Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə75/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   71   72   73   74   75   76   77   78   79

 
154
Həmçinin  İmanla yanaşı saleh əməl,  İslam, təqva, düz durmaq əmri 
gələrsə burada birinci yəni  İmanla qəsd olunan qəlbi (batini) əməllərdir. 
O, biri ilə (saleh əməl,  İslam, təqva və s.) qəsd olunan isə zahiri 
əməllərdir. Həmçinin də  əl-Muminun,  əl-Muminat sözü gəldikdə: «İman 
gətirib saleh əməl edən» deməkdir.  Əgər «Əl» artikli ilə  gələrsə  əl-
Muminun sözü: «İllələzinə Əmənu Və Amilus Salihət» deməkdir. Bu ayə 
də İmanla qəsd olunan batini, saleh əməl ilə zahiri əməllər qəsd olunur.  
Əgər İman ümumi heç bir şeylə yanaşı gəlməzsə onda bütün dini əhatə 
edir.  «…Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, 
küfrə, itaətdən çıxmağa və  (Allaha) asi olmağa qarşı sizdə nifrət 
oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!».  (əl-Hucurat 7). Bu 
ayədə  İman tək gəldiyi üçün Allah sizə  nəyi sevdirdi? Dini. «Allah 
yanında  (məqbul olan) din əlbəttə  İslamdır…».  (Ali-İmran 19). «Kim 
İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz 
və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). Burada İslam 
ilə qəsd olunan bütün dindir.  
Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq 
olur. Bu vəziyyətdə İman ilə görünməyən (batini) etiqadlar (inanclar) qəsd 
edilməkdədir. Bunlar isə Allaha, mələklərə, kitablara və Peyğəmbərlərə
axirət gününə, qəza və  qədərə, xeyrinə  və  şərrinə iman etməkdir. Yəni 
bütün bunlar qəlbin təsdiq etməsi, iqrar etməsi və bilməsidir.  İslam ilə, 
şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və  həcc 
etmək kimi görünən ibadətlər yəni əməllərlə Allaha təslim olmaq, boyun 
əymək və bağlanmaq qəsd edilməkdədir. Elm adamları buna belə deyirlər: 
«Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». İbn 
Teymiyyə - rahmətullahi aleyhi – də İslam və İmana tərif verərək deyir ki, 
əgər bir dəlildə  cəm olarsa məna tərəfdən ayrılırlar. Ayrı-ayrı  gələrlərsə 
birləşirlər. Məs: Allah buyurur: «Bədəvi  ərəblər: «Biz iman gətirdik!» 
dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! 
Ancaq: «Biz İslamı  qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas – 
radıyallahu anhu – deyir ki, onların bütünlüklə münafiq olmadığını, 
imanları  zəif kimsələr olduğunu açıqlamışdır.  İbn Cərir  ət-Təbəri - 
rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki, Allah Rəsulu  
səllallahu aleyhi və  səlləm –  bədəvi  ərəblərin yalnız  İslam (təslim) 
olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş, 
lakin qəlbləri ilə  təsdiq etməmişlər. Buna görə  də onlara yalnız  İslam 
olduqları demələri əmr edildi. Çünki İslam (təslim) olmaq üçün söz yetərli 
                                                                                                               
Hənəfi «Şərh Əqidətul Təhaviyyə» s. 347-351 və s. alimlər öz əsərlərində İslam və İmanın ayrı-ayrı 
(nass və ya cümlədə) işlənərlərsə (göstərdikləri məna baxımından) birləşərək bir-birinin yerini tutarlar. 


 
155
olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. İbn Qeyyim 
rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki: «Uca Allah 
bədəvilərin imanını inkar edərkən müsəlman olduqlarını, Ona və Rəsuluna 
itaət etdiklərini bildirmişdir. Kamil iman deyilərkən bu kəlimədə  nə 
nəzərdə tutulursa ayədə o, rədd edilir
449
«Allah kimi düz yola yönəltmək 
istəsə, onun köksünü İslam  (dini) üçün açıb genişləndirər. Kimi 
azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O sanki 
(sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə 
edər». (əl-Ənam 125). 
Bu hədis  Əhli Sünnə  Vəl Cəmaatı imanın həqiqətinə dair gətirdiyi  ən 
güclü dəlillərdəndir ki, İman zahiri əməlləri də əhatə edir. Çünki bu heyət 
haram aylarda gəlməkləri ilə yanaşı  Rəsulullah  – sallallahu aleyhi və 
səlləm –  dən böyük miqdarda bir el istəmişlər ki, ona əməl etsinlər və 
geridə qalanlara da çatdırsınlar. Rəsulullah – sallallahu aleyhi və səlləm – 
də onlara İmanın həqiqəti barəsində xəbər vermişdir.  
 
İSLAMDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN 
MÜSƏLMANAM» DEMƏK 
İslamda istisna etmək bir kimsənin  –  İnşəallah Mən Müsəlmanam  – 
deməsidir.  Əhli Sünnə  vəl Cəmaat istisnanı imanda caiz
450
 görürlər. 
İslamda isə caiz görməzlər. Çünki bildiyimiz kimi İslam iman deyildir. 
İmanın dərəcələri vardır. İnsanlar iman mərtəbəsində dərəcə-dərəcədirlər. 
Onlardan bir qrupu ehsan dərəcəsindədir, bir qrupu mömindirlər, bir 
qrupu da müsəlmandırlar. Bu da dərəcənin  ən aşağısıdır. Ondan aşağı 
küfürdən başqa bir şey deyildir. Bir kimsə müsəlman deyilsə kafirdir. 
Lakin müsəlman olmayan kimsə müsəlman ola bilir. Çünki şəhadət 
kəlməsini söyləyən kimsə müsəlman olur və digər kafirlərdən fərqlənir. 
Beləcə onun haqqında İslamın hökümləri işlədilir.  
Şəri dəlillər  İslamda istisna etmədən – Mən müsəlmanam – deməyə 
dəlalət edir. «Allaha tərəf çağıran, yaxşı  iş görən və  mən müsəlman-
lardanam deyən kəsdən daha gözəl danışan kim ola bilər»  (əl-Fussilət 
33).  «Bədəvi  ərəblər: «Biz iman gətirdik!» dedilər.  (Ya Peyğəmbər! 
Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı 
qəbul etdik!» deyin. Hələ iman qəlblərinizə daxil olmamışdır.  Əgər 
Allah və Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi 
əskiltməz. Həqiqətən Allah bağışlayan və  rəhm edəndir».  (əl-Hucurat 
                                                 
449
 İbn Qeyyim «Kitabu Salət» s. 25. 
450
 İcazə verilən.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə