Microsoft Word A7fac794. tmp doc


III.  EKZOGEN - GEOLOJİ PROSESLƏRİN



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21

 
 64
III.  EKZOGEN - GEOLOJİ PROSESLƏRİN 
ÖYRƏNİLMƏSİNDƏ KOSMİK 
ŞƏKİLLƏRİN TƏTBİQİ 
 
Ekzogen – geoloji proseslərin öyrənilməsinin  əsas 
məqsədi zonal və regional qanunauyğunluqların aşkarı, onların 
fəallığının, intensivliyinin və dinamikasının öyrənilməsi və 
həmçinin insanın mühəndisi – təsərrüfat fəaliyyəti olan 
obyektlərə  təsirinin qiymətləndirilməsindən ibarətdir. 
Digər
 
üsullarla həlli mümkün olmayan bu məsələlərin həllində 
müxtəlif dərəcəli dəqiqliklə  və generalizasiya ilə (lokal, 
regional və  hətta qlobal) ekzogen proseslər haqqında obyektiv 
və operativ informasiyanı təmin etdikdə distansion üsul əsas rol 
oynayır. 
Qlobal səviyyəli generalizasiyaya malik olan kosmik 
şəkillərdə əsas qrup ekzogen proseslərin inkişafı üstünlük təşkil 
edən iri əyalətlər (akkumulyativ, denudasion və qravitasion) və 
parametrik assossiasiyalar ayrılır. Burada əsas deşifrələmə 
əlaməti təsvirlərin rəng ahəngidir. 
Regional səviyyəli kosmik şəkillərdə müxtəlif dərəcəli 
morfostrukturlar (plato, dağ silsilələri, dağarası çökəkliklər, 
uvallar, dairəvi çökəkliklər) və onların elementləri (tağlar, 
qanadlar, əyilmə sahələri) ayrılır və onların ekzogen proseslərin 
genetik tipləri ilə  əlaqəsi təyin edilir. Bu da onların 
özünəməxsus indikatorlarıdır. Bu səviyyəli generalizasiyaya 
malik olan kosmik şəkillərdən alınmış informasiya, ekzogen 
prosesləri tiplərə ayırarkən və onların yayılmasının ümumi  


 
 
 
 
xəritəsini tərtib edərkən istifadə edilir. Burada əsas deşifrələmə 
əlamətləri rolunu fototəsvirlərdə ekzogen proseslərin görünüşü 
oynayır. Lokal səviyyəli aero-, yüksəklik- və kosmik şəkillər 
əsas morfoskulptur tipləri (eroziya, sürüşmələr, uçurum – 
tökülmələr və s.) aşkar etməyə, ekzogen proseslərin genetik 
tiplərinin yayılma xüsusiyyətlərini öyrənmək üçün lazımi 
informasiyanı almağa, müxtəlif formaların yaş generasiyasını 
təyin etməyə, geoloji süxur komplekslərini və onların litoloji 
tərkiblərini deşifrə etməyə  imkan yaradır. 
Deşifrələmənin nəticələri ekzogen proseslərin hazırki 
vəziyyətinin və  şəraitinin xüsusi xəritələrinin tərtib edilməsi, 
miqdari göstəricilər  əsasında onların yaranmasının inten-
sivliyinə görə  ərazinin rayonlaşdırılması  və 
digər
    məqsəd-lər 
üçün istifadə edilir. Bu səviyyəli şəkillərdə deşifrələmə əlaməti 
kimi obyektin konfiqurasiyasının rolu azalır, foto- təsvirlərdə 
isə görünüşün rolu artır. Burada relyefin bir çox formaları 
(təpəciklər, boşqab və qıf formalı çökəklər, çay yataqları və s.) 
müxtəlif formalı zolaqlıq, fototəsvirlərin ləkəli və  dənəli 
görünüşlərini  əmələ  gətirərək, kosmik şəkillərdə inteqral ifadə 
formalarını alır. Görünüşün böyüməsi ilə  əlaqədar olaraq, 
təsvirin rəng – ahənginin rolu da artır. 
Yadda saxlamaq lazımdır ki, təsvirin  şəkli və  rəng – 
ahənginə görə, relyefin ekzogen formalarını  dərk edərkən, 
adətən, sterioskopik şəkillərin istifadəsinə nisbətən, xeyli 
müqdarda səhvlər ortaya çıxır. Bu səhvlərdən yayınmaq və 
geomorfoloji deşifrələmənin dəqiqliyini artırmaq məqsədi-lə, 
kompleks landşaft indikatorlarının daha geniş istifadəsi və  


 
 66
onların  əsasında landşaft – indikator sxeminin tərtibi məsləhət 
görülür. 
Dəqiq səviyyəli generalizasiyaya malik olan aerokos-mik 
şəkillərdə relyefin və onun elementlərinin morfologi-yasının və 
morfometriyasının xüsusiyyətləri aşkar edilir ki, bu da ekzogen 
proseslərin mənbələrini nəinki xəritələməyə  və  dəqiq 
öyrənməyə, hətta onların ayrı – ayrı geomorfoloji, geoloji – 
litoloji və hidrogeoloji şəraitləri ilə  əlaqəsini aydınlaşdırmağa 
imkan yaradır. Bu da öz növbəsində, ekzogen proseslərin 
inkişafı mərhələlərini təyin etməyə, onların inkişafının təkamül 
sırasını qurmağa, fəallaşma dərəcəsini miqdari 
qiymətləndirməyə imkan verir. Bu generalizasiya səviyyəli 
distansion materialların informa-siyası ekzogen proseslərin 
(yamacda) inkişaf dinamikasını  əks etdirən və sahəni 
proqnozlaşdırmağa imkan yaradan dəqiq mühəndisi – geoloji 
xəritələrin tərtibi üçün istifadə olunur. 
Burada  əsas deşifrələmə  əlaməti kimi, stereoskopik 
deşifrələmə zamanı alınmış relyefin ekzogen formalarının 
konfiqurasiyası  və onların ölçülərı böyük rol oynayır. Dərk 
ediləcək obyektlərin çox hissəsi differensasiya olduğuna görə 
fotoşəkillərin təsvirləri xeyli köməkçi rol oynayır. Nisbətən 
etibarsız əlamət foto rəng – ahəngi hesab edilir. Bu da müəyyən 
dərəcədə fotoplanalmanın texniki şəraitindən, fəsillərdən  asılı  
olub, vaxt və meteoroloji amillərlə  işləyərkən, ekzogen – 
geoloji proseslərin müasir vəziyyəti haqqında alınmış 
informasiya  əsas mühəndisi – geoloji məsələlərin həllində öz 
tətbiqini tapır. Məsələn, sürüşmə prosesinin proqnozlaşdırılması  


 
 
 
 
müxtəlif üsullarla yerinə yetirilir. Ona görə  də distansion 
zondlamanın tətbiqi yolları  və üsullarının seçilməsi konkret 
tədqiqatın müddətindən və miqyasından asılıdır. 
 
3.1. Sürüşmə hadisəsinin öyrənilməsində  
aparılan distanison tədqiqatlar 
 
Sürüşmə hadisəsinin distansion tədqiqatlarla həyata 
keçirilən operativ proqnozu və  xəbərdarlığı son dərəcə effektli 
olub, böyük xalq təsərrüfatı əhəmiyyəti  kəsb edir. 
Naxçıvan Muxtar Respublikasının mərkəz və  şimal – 
qərb hissəsində,  əsasən, dağlıq və dağətəyi sahələrdə relyefin 
bütün sahəsinin 10-15 faizini əhatə edən sürüşmə hadisəsinin 
xarakterini nəzərdən keçirək. 
Sürüşən material öz xarici görünüşünə görə ana 
süxurlardan fərqlənmir. Bu fakt isə yatım elementlərinin 
təyinində  mənfi təsir göstərə bilər. Belə ki, sürüşməni, kənar 
hissələrdə lay dəstələri pozularaq qarışdığı üçün, tektonik 
xarakterli pozulmadan fərqləndirmək, çox hallarda, mümkün 
olmur. Bu da onların səhvən qırılma kimi qeydə alınmasına 
gətirib çıxarır. Belə halların qarşısını almaq üçün sürüşmənin 
geniş inkişaf tapdığı rayonlarda, aero- və kosmik şəkillərin 
deşifrələnməsi prosesində, onları  sərhədləndirmək və çöl işlərı 
zamanı həmin rayonları xüsusi diqqətlə xəritələmək lazımdır. 
Qeyd olunan işlərin yerinə yetirilməsi zamanı 
deşifrələmə prosesində deşifrə əlamətlərinin öyrənilməsi üçün  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə