Microsoft Word A7fac794. tmp doc


 Donmuş və donu açılmış süxurların



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 
 60
2.11. Donmuş və donu açılmış süxurların  
ayrılması 
 
Çoxillik donuşluq süxurlarının tavan və dabanının 
dərinliyinin təyini, kəsilişin donuşluqüstü, donuşluq və 
donuşluqaltı hissəsinin quruluşunun öyrənilməsi, qrunt, 
donuşluqarası  və donuşluqaltı suların aşkar edilməsi üçün 
quyularda geofiziki tədqiqatlardan  əlavə müxtəlif elektrik 
zondlamaları da istifadə edilir: xüsusi müqaviməti və yaradılmış 
polyarlaşmanı ölçməklə  şaquli elektrik zondlaması  (ŞEZ), 
(ŞEZ-YP); tezlikli zondlama (TZ); yaxın zonada sahənin 
yaradılması (BUS) və radiodalğalar vasitəsilə zondlama. Bu 
məqsədlər üçün eyni zamanda, sınan dalğalar, nisbətən az əks 
olunan dalğalar (SDÜ), (ƏDÜ) kimi seysmik kəşfiyyat 
üsullarından da istifadə edirlər. 
Adı çəkilən zondlama üsullarının bir neçəsinin seçilməsi 
geomorfoloji, donuşluq – geofiziki şərait və geofiziki üsulların 
qarşısında qoyulmuş məsələlərlə əlaqədar təyin edilir. Daha çox 
isə, cihazların və interpretasiyanın sadəliyinə görə seçilən ŞEZ 
üsulu tətbiq edilir. Bu üsulları  əsasən yay vaxtı  tətbiq edirlər, 
çünki bu zaman elektrik dövrəsini torpağa basdırmaq asan olur. 
ŞEZ-YP üsulu dəqiqləşdirmə işlərində tətbiq edilir. Bu üsulları 
əsasən yay vaxtı  tətbiq edirlər, çünki bu zaman elektrik 
dövrəsini torpağa basdırmaq asan olur. ŞEZ-YP üsulu 
dəqiqləşdirmə  işlərində  tətbiq olunduğuna görə onları az 
istifadə edirlər. Dəyişkən tezliklə  və ya elektrik sahəsinin 
yaranması üsulları ilə aparılan zondlamaların metodiki 
üstünlüklərinə baxmayaraq, bu üsullar cihazlarının mürək-
kəbliyi və interpretasiyasının çətinliyinə görə az istifadə olunur. 
Qış  


 
 
 
 
şəraitində  və yüksək müqavimətli səth süxurları olarsa, TZ, 
BUS və xüsusilə RDZ üsullarının tətbiqi məqsədəuyğundur. 
Seysmik kəşfiyyat işlərinin həm yayda, həm də qışda donuşluq 
tədqiqatlarında istifadəsinə baxmayaraq, elektrik kəşfiyyatına 
nisbətən az tətbiq olunur. Bu da onunla izah olunur ki, həmin 
üsulun texnikası  və  iş texnologiyası, o cümlədən, donuşluq 
sahəsində seysmogeoloji şərait mürəkkəbdir. 
Müşahidə sistemi və nöqtələrin sıxlığı təkcə miqyas-dan 
deyil (tərtib olunan kəsilişin miqyasında zondlama mərkəzləri 
arasındakı  məsafə 1 sm-dən 5 sm-ə  qədər dəyişir), həm də 
mikrorayonlaşdırmanın məlumatlarından və keçmişdə aparılan 
donuşluq – geofiziki planalmaların nəticələrindən asılıdır. 
Zondlama nöqtələri, aşkar edilmiş mikrorayonların 
mərkəzi hissəsində yerləşdirilir, çünki burada horizontal qeyri – 
bircinsliyin təhrifinin təsiri az gözlənilir. 
Çoxillik donuşluq süxurları yayılmış rayonlarda alın-mış 
zondlama  əyrilərinin və seysmokəşfiyyat məlumatla-rının 
interpretasiyası zamanı böyük çətinliklər yan təhriflərilə 
bağlıdır: yəni, laylarda xassələrin kəskin kontrastı (xüsusilə, 
donmuş  və donu açılmış süxurlarda elektrik müqaviməti ); 
çoxillik donuşluq süxur laylarının üst və alt hissələrində 
dərinliyə getdikcə qradiyent xassəsinin dəyişkənliyi və digər 
amillər. Ona görə  də çoxillik donuşluq süxurlar olmayan 
azmaili layların kəsilişlərinin zondlama məlumatları üçün tərtib 
edilmiş interpretasiya üsulları lazımi dərəcədə  dəqiqliyi təmin 
etmir, alınmış geoelektrik və seysmogeoloji kəsilişlər isə çox 
vaxt yarımmiqdarı xarakter daşıyır. Zondlama məlumatlarının  


 
 62
nisbətən dəqiq izahı bütün geoloji – donuşluq haqqında 
informasiyanı  cəlb etməklə, bir çox geofiziki üsulların 
kompleks tətbiqi ilə gözləmək olar. Donuşluq hadisələrinin və 
proseslərinin dinamikasını ilin müxtəlif vaxtlarında, xüsusən 
yay və qış mövsümlərinin sonunda geofiziki planalmaları təkrar 
etmək yolu ilə öyrənirlər. 
 
2.12. Buzlaqların öyrənilməsi 
 
Qlyasioloji tədqiqatlar üçün (dağ  və örtük buzlaqların 
qalınlıqlarının ölçülməsi, buzaltı süxurların morfoloji və daxili 
quruluşlarının öyrənilməsi) elektrik və elektromaqnit 
zondlaması  (ŞEZ, TZ, BS, RDZ), seysmik kəşfiyyat (ƏDÜ, 
SDÜ) və qravikəşfiyyat kimi  geofiziki üsullar tətbiq edilir. 
ŞEZ, TZ və BS üsulları (induktiv oyatma ilə) nisbətən 
perspektivli olmağına baxmayaraq, həmçinin nadir hallarda 
tətbiq olunur. 
Seysmik kəşfiyyatın  ƏDÜ üsulunu qalın, SDÜ üsulunu 
isə azqalınlıqlı buz örtüklərinin tədqiqi zamanı istifadə edirlər. 
Seymsik üsullarla buzlaqların qalınlığını ölçərkən nisbi xəta 5 
faizdən az olmur. Qravikəşfiyyatı da buzlaqların qalınlığını 
ölçmək üçün istifadə edirlər, ancaq bu üsul dayaq seysmik və 
buruq quyularının məlumatlarını  tələb edir. Həmin üsulla 
buzlaqların dərinliyini təyin edərkən, nisbi xəta 15-20 faiz təşkil 
edir. 
Buzlaqların tədqiqinin aparıcı  və  ən dəqiq üsulu 
radiodalğa üsulunun hava və çöl variantlarıdır. 


 
 
 
 
Bu üsulun köməyi ilə buzlaqların dərinliyini, onlarda 
müxtəlif  əksetdirici sərhədlərin yatım dərinliyini, buzlaq-ların 
orta temperaturunu, bəzən onların hərəkət sürətini təyin edirlər. 
Bundan  əlavə, həmin üsulun vasitəsilə buzlaqlarda dəniz 
sularının infiltrasiya zonasını  və gizli hissələri aşkar edirlər. 
Buzlaqların qalınlığının təyininin yüksək dəqiqliyi (h=Vt/2, 
burada  V=300/
nis
ε
 (m/mks) buzda radiodalğaların yayılma 
sürəti; 
ε
nis
 – buzun nisbi dielektrik keçiriciliyit – əks olunan 
impulsların gecikmə vaxtıdır) buz üçün 
ε
nis
 
daimi qiymətinin 
3,1-3,5-ə bərabər olması ilə izah olunur. Buz kəşfiyyatı zamanı 
RDZ üsulu böyük dərinlikləri (4-5 km-ə  qədər) öyrənmək 
qabiliyyətinə malikdir. Bu da buzun yüksək müqavimətli olması 
və radiodalğaları az udması ilə izah olunur. RDZ üsulu ilə 
Antarktidada, Qrenlandiyada örtük buzların xeyli sahələri
Arktika buz günbəzləri və  əksər dağ buzlaqları  tədqiq 
edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə