52
bütün məsələlər xüsusi diqqət və xüsusi yanaşma tələb
edir.
Ilk növbədə bu tempə - ifa sürətinə aiddir. Bu
məsələnin də həmçinin həm obyektiv, həm subyektiv
tərəfləri var. Belə ki, bir tərəfdən hər stilistik dövrə aid
ənənələr və müəllifin temp göstərişləri mövcuddur. Digər
tərəfdən, biz XXI əsrdə yaşayırıq və, məsələn, XVIII əsr
üçün təbii olan templər bizə daha asta, daha ləng görünür.
Belə olan halda ən əsas məsələlərdən biri – musiqi
nəfəsinin təbiiliyini və musiqinin nəbzini itirməyən, həm
bəstəkarın, həm də ifaçı ideyasını qoruyub saxlayan, bədii
cəhətdən daha ifadəli tempo-ritmin tapılmasıdır. Unutmaq
olmaz ki, ifa edilən əsərdə vahid bədii obrazın
yaradılması, musiqinin bütün xırda və texniki detallarında
vahidliyin gözlənilməsi, yəni bütün ansambl iştirakçıları
tərəfindən musiqinin vahid interpretasiyası-şərhi məhz
temp seçimindən asılıdır.
Temp seçimi həmçinin əsərin metrik təqtisini,
pulsunu (nəbzini) müəyyən edir. Adətən əsərin metrik
təqtisi açar yanında göstərilən ölçü ilə üst-üstə düşür, lakin
bəzən fərqli də ola bilir. Unutmaq olmaz ki, sakit, ağır
temdə daha xırda ölçülü “döyüntü”yə, nəbzə - metrik
təqtiyə ehtiyac olur, iti tempdə isə metrik təqti daha böyük
olur, iriləşir. Belə ki, temp hissinin sinxronluğunu təmin
etmək üçün əsərə birgə dirijorluq etmək lazımdır. Bu vaxt
metrik təqti bütün iştirakçılarda eyni olmalıdır, bir-birinə
uyğun olmalı, üst-üstə düşməlidir. Əsərə birgə dirijorluq
edilən zaman ansambl iştirakçılarından biri yarım notlarla,
digəri – çərəklərlə, üçüncüsü səkkizliklərlə sayarsa, hətta
bəzi təqtilər üst-üstə düşsə belə, vahid temp hissi əmələ
53
gəlmir, ifaçıların temp hissləri müxtəlif olacaq, hərə
özünün duyduğu tempdə sayacaq, ifa edəcək.
Ansambl ifaçılığında temp və ritm sinxronluğu
ansambl iştirakçılarının ən vacib xüsusiyyətlərindən,
keyfiyyətlərindən biridir. Temp və ritm sinxronluğu –
tərəfdaşlar tərəfindən əsərin temp və ritmik nəbzini,
pulsunun eyni anlanması və hiss edilməsinin nəticəsidir.
Temp və ritm sahələrində ifaçıların individual
xüsusiyyətləri olduqca aydın görünür. Solo ifada tempin
yüngülvari dəyişməsi və ya ritmdən cüzi dəqiqsizlik hiss
edilmir, ansamblda isə hər-hansı bir ansambl iştirakçısı
tərəfindən tempin dəyişdirilməsi və ya ritmik sapmalar
sinxronluğu kəskin surətdə pozur, dağıdır: belə hallarda
ansambl iştirakçısı irəli gedərək və ya geri qalaraq
tərəfdaşlarından “ayrılır”. Birgə ifa zamanı sinxronluğun
cüzi surətdə pozulması isə dinləyici tərəfindən o saat hiss
edilir. Musiqinin məğzi parçalanmış olur, harmoniya
pozulur və nəticə etibarilə auditoriya ilə əlaqə itir.
Ifanın həm tempi, həm ritmi ansamblın bütün
iştirakçıları üçün təbii olmalıdır: bir tərəfdaşın digərinə
passiv “uyğunlaşması” ifanı canlı nəfəsdən məhrum edir.
Vahid temp və vahid ritmik puls hissi yalnız musiqi
həmtəəssüratının təbiiliyi və möhkəm, ayrılmaz musiqi
ünsiyyəti nəticəsində yaranır.
Tempin müəyyən edilməsinin yekdilliyi hələ tempin
tərəfdaşlar tərəfindən hiss edilməsinin ümumiliyi deyil.
Bütün ifaçılar Adagio tempinin ağır, Allegro tempinin isə
tez, iti temp olduğunu təsdiq edir. Lakin bu templərin nə
dərəcədə ağır və nə dərəcədə iti olmasının müzakirəsi
zamanı fikir ayrılığı əmələ gələ bilər. Аmma tempin
54
ağırlığının və itiliyinin bu mübahisəli dərəcəsi adətən
musiqinin xasiyyəti üçün həlledicidir, olduqca böyük
əhəmiyyət kəsb edir. Həmçinin tempin müəyyən edilməsi
zamanı bədiilik tələblərindən başqa tərəfdaşın alətinin
texniki imkanlarını da, yəni çevikliyini, səslənmənin
uzunluğunu və s. nəzərə almaq lazımdır.
Ansamblın hər iştirakçısının qəbul edilmiş tempdən
sapmamağı olduqca vacibdir. Ansamblda bir dəfə təyin
edilmiş tempi saxlamaq və lazım olanda yeni tempə
keçmək kimi ifaçı bacarıqları xüsusi əhəmiyyət kəsb edir;
temp dəyişəndə tənasübün, nisbətin gözlənilməsi üçün
düzgün “gözəyarı ölçmək” bacarığı (və əsas tempdən
sapma ilə tempin dəyişdirilməsi arasında mühüm fərqin
dərk edilməsi); bir sıra temp sapmaları və ya temp
dəyişmələrindən sonra ilkin tempə qayıtmaq üçün lazım
olan “temp yaddaşı” (bu növ yaddaşın lazımınca inkişaf
etməməsi ekspozisiya və repriza templərinin üst-üstə
düşməməsinə səbəb olur).
Ritmik məsələlərinin kollektiv həlli üçün
tərəfdaşların individual ritminin möhkəmliyi, dayanıqlığı
və çevikliyinin hərtərəfli inkişafı, “ritmik eşitmə
qabiliyyəti”nin həssaslığı bərabər dərəcədə vacibdir.
Musiqiçinin ansambl ifasında iştirakı ona xas olan
bir sıra çatışmamazlıqların, nöqsanların aradan
qaldırılmasında kömək edir (tempi saxlaya bilməmək,
solğun, ətalətli və ya həddən artıq sərt ritm), onun ifasını
daha parlaq, daha inamlı etməyə kömək edir.
Çox vaxt ansambl ifası zamanı tempin artırılması,
tezləşdirilməsi problemi əmələ gəlir. Bu problemə, adətən,
dinamik, parlaq, texniki hissələrdə daha çox rast gəlinir.
55
Ifa sürətinin artırılması həmçinin dinamikanın artması,
güclənməsi müşahidə olunan yerlərdə də baş verir.
Tempin sürətləndirilməsi əsərin o hissələrində baş verir ki,
orada dinamika artır. Bu səbəbdən tələbələrin diqqəti bu
məsələyə cəlb edilməsi və müəllifin tempə dair
göstərişlərinə əməl edilməsi olduqca vacibdir.
6.2. Metro-ritmik və temp sinxronluğunun
formalaşması barədə
Motor-hərəki səviyyəsində metro-ritmik və temp
vərdişlərinin, metro-ritmik və temp sinxronluğunun
formalaşma prosesi ən mühüm və eyni zamanda ən ağır
fəth edilən ansambl çətinliyi hesab olunur. Bu çətinlik
onunla bağlıdır ki, temp nisbətləri improvizə xasiyyəti
daşıyır. Metro-ritmik sinxronluğa gəldikdə isə ansamblın
hər iştirakçısı fərdi “ritm hissi” və “temp hissi”nə
malikdir. Məhz bunların aralarında mövcud olan fərqlilik
vahid metro-ritmik vərdişlərin formalaşmasında çətinliklər
yaradır.
Ritmik fiqurların həm birgə, həm də növbə ilə ifası
xüsusi çətinlik təşkil edir. L.Auer qeyd edirdi ki, “Heç
vaxt iki artist eyni passajı tam oxşar ifa etmir” ( «Никогда
два артиста не играют один и тот же пассаж
абсолютно одинаково». Л.Ауэр). Ola bilsin ki,
musiqiçinin fərdiyyəti, individuallığı musiqi əsərinin
ritmik fiqurunun ifasında olduğu kimi daha heç yerdə belə
aydınlıqla eşidilmir və görünmür. Lakin bütün yaxşı
ifaçılara xas olan individual üslubu, tərzi ansamblda
mütləq olaraq vahiq tərzlə əvəz etmək lazımdır. Bəzən
Dostları ilə paylaş: |