyük, 
Kiçiltmə yaşını, qardaşım İlham. 
 
Soyuqluq sarılsa evə-eşiyə, 
İtilə baltanı, yüyür meşəyə; 
Qır bütün meşəni, kişi qırığı, 
Atamız, anamız qoyma üşüyə… 
 
Evimiz soyusa inanmıram ki, 
Hansı şeriminsə odu isidər… 
İsitməz o evi bir ürək şerim, 
İsitsə bir qucaq odun isidər. 
 
Evin kiçik oğlu - qardaşım İlham, 
Mən gəlib çatmaram sabah səhərə, 
Qoyun novatına özün gedərsən. 
Səhər sazağında, sübh ayazında 
Qızara-qızara üzün gedərsən… 


 
    
Адил Ъямил
  
 
 
96
Özün sulayarsan göy atımızı, 
Dananı, buzovu bağlarsan özün. 
Qoyunu arxacda, quzunu kuzdə, 
İti qarqarada saxlarsan özün. 
 
Evin kiçik oğlu, kiçik qardaşım, 
Bir az taleyindən incik qardaşım, 
Ömür ver, həyat ver həyət-bacaya
Qoyma gözlərindən ev-eşiyi sən, 
Unutma, o evin sonbeşiyisən… 
 
1982 
 


Сечилмиш ясярляри
  
 
 
97
 
*** 
 
Ürəksizlər ürəyimə 
Toxunanda havam çatmır. 
Buza dönür ev-eşiyim, 
Sığınmağa yuvam çatmır. 
 
Arzularım çiçək-çiçək, 
Duyğularım gözəl-göyçək. 
Yaşayıram yalan-gerçək, 
Yanımda el-obam çatmır. 
 
Ömrün tamı bal tamıdır, 
Həyat neçə yol tanıdır… 
Dünya döyüş meydanıdır, 
Hələ neçə davam çatmır… 
 
1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
98
 
DƏVƏÇİDƏ BULUD GÖRDÜM 
 
Axşam üstü, 
qürub çağı, 
Təbiətin qərib çağı 
Dəvəçinin göylərində 
Qan-qırmızı bulud gördüm. 
 
O alışan topa bulud 
Közərdikcə elə bildim 
Al günəşin yuvasıdı; 
Günəş orda gecələyib 
Gözlərini yumasıdı… 
 
Mən görmüşdüm buludlardan 
Qar tökülə, yağış yağa, 
Görməmişdim işıq yağa. 
Axşam üstü, şər vaxtında 
Burda çıxdım işıqlığa… 
 
O buludun işığında 
İşıqlandı qara dünyam, 
İşıqlandı köksüm mənim. 
Zirvələrin güzgüsündə 
Əks elədi əksim mənim. 
 
Dağlar elə qızardı ki, 
Deyərdin ki, gün yandırıb… 
Düşündüm ki, o çırağı 
Çıraqqala üfüqündə 
Axı görən kim yandırıb? 


Сечилмиш ясярляри
  
 
 
99
O axşamı işıqlatdı 
O buluddan yağan işıq. 
Axşam çıxan günəş oldu 
Qızıl bulud doğan işıq. 
 
1980 
 
DAYAN, QARDAŞIM, DAYAN 
 
Hərbi xidmətə yola düşən qardaşım Xəqaniyə. 
 
Uzaq səfərə çıxırsan — 
Səni bu yol aparacaq, 
Məni xəyal aparacaq… 
Dayan, qardaşım, dayan, 
Eşit məni, çox tələsmə, 
Hər qarşına çıxan kəslə 
Kəlmə kəsmə, çörək kəsmə. 
Hər yol üstdə yolçulaşma, 
Hər davada qoçulaşma, 
Buynuzunu sındırarlar… 
Dayan, qardaşım, dayan, 
Koroğlu zamanı deyil, 
Atom əsridir əsrimiz. 
Arxanca boylanır nəslimiz, 
Gedəndə ürəkli ol, 
Gələndə gərəkli, 
Qardaşım… 
 
1982 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
100
 
KƏLBƏCƏRİM 
 
Torpağına kök atdığım, 
Laylasına böyüdüyüm, 
Dağlarının dağ ömrünə 
«Ömrüm» deyib öyündüyüm 
Kəlbəcərim! 
 
Qan-qırmızı laləsinin 
Közərtisi qış qaytaran, 
Tərtərinin burulğanı 
Qaya buran, daş qaytaran 
Kəlbəcərim… 
 
Qaragöz qumral quzumu 
Dumanında itirdiyim, 
Uşaqlığın «dastanını» 
Zirvəsində «bitirdiyim» 
Kəlbəcərim! 
 
Payızında meşələri 
Ağac-ağac bar gətirən, 
Baharında Dəlidağı 
Çiçək-çiçək bal gətirən 
Kəlbəcərim… 
 
Sən şerimin şah misrası, 
Sözlərimin kəsərisən. 
Ömrüm boyu yazacağım 
Bir gözəllik əsərisən, 
Kəlbəcərim! 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə