Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21

 
 84
proqnozlaşdırılması distansion zondlamanın köməyi ilə yaxşı 
işlənilmiş  və  təcrübədə  tətbiq edilmişdirsə, sürüşmələrin 
qısamüddətli proqnozlaşdırılma-sının perspektivliyindən və bu 
sahədə kosmik informasi-yanın tətbiqi imkanlarından danışmaq 
olar. 
Mühəndisi – geoloji şəraiti proqnozlaşdırarkən müxtəlif 
miqyaslı kosmik şəkillərin analizi zamanı təyin edilmiş struktur 
– tektonik amillərin rolu böyük əhəmiyyətə malikdir. Bu işlərin 
nəticəsində  məlum pozulmaların (lineamentlərin) və ya 
qırışıqların gizli davamı aşkar edilir, fəallaşmış qırılmalar təyin 
edilir, yerüstü tədqiqatlarla çətin aşkar edilən eninə  və ya 
diaqonal pozulmalar (lineamentlər) deşifərələnir, yer qabığının 
qədim və müasir sıxılma və dartılma sahələri qeydə alınır, 
endogen və ekzogen proseslərin  əlaqəsi tam aydınlaşdırılır, 
seysmik amillərin sürüşmələr və uçqunların inkişafına təsiri 
dəqiqləşdirilir, kontinental yamacların sualtı hissəsinin relyefi 
və  dərinliyi təyin edilir. Alınmış  nəticələr dərinlik geofizikası 
və seysmik tədqiqatların məlumatlarını  şərh etmək üçün əsas 
olur ki, bu da mühəndisi – geoloji xəritələməyə  və 
rayonlaşdırmaya yeni keyfiyyət verir. Bu işlərə misal – Şimali 
Qafqazda Ardon çayı  dərəsinin yamaclarında mühəndisi – 
geoloji  şəraitin inkişafına struktur – tektonik amilin təsirinin 
öyrənilməsini göstərmək olar. Burada müxtəlif miqyaslı 
distansion zondlamanın materiallarının kompleks 
deşifrələnməsi ortoqonal və diaqonal sistem lineamentlərin 
olmasını  aşkar etdi. Suben istiqaməti üstünlük təşkil edən 
lineamentlər arasında disharmonik münasibət çox aydın 
görünür. Onlar burada kəsişmə  və ya şaxələnmə düyünləri 
əmələ gətirir. Pozulmaların və lineamentlərin  


 
 
 
 
kəsişməsindən  əmələ  gəlmiş sahələrdə, Ardon çayı  dərəsinin 
yamaclarında, ekzogen geoloji proseslərin müxtəlif formaları 
inkişaf etmişdir (Dallaqkau sürüşmə massivi, Tibb qəsəbəsi 
rayonunda uçurum – töküntü yığımı, Kasaykom-dan sel 
təhlükəsi olan iri hövzənin sərhədləri). 
Təyin edilmiş münasibət, yer qabığının dərinlik 
pozulmaları  və lineamentlər formasında  əks olunan müasir 
geoloji fəallığın olmasını sübut etməklə uçqunların və 
sürüşmələrin Arkanzasın  şimal-qərb hissəsində  və Göyçəyanı 
rayonu sahəsinin kosmik şəkillərində  dəşifrələn-miş lineament 
zonalarına meyl etməsi haqqında olan məlumatları təsdiq edir. 
Yer qabığının lineament şəklinin mühəndisi – geoloji 
interpretasiyasının məqsədəuyğunluğu və effektivliyini artırmaq 
məqsədilə, yeni geoloji istiqamət çərçivəsində mühəndisi – 
geodinamika və lineament tektonikası elmlərinin təmasında, 
mühəndisi – geoloji şəraitin formalaşmasında, lineamentlərin 
struktur- tektonik rolunu araşdırmaq məqsədilə yeni mühəndisi 
– lineamentologiya elmi təklif olunmuşdur. Bu da yer qabığının 
evolyusiyasında lineamentlərin və lineament sistemlərinin 
rolunun və  əhəmiyyətliliyinin analizinin əsasında geoloji 
proseslərin inkişafının sahəvi qanunauyğunluğunu öyrənmək 
üçün tətbiq olunur. 
 


 
 86
3.2. Ətraf mühitin qorunmasında  
kosmik informasiyanın rolu 
 
Kosmik informasiya ətraf mühitin qorunması (ekologiya) 
üçün böyük əhəmiyyət kəsb edir. Bu informasiya, xüsusən, 
mühəndisi – mühafizə, yuyulma və duzlaşma sahələrini 
öyrənərkən mənimsənilən  ərazilərin təsərrüfat üçün səmərəli 
istifadəsi ilə bağlı  işlərdə, axımı tutulmuş göllərin, 
bataqlıqlaşmış sahələrin, uçqun və sel təhlükəsi olan rayonların 
tədqiqatı zamanı təbii mühitin dəyişməsini sənədləşdirərkən və 
analiz edərkən (məsələn, iri obyektlər olan Baykal – Amur 
magistralı, Baş Qaraqum kanalının tikintisilə əlaqədar və yaxud 
çay axımları yerini dəyişərkən, iri su anbarlarını yaradarkən, 
«Smoq» buludları yerini dəyişərkən, ərazi səhralara keçərkən və 
s. ilə əlaqədar) istifadə olunur. 
Meteohidrogeoloji  şərait ekstremal olan rayonların 
sistematik müşahidəsi, mühəndisi – geoloji tədqiqatlarda 
kosmik informasiyanın tətbiqinin üçüncü sferasını  təşkil edir. 
Qar yığımları  və qarərimə  və ya buzlaq sahələrinin qısalması 
rayonlarında kosmik planalmanın məlumatlarının  əsasında 
hidrometeoroloji amili operativ nəzərə almaq, yəni ekzogen – 
geoloji proseslərin inkişafına və  vəziyyətinə mühəndisi – 
geoloji nəzarət etmək imkanı verir. Çünki sonuncular haqqında 
məlumat eyni zamanda böyük ərazilər üçün alına bilər və onlar 
da öz növbəsində, hidrometeroloji məlumatlarla müqayisə edilə 
bilər. 
Geoloji mühitin qorunması və meteohidrogeoloji şəraitin 
izlənməsi işində aktual və əsas məsələlərdən biri aerokosmik  


 
 
 
 
monitorinqin (AKMQS) təşkilidir. Aerokosmik monitorinq 
dedikdə, geoloji mühitin vəziyyətinin və onun təbii və texniki 
amillərin təsiri altında məkan və zaman ərzində dəyişməsini əks 
etdirən, reqlament üzrə dövrü distansion müşahidə sistemi kimi 
başa düşmək lazımdır. Aerokosmik monitorinqin məqsədi – 
geoloji mühitin vəziyyətini operativ izləmək və  nəzarət, lokal 
regional proqnoz üçün distansion informasiyanın istifadəsi, 
onların təbii və antropogen amillərin təsiri altında dəyişməsini 
öyrənməkdir. AKMQS-n obyekti, distansion zondlamanın 
materiallarında birbaşa və ya dolayı əks olunan geoloji mühitin 
dəyişən hissələridir: süxurların fiziki – mexaniki və davamlılıq 
xassəsi; qrunt sularının yatım dərinliyi və minerallaşması; 
müasir geoloji proseslərin həm təbii sürüşmələr, uçurumlar, 
sellər, karstlar, seysmiklik, vulkanizm və s.), həm də texnogen 
(su anbarlarının sahil hissəsinin yuyulması, bataqlıqlaşma, 
çökmə  və s.) inkişafının qanunauyğunluğu AKMQS, istehsal 
qüvvə-lərinin və xalq təsərrüfatı istehsal sahələrinin səmərəli 
yerləşdirilməsi sxeminin tərtibində, dövlət planının ekoloji 
hissəsinin perspektiv işlənməsi zamanı  və s. sahələrdə istifadə 
edilməlidir. 
Məsələn, kosmik şəkillərin deşifrələnməsi sellərin əmələ 
gəlməsinin geoloji – geomorfoloji şəraitini düzgün 
qiymətləndirməyə kömək edir. O, eyni zamanda, sel hadisəsinin 
kiçik- və ortamiqyaslı  xəritələnməsi zamanı effektiv olur. 
Burada işin əsas məqsədi selin inkişaf şəraitinin analizidir.  
Kiçikmiqyaslı kosmik şəkillərin deşifrələnməsi 
aşağıdakılara imkan yaradır:  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə