Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə6/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   2   3   4   5   6   7   8   9   ...   79

 
12
Rəsulullah 

 sallallahu aleyhi və  səlləm 

 in hüzuruna girərək dedi: 
«Hənzələ münafiqlik etdi, ya Rəsulallah!» Rəsulallah 

 sallallahu aleyhi 
və səlləm 

: «Nə oldu belə?» Hənzələ: «Ey Allahın Rəsulu! Sənin yanında 
olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və  Cənnəti xatırladırsan. 
Elə bil ki, bunları gözlərimizlə görmüş kimi oluruq. Ancaq sənin yanından 
ayrıldığımız zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul 
oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) unuduruq». Rəsulullah: «Nəfsim 
əlində olan Allaha and olsun ki, əgər sizlər mənim yanımdaykən və 
zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam etsəniz 
şübhəsiz mələklər sizinlə döşəklərnizdə  və yollarnızda toqquşardılar». 
Başqa rəvayətdə: «Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə 
isə: «Sizləri evlərnizdə ziyarət edərdilər»
25
.  Əbu Səid  əl-Xudri 

 
radıyallahu anhu 

  rəvayət edir  ki, Rəsulullah 

 sallallahu aleyhi və 
səlləm 

 buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə 
düzəltsin.  Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə 
(düzəltsin). Bu isə imanın  ən zəif mərtəbəsidir»
26
. Abdullah b. Məsud 

 
radıyallahu anhu 

 nun rəvayətində isə: Rəsulullah 

 sallallahu aleyhi və 
səlləm - buyurdu: «Bundan aşağı (imandan) bir xardal dənəsi də belə 
yoxdur
27
. Rəsulullah 

 sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allah 
üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verir və Allah üçün 
qadağan edərsə imanı tamamlanmış olar»
28
. Rəsulullah 

 sallallahu aleyhi 
və səlləm - buyurdu: «Möminlər arasında imanı ən kamil olanı əxlaqı ən 
gözəl olanıdır»
29
.  Əbu Hureyrə 

 radıyallahu anhu  –  rəvayət edir ki, 
Rəsulullah 

 sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir 
kimsə  məni uşaqlarından, valideyinlərindən və  cəmi insanlardan çox 
sevmədikcə iman etmiş olmaz»
30
. Rəsulullah 

 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız»
31
. Rəsulullah 

 sallallahu aleyhi və  səlləm 

 buyurur: «Çox gülmək qəlbin imanını 
məhv edir». İbn Ömər 

 radıyallahu anhu  – dan soruşulduqda ki, 
Rəsulullah 

 sallallahu aleyhi və səlləm - in səhabələri gülərdilər: «Bəli! 
Əgər iman qəlblərində dağdan da böyük olsaydı»
32
.  Həmçinin  Ənəs 

 
                                                 
25
 Müslim, Tirmizi 2514, İbn Məcə 4239, Əhməd 2/304-305, əl-Albani «Səhih Hədislər Silsiləsi» 
1948, «Səhihul Cəmius Səğir» 7073,»Mişkətul Məsabih» 2268. 
26
 Müslim. 
27
 Müslim. 
28
 İmam Əhməd 3/438-440, Əbu Davud 4681, Tirmizi 2521, əl-Albani «Səhih Hədislər Silsiləsi» 380, 
«Səhih Cəmius Səğir» 5965, «Mişkətul Məsabih» 30-31. 
29
 Əbu Davud 2682, Tirmizi 1163, Musnəd 2/250,472,527. 
30
 Buxari, Müslim, Musnəd 3/207,275-278. 
31
 Müslim. 
32
 əl-Albani «Mişkətul-Məsabih» 4749. 


 
13
radıyallahu anhu 

  rəvayət edir  ki, Rəsulullah 

 sallallahu aleyhi və 
səlləm - buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ya Muhəmməd! 
Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir! Şəfaət et! Şəfaətin 
qəbul edilir!». Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm - buyurur: «Ya 
Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get! Qəlbində buğda 
və ya arpa dənəsi qədər iman olan kimsə varsa Cəhənnəmdən çıxart!…» 
Onları çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsi 
qədər iman olan kimsələri oradan çıxart!…» Onları da çıxartdıqdan sonra 
Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsindən daha az, daha az, 
daha az iman olan kimsələri oradan çıxart!…». Başqa rəvayətdə isə 
Rəsulullah 

 sallallahu aleyhi və səlləm - buyurur: «Qəlbində dinar, yarım 
dinar ağırlığında iman olan kimsələri oradan çıxart,  əlavələri də vardır». 
Onalrın iman dərəcələrinə görə atəş onlardan kimisinin ayaqlarının 
yarsına qədər, kimisinin diz qapaqlarına qədər yandırar
33
. Əbu Hureyrə 

 
radıyallahu anhu  –  rəvayət edir ki, Rəsulullah 

 sallallahu aleyhi və 
səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina 
etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq 
etdiyi vaxt mömin olarsa oğurluq etməz»
34
. Belə bir şəxsin imanı əskik bir 
mömindir və ya imanı ilə mömin, etdiyi günahı  səbəbi ilə fasiqdir. Bu 
vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə  də mütləq olaraq 
ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı 
qaldırılmaz. Mötəzilə  və Xavariclərin dedikləri kimi onun əbədi olaraq 
Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan 
çıxmadığını da ittifaq ilə  qəbul etmişlər.  Əksinə belə bir kimsə Allahın 
mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər.  
Möhtərəm müsəlman bacı  və qardaşlarım! Ayə  və  hədislərdən bizə 
aydın olur ki, iman həm artır, həm də azalır. Bununla biz müxalif olanlara 
(imanın nə artıb, nə də əskildiyini deyənlərə) cavab vermiş oluruq. İndi isə 
bəzi səhabə, tabin və s. Əhli Sünnə vəl Cəmaat alimlərinin iman haqqında 
olan fikirlərinə nəzər salaq. 
Əli 

 radıyallahu anhu 

 deyir ki: «İman qəlbdə  ağ bir nöqtə kimi 
başlayır, iman artdıqda o, ağ nöqtə də artır»
35
. Digər bir rəvayətdə isə Əli 

 radıyallahu anhu 

 deyir: «Səbrin imana görə durumu, başın bədənə 
görə durumudur. Səbri olmayanın imanı da olmaz»
36
.  İbn Məsud 

 
radıyallahu anhu 

 dua edərək deyir ki: «Allahım!  İmanımızı, 
                                                 
33
 Şəfaət hədisi haqqında geniş məlumata görə Səhih Buxari və Müslimə baxa bilərsiniz. 
34
 Müslim. 
35
 İbn Teymiyyə «Kitabul-iman» s.90. 
36
 Bax: 35-ə. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə