Microsoft Word Aqida Kitabi doc


«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə2/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   2   3   4   5   6   7   8   9   ...   79

 
4
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki 
düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25-28).  
Möhtərəm müsəlman bacı  və qardaşlarım!  İlk öncə hamınızı Allahın 
salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi 
və  səlləm 

 in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. 
Çünkü Allah Rəsulu  - sallallahu aleyhi və  səlləm -  də öz məktublarını 
«Bismilləh» ilə başlamış  və buyurmuşdu: «Hər mühüm bir işə 
«Bismilləh» ilə başlanılmazsa o işin sonu kəsikdir»
3

Allah, Muhəmməd  - sallallahu aleyhi və  səlləm 

 i aləmlərə  rəhmət, 
əməl edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə 
göndərdi. O, - sallallahu aleyhi və  səlləm - ona verilən  əmanəti yerinə 
yetirdi, rəsaləti təbliğ etdi, ümmətə öyüd verdi, dinin əsaslarından tutmuş 
hər bir şeyi incəliyinə kimi bizə  xəbər vermişdi. Açıqlamadığı bir şey, 
ümmətini sövq etmədiyi bir xeyr və onları  çəkindirmədiyi bir pislik 
buraxmadı. Səhabələr onun aydınlıq yolu üzərində yürüdükləri kimi, 
onların yollarına uyan kimsələr də bu yolda yürüməyə başladılar.  
Lakin çox keçmədi ki, gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa 
başladı. Bu bidətlər, uydurmalar İslamı  və müsəlmanları dağıtmağa və 
onların firqələrə və məzhəblərə bölünməsinə gətirib çıxartdı. Müsəlmanlar 
da cahilcəsinə bu bidətlərə doğru yürüməyə başladılar.  İnanclarını bu 
çürümüş şeylər üzərində qurmağa başladılar. Bu İslam və müsəlmanların 
düşmənlərinin fikirləri birdir. Allahın nurunu söndürmək, yəni  İslamı 
məhv etməkdir. Lakin bu əsla belə deyildir. Allah buyurur: «Onlar 
Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə 
söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu 
(dinini) tamamlayacaqdır».  (əs-Səff 8). Allahu Əkbər! Həqiqətən də 
onların xoşlarına gəlsə  də, gəlməsə  də belə Allah öz dinini qoruyur və 
tamamlayır. Hər dövrdə, hər zamanda, hər vaxtda Allahın dinini bəxş 
etdiyi iman, elm və hikmət ilə din düşmənlərinə qarşı vuruşan, onların 
hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox edən və onları Quran və 
Sünnə ilə  məhv edən sünnət  əhlindən olan cəmaat olub və olacaqdır. 
İnşəallah!  
Səvban 

 radıyallahu anhu 

  dən gələn rəvayətdə  Rəsulullah  
sallallahu aleyhi və  səlləm - buyurur: «Ümmətimdən bir qrup insanlar 
olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə 
                                                                                                               
yazmışdır.  İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409, 
«Mişkətul məsabih» 3149,5860.  
3
 Əbu Davud.  


 
5
və heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər»
4

Bu cəmaat Firqətun Nəciyə  – qurtuluşa çatan firqə,  Əhli Sünnə  vəl 
Cəmaat, Sələfi Salihin, Əhli Hədis və s. deyə adlandırılmışdır. Onlar isə 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm 

  in və  əshabələrin izləmiş 
olduğu yolu davam etdirən kimsələrdir. Auf b. Məlik - radıyallahu anhu 

 
rəvayət edir ki, Rəsulullah 

 sallallahu aleyhi və  səlləm 

 buyurdu: 
«Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, 
qalanları isə  Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə 
bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə  Cəhənnəmə 
düşəcəkdir. Qəlbim  əlində olan Allaha and olsun ki, mənim ümmətim 
yetmiş üç firqəyə bölünəcəkdir. Onlardan yalnız biri Cənnətə, qalanları isə 
Cəhənnəmə düşəcəkdir»
5
. İbn Ömər - radıyallahu anhu 

 nun rəvayətində 
isə  səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah 

 
sallallahu aleyhi və  səlləm 

 buyurdu: «Onlar mənim və  səhabələrimin 
yolu ilə gedənlərdir»
6
. Başqa rəvayətdə Rəsulullah 

 sallallahu aleyhi və 
səlləm 

 buyurdu: «O da cəmaatdır»
7
.  
Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta 
yolu mənimsəmiş  Əhli Sünnə  vəl Cəmaat olduğunu açıqca 
göstərməkdədir. Çünkü onlar bütün ixtilaflarda orta yolu tutmuş, Kitab və 
Sünnətin bildirdiyi iman əsaslarından başqa hər hansı bir inanca 
yönəlməmiş, insan üçün lazımlı  hər  şeyin bu iki qaynaqda bəyan 
edildiyinə inanmışlar. Sünnəti bəyan etmək,  əsaslarını gücləndirmək və 
bidətləri yıxmaq üçün bir çox əsərlər də yazmışlar.  
Buna görə  də hörmətli müsəlman bacı  və qardaşlarım hər biriniz bu 
müxaliflərə qarşı mübarizə aparmalısınız. Hər biriniz Allahın dinini 
qorumalısınız. «Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, 
o da sizə yardım göstərər və sizi sabitqədəm edər».  (Muhəmməd 7). 
Allahı qorumaq isə onun dinini qorumaq ilə olur. İbn Məsud 

 radıyallahu 
anhu 

 rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: 
«Allahın məndən  əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin öz 
ümmətindən sünnətini alan və  əmrlərinə uyan bir çox həvvariləri və 
səhabələri vardır. Sonra onların ardından etməyəcəkləri  şeyləri söyləyən 
və əmr olunmadıqları işləri edən bir çox nəsillər zühur edər. Kim onlara 
qarşı  əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim diliylə 
mübarizə apararsa o, da bir mömindir. Onlara qarşı kim qəlbi ilə mübarizə 
                                                 
4
 Buxari, Müslim. 
5
 İbn Məcə. 
6
 Tirmizi, əl-Albani «Səhih hədislər silsiləsi» 1348. 
7
 İmam Əhməd «Musnəd» 4/102, əl-Albani «Ziləlul Cənnə». 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə