Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə14/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 
 56
yan süxurların maqnit həssaslığından on və yüz dəfələrlə azdır. 
Şirin suyun  donması  nəticəsində  əmələ gəlmiş buzun xüsusi 
elektrik müqaviməti çox yüksək (10
5
-10
8
 Om
⋅m), minerallaşmış 
sulardan əmələ gələn buzların isə alçaqdır (10
2
-10
4
 Om
⋅m). 
Ona görə  də süxurlar donarkən, onların elektrik 
müqaviməti adətən kəskin artır (-0,5 dən – 5
0
 S-ə  qədər 
temperatur dəyişəndə), bəzən isə  zəif dəyişir (-2-dən –10
0
S-ə 
qədər temperatur dəyişəndə). Ana süxurların litoloji 
 
tərkibindən, məsaməliyindən, sulanmasından, termik rejim 
xüsusiyyətlərindən, buzluluğundan və kriogen quruluşun-dan 
asılı olaraq, donarkən onların elektrik müqaviməti on dəfədən 
çox artmır. Xırda dispers qırıntı süxurlarda (gillər, gilli qumlar) 
müqavimət 10-100 dəfə, iri dispers süxurlarda isə (qumlar, çaqıl 
– çınqıllı çöküntülərdə) 100-1000 dəfə artır. 
Donmuş və ərimiş süxurların elektrokimyəvi fəallığı (
α), 
donuşluqaltı  və donuşluqüstü suların iştirakı  və  hərəkətinin 
təsirindən asılı olaraq, xeyli dəyişə bilər. Donmuş süxurların 
yaradılmış polyarlaşma potensialının qiyməti donu açılmış 
süxurlara nisbətən yüksəkdir və xırda dispers süxurlarda 2-3 %-
ə, buzda 10 % və iri dispers süxurlarda 15 %-ə çatır. 
Suyun nisbi dielektrik keçiriciliyi E
nis
=80, yəni bütün 
süxur  əmələgətirən minerallardakından bir tərtib çox olduğuna 
görə (bu qiymət buz üçün E
nis
≈3) süxurlar donduğu zaman, 
onlarda donmamış suyun miqdarı azaldıqca, nisbi dielektrik 
keçiriciliyi də azalır. Süxurlar donmuş  vəziyyətə keçərkən 
elastiki dalğaların sürəti (V) artır. Buz üçün uzununa dalğanın 
sürəti (V
p
= 3500-4000 m/s) suya (V
p
= 1450 m/s) nisbətən  


 
 
 
 
çoxdur. Iri dispers süxurlar donarkən  V

-nin qiyməti kəskin 
surətdə artır (2-5 dəfə). Xırda dispers süxurlarda əksinə, V

-nin 
qiyməti tədricən artır ( ümumi artım 1,5-3 dəfə). Ana süxurlar 
donarkən, əgər onlar çatlıdırsa, V
p
-nin qiyməti adətən 2 dəfədən 
çox artmır, çatsız süxurlarda isə bu sürət, demək olar ki, heç 
dəyişmir. Bu cür anoloji qanunauyğunluq eninə dalğaların  V
s
 
sürətinə  də aiddir. Maraqlıdır ki, bütün donmuş süxurlar V
s
/V
p
 
üçün nisbəti təxminən dəyişməzdir və 0,4-0,6 m/san  təşkil edir 

Donma – geofiziki kəsilişlər aşağıdakı əsas xüsusiyyətləri 
ilə xarakterizə olunur: 
a) süxurların eyni litoloji komplekslərində temperatur, 
buzluluq, kriogen quruluş  dəyişməsinə baxmayaraq, fiziki 
xüsusiyyətləri planda və dərinlikdə sabit olmaması; 
b) qalınlığı 0,3-3,0 m olan illik temperatur dəyişkənliyi 
qatında süxurların fiziki xassəsinin kəskin (məsələn, bir neçə 
tərtib) dəyişməsi, bu da süxurların «yay» və «qış» fərqlərinə 
gətirib çıxarır; 
v) qalınlığı 10-30 m olan illik istilik mübadiləsi 
zonasında fiziki xüsusiyyətlərin sıçrayışla, bəzən isə  tədriclə 
artması; 
q) çoxillik donuşluq çöküntülərinin orta hissəsində 
yüksək elektrik müqaviməti və sürətli elastik dalğalı zonanın 
(çoxillik donuşlu süxurların qalınlığından 0,1-dən 0,3-ə  qədəri 
olan) olması; 
d) çoxillik donuşluq süxurlarının alt hissəsində  və donu 
açılmış süxurların sərhədində. 
 


 
 58
2.10. Donmuş və donu açılmış süxurların  
xəritəsinin tərtib edilməsi 
 
Donuşluq zonanın xəritələnməsi və rayonlaşdırılması 
üçün, yəni təmasların, tektonik qırılmaların, müxtəlif 
geokrioloji xüsusiyyətli donmuş süxurların yayılma sərhədlərini 
və  həmçinin donu açılmış süxurların yayılma sahələrini aşkar 
etmək üçün müxtəlif geofiziki profilləmə üsulları tətbiq edilir: 
a) aerofiziki (xüsusilə, aeromaqnit) və qravimetrik 
planalma; b) elektrik və elektromaqnit profilləmələri (təbii sahə 
üsulu (TP)), fərz olunan müqavimət (FM), yaradılmış 
polyarlaşma (YP), elektrik sahəsinin təmassız ölçülməsi 
(ESTÖ), dipol elektromaqnit (DEMP), yüksəktezlikli fasiləsiz 
(YTES-PK); v) infraqırmızı planalma (IQP) və termometriya 
(şpurlarda və quyularda temperaturun ölçül-məsi). 
Bu məqsədlər üçün  əsas informasiyanı elektromaqnit 
(ŞEZ, BS) və seysmik (SDÜ, ƏDÜ) zondlama və quru 
quyularda QGT-n (bu şəraitdə yura mayeləri ilə karotaj 
süxurların həqiqi fiziki xüsusiyyətləri haqda həqiqi məlumat 
vermir) köməyi ilə alırlar.  
Donuşluq zonalarının xəritələnməsi məsələsini daha 
dəqiq həll etmək üçün,   iki-üç geofiziki üsul istifadə edilir (o 
cümlədən, termik planalma). Üsulun seçilməsi donuşluq – 
geofiziki, geomorfoloji şəraitdən və  həmçinin kəşfiyyatın 
dərinliyindən asılıdır. Iş aparmaq üçün ən az dərinlikli (10 m-ə 
yaxın),  əlverişli qış mövsümü, əlverişsiz yerüstü şəraiti olan 
rayonlarda (ana süxurların çıxışı və s.) HUD – RK, YTES, IQP 
kimi geofiziki üsulların tətbiqi məqsədəuy-ğundur. Bir neçə on  


 
 
 
 
metrdən çox dərinlikli sahələrdə TP, DEMP, ESTÖ, ilkin bir 
neçə yüz metrlikdə isə –EP, YP, həmçinin qravimaqnit 
kəşfiyyatı və zondlama üsulları üstünlük təşkil edir. Elektrik və 
elektromaqnit profilləmənin dərinliyi qidalandırıcı  və 
qəbuledici xətlər arasındakı köçürülmənin dəyişməsi və istifadə 
olunan elektrik sahəsinin tezliyi ilə idarə olunur. 
Sistem və müşahidə  şəbəkəsi miqyasdan, işin məqsədli 
istiqamətləndirilməsindən, donuşluq – geofiziki və 
geomorfoloji  şəraitin xüsusiyyətlərindən asılıdır. Kiçik və 
ortamiqyaslı donuşluq – geofiziki planalma işlərini landşaft - 
donuşluq planalması  və aerokosmik şəkillərin deşifrələn-məsi 
zamanı aşkar edilmiş xüsusi sahələrdə aparırlar. Irimiqyaslı  və 
dəqiq geofiziki planalmada landşaft – donuşluq planalması 
zamanı ayrılmış sahələrin sərhədlərinə və relyef elementlərinin 
uzanmasının  əksinə istiqamətlən-dirilmş profillərlə sahəvi 
müşahidələr aparırlar. Aldığımız xəritənin müqyasında 
profillərarası  məsafə 1-2 sm, müşahidə addımları isə yer 
səthində 1-10 m olur. 
Geofiziki profilləmənin müxtəlif üsullarının qrafiklərinin 
interpretasiyası keyfiyyətlidir və qrafiklərdə  və  xəritələrdə 
anomaliyaların müşahidə olunmuş parametr-lərinin ayrılmasına 
gətirib çıxarır (çox vaxt donmuş süxurları  aşkar edən 
maksimumlar, müxtəlif səviyyəli sahələr və s.) 
Nəticələri təhlil edərkən donuşluq – geoloji 
informasiyaya əsaslanmaq, bu və ya digər geofiziki və donuşluq 
parametrləri (buzluluq, litologiya və s.) arasında korrelyasiya 
əlaqəsi aşkar etmək lazımdır. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə