Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 
 52
 
Cədvəl 4 
Ana süxurların və sürüşmə çöküntülərinin  
elektrik və seysmik xarakteri 
 
№ Süxurlar 
ρ
f
/
ρ
s
 
υ
v
/
υ
vs
 
υ
s
/
υ
ss
 
α
 v
 /
α
 vs
 
α
 s
 /
α
 s s
 
1 Gilli 
torpaq 
1,2–1,4 
1,3 –2,0 
1,1 –1,3 
0,09 –0,25 
0,13 –0,27 
2 Qumlu 
torpaq 
(qumlu gil) 
1,3 –1,5 
1,2–1,5 
1,1 –1,3 
0,2 – 0,25 
0,28 –0,32 
3 Qumlu 
gil 
1,3 –1,5 
1,2–1,5 
1,2 –1,3 
0,28 – 0,3 
0,34 –0,36 

Gil 
1,5 –1,6 
1,8 –1,9 
1,1 –1,3 
0,1 – 0,2 
0,08 –0,18 
 
Sürüşmə prosesinin dinamikasını sürüşmə kütlə-sində 
yerləşdirilmiş xüsusi reperlərlə rejim müşahidələri  əsasında 
öyrənirlər. Xüsusi quyularda müəyyən dərinlikdə yerləşdi-rilmiş 
maqnit reperləri daha effektivdir. Bu cür basdırılmış reperlərin 
üstündə vaxtaşırı aparılan mikromaqnit planalması onlar 
tərəfindən yaradılmış lokal maqnit anomaliyasının 
yerdəyişməsinə görə sürüşmə  kütləsinin  hərəkətini   
qiymətləndirməyə    


 
 
 
 
imkan yaradır. Sürüşmə kütləsində daxili proseslərin təsiri və 
xarici gərginlikdən yaranmış  və çox vaxt sürüşmə kütləsinin 
yerdəyişməsini akkustik və elektromaqnit emissiyası üsullarının 
köməyi ilə aparmaq olar. Bu üsulların mahiyyəti akkustik və 
elektromaqnit səslərini daimi təyin edib izləməkdir, yəni, təbii  
elastiki titrəyişləri və müxtəlif tezlikli elektromaqnit titrəyiş-
lərini qeyd etməkdir. Sürüşmə kütləsinin gərginlik xüsusiyyəti 
dəyişdikdə səs impulslarının miqdarı və intevsivliyi də dəyişir. 
Bu da sürüşmənin hərəkətini diaqnostlaşdırmaq üçün çox 
əhəmiyyətlidir. 
      Sürüşməyə qarşı  tədbirlərin effektivliyini öyrənərkən 
sürüşmə kütləsində yerləşdirilmiş drenaj qurğularının işləməsini  
qiymətləndirmək üçün geofiziki üsullardan istifadə edirlər. Bu 
məqsədlər üçün drenajlarda su axımının xarakterini, onların 
sazlığını, həmçinin drenaj olunan sahələrdə suyun səviyyəsinin 
enməsinin intevsivliyini və süxurların quruma dərəcəsini aşkar 
etməyə imkan verən  ən perspektivli: ŞEZ, EP, TP üsullarıdır. 
Dayaq divarlarının yaxınlığında üsulu rejim müşahidələrini, 
qruntun dayaq divarlarına düşən təzyiqinin dəyişməsini və onun 
texniki vəziyyətini izləməyə imkan yaradır. 
 
2.8. Daimi donuşluq – qlyasioloji tədqiqatlar 
 
Daimi donuşluq – qlyasioloji tədqiqatlarda geofiziki 
üsullar çoxdan tətbiq edilir. Məsələn, geoloji mühitin aşağıdakı 
mürəkkəb obyektlərini və təbiət hadisələrini öyrənərkən:  


 
 54
qalınlığı vahidlə – yüz metrlər arasında dəyişən, daima mənfi 
temperatura malik olan çoxillik donmuş süxurlar və onların 
altında yatan, daima müsbət temperatura malik olan qat; qədim 
süxurları örtən, ilin  müsbət  və  çox hissəsində  mənfi 
temperatura malik olan, 0,3-3 m qalınlıqda fəaliyyət nəticəsində 
əmələ  gəlmiş qat; müxtəlif mənşəli və quruluşlu buzlar (örtük 
və dağ buzlaqları, basdırılmış lay və damar buzlaqları). 
Buzların və çoxillik donmuş süxurların fiziki xassələri, 
başqa təbii amillərin də (litologiya, struktur, tekstur, məsaməlik, 
sululuğu, yeraltı suların minerallaşması) onlara xeyli təsir 
göstərməsinə baxmayaraq, ən  əvvəl temperatur ilə  təyin edilir. 
Çoxillik donmuş süxurların yayıldığı rayonlarda geoloji – 
geofiziki kəsilişlər məkan və zaman ərzində çox dəyişkənliyi ilə 
xarakterizə olunur. Ona görə  də donuşluq – qlyasioloji 
geofizika, hətta işlərin çətin şəraitdə aparılması nəzərə alınmasa 
da, geofiziki tədqiqat üsullarının da lazımi dərəcədə effektli 
tətbiqi əsas istiqamət hesab edilir. 
Geofiziki üsulları  aşağıdakı iki əsas qrup məsələlərin 
həlli üçün tətbiq etmək olar:  
a) donmuş və donu açılmış çöküntülərin xəritəsinin tərtib 
edilməsi (litoloji sərhədlərin, tektonik qırılmaların, çatlılıq 
zonalarının, birbaşa və dolayı donu açılmış torpaqların, yeraltı 
buzların və su basmış zonaların aşkar edilməsi); 
b) dərinliyə görə donmuş  və donu açılmış süxurların 
bölünməsi (çoxillik donmuş süxurların tavanının və dabanının 
aşkar edilməsi, donmuş  və donu açılmış süxurların dərinlikdə 
yayılmasının öyrənilməsi, yəni çoxillik donmuş süxurların  


 
 
 
 
quruluşunun aşkar edilməsi və donmuş süxurlararası və donmuş 
süxurlaraltı yeraltı suların axtarışı və kəşfiyyatı). 
Donma hadisələri və proseslərinin öyrənilməsi ilə bağlı 
xüsusi qrup məsələlər də vardır, o cümlədən fəsillik donmanın 
və  ərimənin dinamikası, suyun buz üzərinə  çıxıb donması 
prosesləri, qabarma (şişmə), termokarstlar, şaxtadan buzun 
çatlaması  və s. Bu məqsədlər üçün xüsusi geofiziki rejim 
müşahidələri tətbiq edilir. Qlyasioloji tədqiqatlarda geofiziki 
üsullar buzlaqların qalınlığının və onların dabanının 
morfologiyasının təyini, onların daxili quruluşunun öyrənilməsi, 
gizli çatların aşkarı, buzlaq altın-da yatan süxurların 
quruluşunun və digər xüsusiyyətlərinin aşkar edilməsi üçün 
istifadə edilir. 
Çoxillik donmuş süxurların yayıldığı  şəraitdə faydalı 
qazıntıların axtarışı və kəşfiyyatı zamanı tətbiq edilən geofiziki 
üsullar və  aşağıda baxacağımız donma – geofiziki şəraitdə 
tətbiq edilən üsullar istifadə edilir. 
 
2.9. Donma – geofiziki kəsilişlərin quruluşu 
və fiziki xüsusiyyətləri 
 
Çoxillik donmuş süxurların və buzların yayıldığı rayonlar 
üçün, mənfi temperaturda, ən  əvvəl, süxurların fiziki 
xassələrindən asılı olan xüsusi tip donmuş geofiziki kəsilişlər 
xarakterikdir. Məsələn, buzluluğun artması ilə süxurların sıxlığı 
azalır, çünki buzun sıxlığı (0,9-0,95 q/sm
3
) nisbətən azdır. 
Süxurların donmasına baxmayaraq, maqnit keçiriciliyi və 
həssaslığı dəyişmir. Lakin yeraltı buzların maqnit həssaslığı  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə