68
1:17000 miqyaslı aerofotoşəkillərin stereocütlərindən, Yerin
«Salyut-4» (T=600-720 n.m., T-AS 510-630 n.m.) süni
peykindən alınan şəkillərdən və müəlliflərin bir neçə il ərzində
çöl – müşahidə işlərinin materiallarından istifadə edilmişdir.
Bu işlərdə birbaşa deşifrə əlamətləri: fototon, rəng –
ahənglərin müxtəlifliyi və dağ yamaclarının fotostrukturları
hesab olunur.
Tədqiqat zamanı toplanmış materiallar daha tez – tez
təsadüf olunan sürüşmə tiplərinin qabaqcadan təsnifatlaş-
dırılmasına (F.I.Savarenskinin sxeminə görə) imkan verir.
Həmin təsnifatın məqsədi – aerokosmik informasiya
materiallarına görə, sürüşmənin tiplərinin təyinində vahid
terminologiyanın tətbiqi və obyektlərin deşifrə əlamətlə-rinin
daha tam şəkildə müəyyənləşdirilməsidir.
Naxçıvan ərazisində sürüşmənin 4, nisbətən iri tiplərini
ayırmaq mümkündür:
Konsekvent sürüşmələr. Bu tipin sürüşmə səthi litoloji
tərkibinə görə iki müxtəlif süxur səthinə uyğun gəlir və onlar,
aydındır ki, süxurların enmə tərəfinə doğru yönəlmiş, 20
0
– dən
böyük bucaq altında olan yamaclarda formalaşır (şək. 12).
Sürüşmələrin belə tipi müxtəlif bərkliyə və sukeçirmə
dərəcəsinə malik çöküntülərin laylandığı qat hüdudunda inkişaf
edir. Öyrənilən regionda belə çöküntülər üst eosen yaşlıdır.
Konsekvent sürüşmələr lay üçbucaqlarının və kuest
relyefin formalaşmasında mühüm rol oynayır. Aero- və kosmik
şəkillərdə belə «struktur» sürüşmələr nizamsız səmtləşdirilmiş
dişli ştrixlər şəklində görünür və onlar öz aralarında
sərhədlənən, təzə çılpaqlaşmış süxurlarla haşiyələnir.
Şəkil 12. Süxurların yalançı yatım elementlərinin əmələ
gəlməsi: a – konsekvent tipli sürüşmədə; b –
insekvent tipli sürüşmədə
Baxdığımız misalda, sürüşən kütlə – əhəngdaşı, altda
yatan süxurlar isə argillitdir (Sal dərəsi rayonu, Sirab kəndinin
şimalı).
70
Bəzi yerlərdə onlar dərinliyi 10 m-ə qədər, eni bir neçə
yüz metrlərlə ölçülən xəndəklər şəklində rast gəlir. Əgər
sürüşmə uzun müddət mövcuddursa və dövrü olaraq
denudasiyaya məruz qalır (şək. 13).
Insekvent sürüşmələr – əsasən, nisbətən ensiz və V
şəkilli dərələrdə, yüksək çatlı və denudasiyaya davamsız, altda
yatan süxur zonalarında formalaşır.
Bu tip sürüşmələr yamacın bütün sahəsi boyu -təpəlikdən
çay dərəsinə qədər inkişaf edir ki, bunun da nəticəsində su
axarlarının qarşısı sürüşən materiallarla kəsilir. Sürüşən kütlə,
bəzi hallarda yuyulur və çay suları ilə aparılır ki, bu da prosesin
sonrakı fəallaşmasına gətirib çıxarır. Yuyulub aparılan kütlədən
yuxarı hissədə yalançı terrasın qalıqları nəzərə çarpır. Çox
hallarda, dağ yamaclarında sürüşmədən yuxarı hissədə yaranmış
çökəkliklərdə xırda göllər əmələ gəlir (şəkil 12 b).
Baxdığımız misalda, Qahabçayda və Qahab kəndinin
şimal – şərqində, sürüşən kütlənin qalınlığı 80 m-ə, hündürlüyü
40 m-ə və uzunluğu 600-700 m-ə çatan yalançı terraslar
müşahidə olunur (şəkil 14).
Baxdığımız bu tip sürüşmənin deşifrə əlamətləri əvvəlki
tiplə anolojidir. Lakin fərq ondan ibarətdir ki, bu tipdə sürüşən
kütlə, adətən yamacın dabanına doğru meyllənir.
72
Şəkil 13. Konsekvent tipli sürüşmə: I, II, III – sürüşmə
mərhələləri (Naxç. MR Sirab kəndindən şimalda).
74
Şəkil 14. Insekvent tipli sürüşmə: a – sürüşmənin başlanğıc
mərhələsi, b - psevdoterraslar (Naxçıvan MR
Qahabçayın vadisi).
Şəkil 15. Delyaps tipli sürüşmələr:1- bərk silisiumlu əhəng
daşı, 2 – qumlar və çaqılların növbələşməsi
76
Delyaps (qırılma) sürüşmələr altda yatan süxurların
davamsız olduğu şəraitdə əmələ gəlir: davamsız süxurlar
yuyulub aparılır və asılı sal çıxışları əmələ gətirir. Daha sonra
bu süxurlar qravitasiya qüvvələrinin təsiri altında qopur və belə
təsəvvür yaranır ki, onlar əks istiqamətdə yatır. Bu hal çox vaxt
müsbət strukturların yalançı xəritələnməsinə gətirib çıxarır (şək.
15).
Məsələn, Sal dərəsi rayonundan cənubda (Şahbuz
rayonu), şimal – şərqə doğru maili yatan orta eosen yaşlı
silisiumlu əhəngdaşları altda yatan qumlu – gilli süxurların
yuyulması nəticəsində qırılıb, daha iti bucaq altında cənub –
qərbə düşür.
Adətən belə yalançı strukturlar asimmetrik olur, ona görə
də sürüşmələrin qırılma xətti, əvvəlcədən deşifrələmə
məlumatlarından istifadə etmədən, səhvən pozulma kimi qəbul
edilir.
Delyaps tipli sürüşmələrin qeydə alınması zamanı əsas
deşifrə əlamətləri lay üçbucaqları relyefinin son dərəcə geniş
inkişafı, onun yerli xarakter daşıması, yəni ayrılan yalançı
strukturların az uzanması, asimmetrikliyi, fotoşəkillərdə
yarğanboyu ağ sinusiodal zolaqların ayrılması və nəhayət, əgər
sürüşmə cavandırsa, onun səthində bitki örtüyünün adi şaquli
vəziyyətə malik olmaması hesab edilir.
Sürüşmənin asekvent tipi bulaqların mənbəyində inkişaf
edir və eynicinsli laysız süxurlarda əmələ gəlir. Onların əmələ
gəlməsində qrunt suları böyük rol oynayır. Baxdığımız ərazidə,
aero və kosmik şəkillərdə iki, nisbətən iri qrup sürüşmə yaxşı
deşifrələnir və hüdudlanır: sirkşəkilli və qletçerşəkilli.
Dostları ilə paylaş: |