Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21

 
 68
1:17000 miqyaslı aerofotoşəkillərin stereocütlərindən, Yerin 
«Salyut-4» (T=600-720 n.m., T-AS 510-630 n.m.) süni 
peykindən  alınan şəkillərdən və müəlliflərin bir neçə il ərzində 
çöl – müşahidə işlərinin materiallarından istifadə edilmişdir.  
Bu işlərdə birbaşa deşifrə  əlamətləri: fototon, rəng – 
ahənglərin  müxtəlifliyi və dağ yamaclarının fotostrukturları 
hesab olunur.  
Tədqiqat zamanı toplanmış materiallar daha tez – tez 
təsadüf olunan sürüşmə tiplərinin qabaqcadan təsnifatlaş-
dırılmasına (F.I.Savarenskinin sxeminə görə) imkan verir. 
Həmin təsnifatın məqsədi – aerokosmik informasiya 
materiallarına görə, sürüşmənin tiplərinin təyinində vahid 
terminologiyanın tətbiqi və obyektlərin deşifrə  əlamətlə-rinin 
daha tam şəkildə müəyyənləşdirilməsidir. 
Naxçıvan  ərazisində sürüşmənin 4, nisbətən iri tiplərini 
ayırmaq mümkündür: 
Konsekvent sürüşmələr. Bu tipin sürüşmə  səthi litoloji 
tərkibinə görə iki müxtəlif süxur səthinə uyğun gəlir və onlar, 
aydındır ki, süxurların enmə tərəfinə doğru yönəlmiş, 20
0
 – dən 
böyük bucaq altında olan yamaclarda formalaşır (şək. 12). 
Sürüşmələrin belə tipi müxtəlif bərkliyə  və sukeçirmə 
dərəcəsinə malik çöküntülərin laylandığı qat hüdudunda inkişaf 
edir. Öyrənilən regionda belə çöküntülər üst eosen yaşlıdır. 
Konsekvent sürüşmələr lay üçbucaqlarının və kuest 
relyefin formalaşmasında mühüm rol oynayır. Aero- və kosmik 
şəkillərdə belə «struktur» sürüşmələr nizamsız səmtləşdirilmiş  


 
 
 
 
dişli  ştrixlər  şəklində görünür və onlar öz aralarında 
sərhədlənən, təzə çılpaqlaşmış süxurlarla haşiyələnir. 
 
 
 
Şəkil 12. Süxurların yalançı yatım elementlərinin  əmələ 
gəlməsi:  a – konsekvent tipli sürüşmədə;  b – 
insekvent  tipli sürüşmədə 
 
Baxdığımız misalda, sürüşən kütlə – əhəngdaşı, altda 
yatan süxurlar isə argillitdir (Sal dərəsi rayonu, Sirab kəndinin 
şimalı). 
 


 
 70
Bəzi yerlərdə onlar dərinliyi 10 m-ə  qədər, eni bir neçə 
yüz metrlərlə ölçülən xəndəklər  şəklində rast gəlir.  Əgər 
sürüşmə uzun müddət mövcuddursa və dövrü olaraq 
denudasiyaya məruz qalır (şək. 13). 
Insekvent sürüşmələr – əsasən, nisbətən ensiz və  
şəkilli dərələrdə, yüksək çatlı və denudasiyaya davamsız, altda 
yatan süxur zonalarında formalaşır. 
Bu tip sürüşmələr yamacın bütün sahəsi boyu -təpəlikdən 
çay dərəsinə  qədər inkişaf edir ki, bunun da nəticəsində su 
axarlarının qarşısı sürüşən materiallarla kəsilir. Sürüşən kütlə, 
bəzi hallarda yuyulur və çay suları ilə aparılır ki, bu da prosesin 
sonrakı fəallaşmasına gətirib çıxarır. Yuyulub aparılan kütlədən 
yuxarı hissədə yalançı terrasın qalıqları  nəzərə çarpır. Çox 
hallarda, dağ yamaclarında sürüşmədən yuxarı hissədə yaranmış 
çökəkliklərdə xırda göllər əmələ gəlir (şəkil 12 b). 
Baxdığımız misalda, Qahabçayda və Qahab kəndinin 
şimal – şərqində, sürüşən kütlənin qalınlığı 80 m-ə, hündürlüyü 
40 m-ə  və uzunluğu 600-700 m-ə çatan yalançı terraslar 
müşahidə olunur (şəkil 14). 
Baxdığımız bu tip sürüşmənin deşifrə  əlamətləri  əvvəlki 
tiplə anolojidir. Lakin fərq ondan ibarətdir ki, bu tipdə sürüşən 
kütlə, adətən yamacın dabanına doğru meyllənir.  
 


 
 
 
 
 


 
 72
 
Şəkil 13.  Konsekvent tipli sürüşmə: I, II, III – sürüşmə 
mərhələləri (Naxç. MR Sirab kəndindən şimalda). 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 74
 
Şəkil 14.  Insekvent tipli sürüşmə: a – sürüşmənin başlanğıc 
mərhələsi, b - psevdoterraslar (Naxçıvan MR 
Qahabçayın vadisi). 


 
 
 
 
 
Şəkil 15.  Delyaps tipli sürüşmələr:1- bərk silisiumlu əhəng 
daşı, 2 – qumlar və çaqılların növbələşməsi 
 


 
 76
Delyaps (qırılma) sürüşmələr  altda yatan süxurların 
davamsız olduğu  şəraitdə  əmələ  gəlir: davamsız süxurlar 
yuyulub aparılır və asılı sal çıxışları  əmələ  gətirir. Daha sonra 
bu süxurlar qravitasiya qüvvələrinin təsiri altında qopur və belə 
təsəvvür yaranır ki, onlar əks istiqamətdə yatır. Bu hal çox vaxt 
müsbət strukturların yalançı xəritələnməsinə gətirib çıxarır (şək. 
15). 
Məsələn, Sal dərəsi rayonundan cənubda (Şahbuz 
rayonu),  şimal – şərqə doğru maili yatan orta eosen yaşlı 
silisiumlu  əhəngdaşları altda yatan qumlu – gilli süxurların 
yuyulması  nəticəsində  qırılıb,  daha iti bucaq altında cənub – 
qərbə düşür.  
Adətən belə yalançı strukturlar asimmetrik olur, ona görə 
də sürüşmələrin qırılma xətti,  əvvəlcədən deşifrələmə 
məlumatlarından istifadə etmədən, səhvən pozulma kimi qəbul 
edilir. 
Delyaps tipli sürüşmələrin qeydə alınması zamanı  əsas 
deşifrə  əlamətləri lay üçbucaqları relyefinin son dərəcə geniş 
inkişafı, onun yerli xarakter daşıması, yəni ayrılan yalançı 
strukturların az uzanması, asimmetrikliyi, fotoşəkillərdə 
yarğanboyu ağ sinusiodal zolaqların ayrılması və nəhayət, əgər 
sürüşmə cavandırsa, onun səthində bitki örtüyünün adi şaquli 
vəziyyətə malik olmaması hesab edilir. 
Sürüşmənin asekvent tipi bulaqların mənbəyində inkişaf 
edir və eynicinsli laysız süxurlarda əmələ  gəlir. Onların  əmələ 
gəlməsində qrunt suları böyük rol oynayır. Baxdığımız ərazidə, 
aero və kosmik şəkillərdə iki, nisbətən iri qrup sürüşmə yaxşı 
deşifrələnir və hüdudlanır: sirkşəkilli və qletçerşəkilli. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə