Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə18/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21

 
 
 
 
Sirkşəkilli sürüşmələrdə deformasiyası şaquli sıxılma ilə, 
sonra isə horizontal yerdəyişmə ilə baş verir (şək. 16).  
 
 
 
Şəkil 16.  Asekvent tipli sürüşmələrin inkişaf mərhələləri. 
 


 
 78
Onların  əmələ  gəlməsində qrunt suları  əsas rol oynayır. 
Bu qrupun xarakter əlamətləri sürüşmə sirkinin, xüsusilə, zəif 
bərkliyə malik kövrək çöküntülərdən təşkil olunmuş yamacların 
mövcudluğudur. Sirkin içərisində konsentrik cərgələr aydın 
müşahidə olunur. Bəzi hallarda onlar girintili – çıxıntılı, planda 
isə, çox hallarda, bir – birinə paralel olur. Beləliklə, bütün 
sürüşən yamac meydança şəklinə düşür (terraslaşır). Belə 
terrasların (konsentrik cərgələrin) sayına görə müəyyən vaxt 
ərzində sürüşmə prosesinin intensivliyi barədə fikir söyləmək 
mümkündür. Ayrı – ayrı sahələrdə, məsələn, Gilənçay 
hövzəsinin yuxarı axarında sürüşmənin təkrarən inkişafı həmin 
rayonda piyalə  şəkilli və ya gərilmiş formalı geniş depressiya 
enməsinin  əmələ  gəlməsinə  gətirib çıxarır ki, bu     enmənin 
dibi hamar, yamacları  sərtdir. Belə depressiyanın sahəsi 0,5 – 
1,5 kv.km, sürüşmə amplitudu 100m – ə çatır. 
Bu qrup sürüşmələrin fərqlənən deşifrə  əlamətləri: 
dəyirmilənmiş sirkşəkilli formalarin olması və onların sürüşmə 
yamacı boyu düzülməsidir. 
Həmin qrupda sürüşmə  səthi (a), neytral (b) və 
akkumulyasiya (c) zonaları kifayət qədər dəqiqliklə deşifrələnir 
(şək.17). 
Sürüşmə  səthi üçün sürüşmə yamacının ağ zolaqlarla 
müşahidə olunması xarakterdir. 
Neytral zonanın hamar, demək olar ki, horizontal sahəsi 
ona qonşu yamaclarda eyni təsvirə malikdir, onlar-dan yalnız 
tünd rəngli olması ilə  fərqlənir. Bu da qrunt sularının uzun 
müddət qalması sayəsində bitki örtüyünün fəal inkişafı ilə 
əlaqədardır. 
Qletçerşəkilli sürüşmələr (axım sürüşmələri) süxurla-rın 
intensiv nəmlənməsi ilə əlaqədar olaraq əmələ gəlir. Atmosfer  


 
 
 
 
çöküntüləri və qrunt suları süxurları axıcılıq dərəcəsinə  qədər 
isladır və kütlə nisbətən sürətlə irəliləyərək, hərdən ani 
qırılmalar əmələ gətirir. Sürüşən kütlənin əhatə dərinliyi 10-15 
m-i aşmır. 
Aerokosmik  şəkillərdə bu tipin əsas deşifrə  əlamətləri 
təsvir forması hesab olunur, belə ki, onlar daha geniş üst hissə 
və uzanmış qol şəkilli alt hissədə zolaqlar kimi müşahidə 
olunur. Sürüşmənin uzunluğu onun enindən bir neçə dəfə böyük 
olur. 
Zəngəzur silsiləsinin  şərq yamacında Qapıcıq dağında 
sürüşmənin aşağı hissəsi hərəkət istiqamətinin eninə yönəlmiş 
qövsşəkilli qırışıqlara və qatı axan kütlə şəklinə malikdir. 
 
 
 


 
 80
 
 
Şəkil 17.  Sirkşəkilli sürüşmə (asekvent tip): a - sürüşmə səthi, b – 
neytral zona, v - akkumulyasiya zonası (Naxçıvan MR 
Gilançay vadisi). 
 
Sürüşmənin gövdəsi hər iki tərəfdən, qrunt kütləsinin 
sürətli hərəkəti nəticəsində yaranmış, ensiz arxşəkilli şırımlarla 
hüdudlanır. Analoji şırımlar sürüşmə gövdəsinin özündə  də 
ikinci dəfə hərəkət nəticəsində əmələ gələ bilir (şək.18). 
Bu növün stabilləşən sürüşmələri ilkin formanı 
saxlamasına baxmayaraq, sonrakı eroziya nəticəsində onla-rın 
görünüşü nisbətən dəyişmiş olur. 
 


 
 
 
 
 
 
 
Şəkil 18.  Qletçerşəkilli sürüşmə (Zəngəzur silsiləsinin  şərq 
yamacı, Qapıcıq dağı sahəsi). 
 


 
 82
Şəkildə onların çılpaqlaşmış səthi ağ-qara rəng – ahənglə 
təsvir olunur, ümumi təsvirin görünüşü isə döş  qəfəsinin 
rentgenoqramını xatırladır. 
Sürüşmələrin distansion üsullarla (istilik infraqırmızı 
təsvirlər üsulu – IIQTÜ) proqnozlaşdırılması böyük əhəmiyyət 
kəsb edir. 
Məlum olduğu kimi, IIQTÜ səthə yaxın törəmələrin 
fiziki vəziyyəti, xüsusilə, bərkliyin, nəmliyin, istilik 
mübadiləsinin olması haqqında məlumat verir. 
Optik – mexaniki skaner qurğuları yer  səthinin 
şüalandırdığı istilik enerjisini və onun zaman və məkan etibarilə 
dəyişməsini tuta bilir.  
Orbital peyklərdən, o cümlədən nisbətən az yüksəklikdə 
uçan cihazlar (təyyarə, vertalyot və s.) vasitəsilə qeydə alınmış 
bu dəyişmələr sahənin təbii obyektlərinin fiziki xassələrinin 
dəyişmə göstəricisi ola bilər və beləliklə  də, burada baş verən 
geoloji və geomorfoloji prosesləri izah etmiş olar. 
Qrunt sularının yer səthinə  çıxması istilik əlamətlərinin 
açıq dəyişməsi ilə yanaşı, üst layın buxarlanma və ya 
buxartranspiransiya (məsaməli səth vasitəsilə buxarlanma) ilə 
əlaqədar olan soyumasına səbəb olur. 
Belə təzahürləri aerokosmik təsvirlərdə yer səthinin açıq rəngli 
olması ilə müşahidə edilir. Bu halda temperaturun tez – tez 
dəyişməsi çatlılığın artmasına və süxur kütlələrinin 
strukturunun pozulmasına gətirib çıxarır. Məlumdur ki, yumşaq 
süxurların nəmləşməsi, relyefin nisbətən kəskin olması asekvent 
tipli sürüşmələr üçün əsas şərtlərdir. 
 
 


 
 
 
 
 
Beləliklə, istilik infraqırmızı  təsvirlərin nəticələrindən 
istifadə etməklə, konkret sahələrdə, mümkün sürüşmələri 
proqnozlaşdırmaq olar. 
Uzunmüddətli proqnozlaşdırma, nəinki gələcəkdə baş 
verəcək sürüşmənin tipini və yerini təyin etməyə imkan verir, 
hətta sürüşmənin uzunmüddətli orta təkrarlığını da öyrənə bilir. 
Qısamüddətli proqnoz, sürüşmə prosesi başlayana qədər 
yerini, ölçülərini və  fəallaşma vaxtını, müəyyən zaman 
intervalında (saat, sutka, həftə, ay, il) təyin etməyə qadirdir. 
Sürüşmə proseslərinin proqnozlaşdırılmasının göstəri-lən 
növlərinin elementləri müxtəlif miqyaslı  işlərdə  əks etdirilə 
bilər. 
Uzunmüddətli ortamiqyaslı sürüşmələrin proqnozlaş-
dırılması zamanı distansion planalmanın materiallarının 
istifadəsini, Dağlıq Dağıstanda sürüşmə hadisələrinin 
öyrənilməsi misalında göstərmək olar. Burada kompleks 
deşifrələmənin nəticələrinə görə antiqafqaz (Adiyə, Samur – 
Arqun, Avar – Sulak) və subqafqaz istiqamətli lineamentlərə 
(əhəngdaşlı  və  şistli Dağıstan  əyalətlərini ayıran sərhəd 
lineamentinə ) meyl edən, seysmik mənşəli çoxlu miqdarda 
sürüşmə qırılmaları qeydə alınmışdır. 
Dəqiq sürüşmə proqnozlaşdırılmasının məqsədi kon-kret 
yamacın sürüşmə təhlükəliyinin təyinidir. Distansion zondlama 
materialları daha çox proqnoz işlərinin ilkin mərhələsində 
istifadə edilir ki, bu da böyük sahələrdə mühəndisi – geoloji 
şəraitin xüsusiyyətləri haqqında informasiyanın vacibliyi ilə 
əlaqədardır. Əgər orta – və dəqiq miqyaslı sürüşmənin  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə