Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 
 48
ayrılması imkanları azalır. 
Daha çox əhəmiyyətli sulu çatlı zonaların tapılmasına 
cəhd göstərilən süxurların yatım dərinliyi hesab olunur. Onların 
yatım dərinliyi artdıqca məsələ daha da çətinləşir. Bu halda üst 
kompleksin və öyrənilən süxurların xüsusi elektrik müqaviməti 
nisbəti həlledici  əhəmiyyət kəsb edir. Üst kompleksin aşağı  
müqavimətə    malik    olduğu  və  aşağıda yatan mühiti 
ekranlaşdırdığı hal əlverişli hesab olunur. Bu çətinliyə 
baxmayaraq, çoxsaylı  təcrübələrin göstərdiyi kimi, yuxarıda 
yatan çöküntülərin çox mürrəkəb və  dəyişkən elektrik 
kəsilişində belə, sal süxurların 70 – 80 m yatım dərinliyində 
elektrik profilləməsi intensiv çat zonalarını ayırmağa imkan 
verir. 
Süxurların çatlılığı elektrik anizotropiya, yəni müxtəlif 
istiqamətlərdə müxtəlif elektrik keçiriciliyi yaradır. Bu hal 
dairəvi zondlamadan istifadə etməklə, müxtəlif dərinlikdə çat-
ların uzanmasını  və intensivliyinin dəyişməsini təyin etməyə 
imkan verir. 
Dairəvi zondlama və o cümlədən, dairəvi profilləmə 
şaquli və iti meylli çat sistemlərinin uzanmasını təyin etməyə və 
beləliklə, geoloji quruluş haqqında fikir söyləməyə imkan verir. 
Bununla bərabər, dairəvi zondlama horizontal çatlılıq daxil 
olmamaqla, müxtəlif dərinliklərdə çatlılıq dərəcəsini 
aydınlaşdırmağa imkan verir. Anizotropiyanın olmaması ilə 
korroziya bazisinin yatım dərinliyi qeyd olunur. Dairəvi 
zondlamanın  qoyulması  imkanı  relyefin  vəziyyəti  ilə  təyin  
olunur.  Bütün azimut-larda paylanma təxminən eyni şəraitdə  


 
 
 
 
yerləşdirilməlidir ki, bunun üçün də müəyyən sahənin səthinin 
düz olması tələb olunur. 
EP üsulu ilə yer səthində intensiv çat zonalarının 
təyinində olduğu kimi, elektrik karotajının köməyi ilə quyu 
kəsilişlərində də çatları qeydə almaq mümkündür. 
Sulu çatların müəyyənləşdirilməsində PS üsulu üzrə 
karotaj, o cümlədən, rezistivimetrik və termometrik müşahi-
dələr istifadə olunur. Eyni zamanda, seysmoakkustik və 
radioaktiv karotajın bəzi növlərindən də istifadə etmək 
mümkündür. 
Bütövlükdə geofiziki və xüsusilə, geoelektrik üsullar 
çatlılığa qarşı çox həssasdır. Bu halda qarşıya çıxan çətinlik 
anomaliyaların üzə  çıxması deyil, onların birmənalı 
oxunmasının mümkün olmamasıdır. 
SÜRÜŞMƏLƏR. Sürüşmələri öyrənərkən geofiziki 
üsullar aşağıdakı məsələləri həll etməlidir: 
a) qrunt sularının səviyyəsini təyin etməklə sürüşmə 
yamaclarının quruluşunu, sürüşmə güzgüsünü və köklü 
süxurların səthini xarakterizə etmək; 
b) sürüşmə çöküntülərinin zaman ərzində vəziyyətinin və 
fiziki xüsusiyyətinin dəyişməsini qiymətləndirmək; 
v) sürüşmənin dinamikasını öyrənmək və sürüşmə 
prosesini proqnozlaşdırmaq; 
q) sürüşməyə qarşı görülmüş  tədbirlərin xüsusiyyətini 
aşkar etmək. 
Sürüşmələrin öyrənilməsi zamanı geofiziki üsulların  


 
 50
tətbiqi yamaclarda yatan ana süxurların və sürüşmə yığımlarının 
fiziki xüsusiyyətlərini araşdırmaqdan ibarətdir.  
Hər  şeydən  əvvəl, bu onların elektrik və seysmik 
xüsusiyyətlərinə aiddir (cəd. 4). 
Sürüşmə yamacının  ən sadə fiziki – geoloji modeli iki 
laylıdır: sürüşmə yağımları – ana süxurlar. Bu model, xüsusi-lə 
yağmurlu mövsümdə sürüşmə kütləsində  əlavə  sərhəd-lərin 
əmələ gəlməsi hesabına mürəkkəbləşir. Bu da süzülmə axımının 
səthi və sürüşmə zonasını  təşkil edən ana süxur-ların üst 
hissəsinin öz xüsusiyyətinə görə dəyişməsi ilə əla-qədardır. 
Sürüşmə  yığımlarının xəritəsini elektrik və seysmik 
profilləmə üsulları ilə  tərtib edirlər (EP, TP, SDÜ). Sürüşmə 
yamacı  kəsilişinin dəqiq öyrənilməsini zondlama üsulları ilə 
(ŞEZ,  ŞEZ – LP, CDÜ), əlverişli  şəraitdə isə penetrasion 
karotajın köməyi ilə aparırlar. Sürüşmələrin sualtı davamını 
(dənizdə,  şirin sulu hövzələrdə) fasiləsiz seysmik profilləmə 
(FSP), ox elektrik zondlaması (FDOZ), həmçinin, adətən 
birlikdə aparılan rezistivimetriya, təbii elektrik (TP) və istilik 
planalmalarının köməyi ilə öyrənirlər. 
Sürüşmələrin subasma şəraitinin öyrənilməsi onların 
davamlılığının proqnozlaşdırılmasında həlledici əhəmiyyət kəsb 
edir. Qrunt sularının səviyyəsinin, sürüşmə kütləsinin nəmlik 
dərəcəsinin təyini zamanı effektiv üsullar: SDÜ, ŞEZ, LP, TP  
və  sairdir. Müqavimətlər, TP potensialları  və istilik xəritələri 
axımın qiymətləndirilməsinə, sürüşmə deformasiyası gözlənilən 
yerdə qrunt sularının boşalma sahələrının ayrılmasına imkan 
verir. 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
Sürüşmə  yığımının vəziyyətinin və fiziki xüsusiyyətinin 
zaman  ərzində  dəyişməsini öyrənmək üçün yer səthində 
geofiziki rejim müşahidələrinin (SDÜ, ŞEZ, ŞEZ – LP, TP) və 
quyularda nüvə üsullarının nəticələrindən  istifadə edirlər. Bu 
üsullar sürüşmə yamacının davamlığını  təyin edən sürüşmə 
kütləsinin gərginlik vəziyyətinin və  nəmliyinin dəyişməsi 
haqqında informasıya verir. 
Qravimetrik və maqnit müşahidələri geofiziki ölçülərlə 
əlaqədə  fəal sürüşmə deformasiyası zonalarını  aşkar etməyə 
imkan verir. 
 
 
 
 
Şəkil 11. Drenləşən massivdə yüksək çatlı zona üzərində 
profilləmə zamanı müqavimət qrafikləri: 1 – kiçik addımlar zamanı 
(tədqiqatın kiçik dərinliklərində); 2 – böyük addımlar zamanı 
(tədqiqatın böyük dərinliklərində); 3 – yeraltı su səviyyəsi 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə