Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21

 
 88
a) geomorfoloji rayonların və ya relyef tiplərinin 
sərhədlərinin dəqiqləşdirilməsi;  
b) tektonik çatlar, qırılmalar və ya lineamentlərin 
sıxlaşma sahələrinin sərhədləndirilməsi; 
v)  ərazinin eroziyaya məruz qalması  və ya açılma 
dərəcəsinin qiymətləndirilməsi. 
Ortamiqyaslı kosmik şəkillər yerüstü və aerovizual işlərlə 
birlikdə ortamiqyaslı sel xəritələrinin tərtibi zamanı sel 
hövzələrini tiplərə ayırmaq üçün lazımi sahələrdə istifadə edilə 
bilər. 
 
 
3.3. Distansion zondlamanın buzlaq əyalətlərin 
öyrənilməsində tətbiqi 
 
 
Distansion zondlamanın materialları müasir buzlaq 
əyalətlərini öyrənərkən tətbiq edilə bilər. Iri buzlaqlar və buz 
massivləri müxtəlif miqyaslı distansion zondlama 
materiallarında aşkar olunur (xüsusən əgər, şəkillər yay fəslinin 
sonunda çəkilibsə; çünki bu vaxt dağlarda qar ərimiş olur). Bu 
cür şəkillərdə buzlaq əmələ gətirən sahələr və ablyasiya sahələri 
yaxşı seçilir. Buz şəkillərinin, yan və son morenlərin vəziyyəti, 
buzlaqların morfoloji tipləri (dərə, çökəklik, karst və s.) təyin 
edilir. Ritmik hərəkət edən buzlaqların monitorinqi üçün (daimi 
müşahidə üçün) kosmik şəkillərin  əhəmiyyətini xüsusi qeyd 
etmək lazımdır. 
Distansion materialların tətbiqi qar uçqunlarını (dağ  


 
 
 
 
yamaclarından qar kütlələrinin qəflətən yerini dəyişməsi və ya 
uçması) öyrənərkən qiymətli informasiya almağa imkan yaradır, 
çünki kosmik şəkillərdə qar uçqunlarının yaranması baş verə 
bilən iri qar yığımı hövzələrini (karstlar, troqlar, erozion 
dərələr, denudasion çökəklər və s.) ayırmaq və sərhədləndirmək 
və  həmçinin onların formaları, ölçüləri dərinliyi, səthin 
meyilliyi, bitki örtüyünün xarakteri haqqıda lazımi məlumat 
almaq mümkün olur. 
Kosmik informasıyadan istifadə  nəticəsində, xüsusi-
likdən ümumiliyə doğru tədqiqatlarla xarakterizə olunan
yerüstü və aerogeoloji işlərə, kosmik şəkillərin işlənməsinə xas 
olan ümumilikdən xüsusiliyə doğru üsul əlavə olunur. Bu da 
müsbət nəticələrə  gətirib çıxarır və müxtəlif səhvlərin 
mümkünlüyünü azaldır. Lakin mühəndisi – geoloji tədqiqat-
lardan  ənənəvi kompleks – aerofotoplanalma, aerovizual və 
yerüstü çöl işlərini ayırmaq olmaz. 
Distansion zondlamanın materiallarını  tətbiq etməklə, 
sahənin geokrioloji şəraitinin öyrənilməsi və  xəritələnməsi 
landşaft üsuluna əsaslanır və  şəkillərin xüsusi deşifrələn-
məsindən və deşifrələmənin nəticələrinin interpretasiya-sından 
ibarətdir. Rusiyanın, Kanadanın  şimal rayonlarında və digər 
rayonlarda daimi donma hadisəsi və proseslərin tədqiqinin 
təcrübəsi göstərmişdir ki, geokriologiyada distan-sion zondlama 
materiallarının müxtəlif növlərinin tətbiqinə baxmayaraq, 
çoxzonalı kosmik fotoşəkillər daha effektli olur. 
MKF –6 kamerası ilə alınmış, çoxzonalı kosmik şəkillər 
yüksək informasiya imkanlarına malikdir, kiçik və ortamiqyaslı  


 
 90
daimi donma xəritələrinin tərtibi üçün yaradılır. Qeyd etmək 
lazımdır ki, kosmik şəkillərin geokrioloji interpretasiyasının 
spesifikası deşifrələnmələrin və hesablama üsullarının birgə 
tətbiqi ilə bağlıdır. Bu zaman landşaft deşifrələnməsinin nəticəsi 
həm hesablama vaxtı ilkin məlumatların alınması üçün, həm də 
onun nəti-cələrinin qiymətləndirilməsi korrelyasiyası üçün 
istifadə edilir. 
Hidrogeoloji tədqiqatlarda kosmik informasiyanın dəyəri 
ondan ibarətdir ki, distansion zondlamanın materialları 
tədqiqatçılara yeraltı suların dinamikasına təsir göstərə bilən 
sturuktur (plikativ və dizyunktiv) formaların yerinin təyinində 
kömək edir. 
 
 
 
3.4. Hidrogeoloji tədqiqatlarda kosmik planalma 
 
Hidrogeoloji tədqiqatlarda kosmik planalma materi-alları 
aşağıdakı  məsələlərin həllində öz tətbiqini tapa bilər: - yeraltı 
suların yayılmasının regional qanunauyğunluğunu öyrənərkən; 
kiçik və ortamiqyaslı hidrogeoloji xəritələmə və rayonlaşdırma 
apararkən; yerüstü və yeraltı axımların formalaşması  şəraitini 
tədqiq edərkən və yerüstü və yeraltı suların qarşılıqlı  əlaqəsini 
qiymətləndirərkən. 
Hazırda kosmik şəkillər çay dərələrində, qumlu mas-
sivlərdə, qırılmaların və süxurların yüksək çatlılığının sulu 
zonalarında, gətirmə konuslarında və karst inkişaf etmiş 
sahələrdə yeraltı suların ümumi və dəqiq axtarışı zamanı  


 
 
 
 
istifadə edilir. 
Ümumi axtarışlar zamanı distansion zondlama 
materiallarının istifadəsi aşağıdakıları tərtib etməyə imkan verir: 
1) landşaft – indikasion xəritə; 2) hidrogeoloji rayonlaşdırmanın 
xüsusi xəritələri; 3) yeraltı suların axtarışı üçün perspektiv olan 
sahələrin xəritələri; 4) yeraltı suların dəqiq axtarışı üçün 
tövsiyyə. 
Distansion zondlama materiallarının deşifrələnməsi dəqiq 
axtarış  işləri üçün məcburi elementlərdir. Deşifrələnmə 
nəticəsində alınmış informasiya axtarış zamanı istifadə olunan 
hidrogeoloji xəritələrin ümumi informativliyini artırır, yerüstü 
nöqtəvi və profil müşahidələrini  ərazidə hidrogeoloji şəraitlə 
vahid  şəkildə bağlamağa və yerüstü işlərin aparılmasını daha 
effektiv planlaşdırmağa imkan yaradır. 
Bu məsələlərin həllində, öyrənilən  ərazidə  əsas sahələri 
və regional profilləri səmərəli yerləşdirməyə imkan yaradan 
distansion zondlama materiallarının çöl işlərinə başlamazdan  
əvvəlki deşifrələnməsi böyük əhəmiyyət kəsb edir. 
Landşaftın fizionomik komponentlərinin formalaşma-sına 
fəal təsir göstərən, səthə yaxın yeraltı suların hidroin-dikasiyası 
çox vaxt kök sisteminin bitki – hidroindika-torlarının 
dərinliyinə getməsi ilə təyin edilir. Burada deşif-rələmə nisbətən 
yaxşı işlənmiş geobotaniki, geomorfoloji və kompleks landşaft 
indikatorları sisteminə  əsaslanır. Kök sisteminin sərhəddindən 
təsir göstərməyən yeraltı suların hidroindikasiyası, yeraltı 
suların minerallaşmasına təsir edən atmosfer çöküntülərinin 
infiltrasiyasının qiymətləndirilməsinə əsaslanır.  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə