Microsoft Word Aqida Kitabi doc


«Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə4/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   2   3   4   5   6   7   8   9   ...   79

 
8
«Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə (qədər) ilə yaratqıq». (əl-
Qəmər 49).  
Hər kim bu altı  əsasa iman etməzsə onun imanı tamam olmaz. 
Bunlardan birini inkar edən kimsə kafir olur. O, halda iman bu altı  əsas 
üzərində yüksəlir. Bu əsaslardan birini itirən kimsə,  əlbətdə ki, mömin 
olmaz. Çünkü o, imanın əsaslarından birini itirmiş olur. Necə ki, bir bina 
ancaq təməl  əsasları üzərində yüksələ bilir. Bu əsaslar imanın 
rükunlarıdır. Kitab və Sünnətə uyğun olaraq bunlara əməl edilmədikcə 
iman da tamamlanmaz. Sələfi Salihin yəni  Əhli Sünnə  vəl Cəmaatın 
əqidəsinin əsaslarından biri də budur ki, onlara görə iman qəlb ilə təsdiq 
etmək, dil ilə söyləmək və  əzalarla  əməl etmək deməkdir.  İman itaətlə 
artır, asiliklə azalır.  Şəriətdə isə gizli və açıq bütün itaətlərdir. Gizli 
əməllərə  qəlbin  əməllərini misal göstərmək olar. Məs: Niyyət, ixlas, 
məhəbbət və s. Bu da qəlbin təsdiq etməsi ilə olur. Zahir (açıq) əməllərə 
isə bədən ilə edilən əməlləri məs: Ruku, səcdə və s. misal göstərmək olar. 
Qısaca iman –  qəlbdə yer tutan əməl tərəfindən təsdiqlənən, meyvələri 
Allahın  əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək ilə 
ortaya çıxan şeydir. Əgər elm əməldən uzaq olarsa, onun heç bir faydası 
da olmaz. Əməldən uzaq bir elimin bir kimsəyə faydası olsaydı, Allahın 
lənətinə düçar olan iblisə faydası olardı. O, Allahın şəriki olmadığına, tək 
olduğuna, sonunda da ona qaytarılacağını bilirdi. Lakin Allah: «Adəmə 
səcdə et!» deyə  əmr verdikdə o, təkəbbürlüyündən səcdə etməyib kafir-
lərdən oldu. (Allah) buyurdu: «Ey iblis! Sənə  mənim öz əlimlə 
yaratdığıma səcdə etməyə  nə mane  oldu? Təkəbbür göstərdin, yoxsa 
özünü yuxarı tutdun? Qiyamət gününə  qədər mənim lənətim sənin 
üstündən  əskik olmasın!».  (Sad 75-78). Allahın vəhdəniyyətini bilməsi 
ona (İblisə) fayda vermədi. Çünkü əməldən ayrı bir elmin aləmlərin 
Rəbbinin tərəzisində heç bir ağırlığı yoxdur. Şeyx Useymin 

 
rahmətullahi aleyhi 

 «Üç Əsas» kitabının  şərhində dediyi kimi: «Əməl 
elmin meyvəsidir. Kim elimsiz əməl edərsə o, Xristianların misalındadır. 
Elmi olmaqla bərabər əməl etməyən kimsə isə Yəhudilərin misalındadır».  
«Əməllər iman deyilən şeyin içərsinə girməz» - deyənlər, iman tək bir 
şey olduğuna görə: «Mənim imanım  Əbu Bəkr  əs-Sıddıq, Ömər 

 
radıyallahu anhum 

  un imanı kimidir. Hətta mənim imanım 
Peyğəmbərlərin, Rəsulların, Cəbrailin və Mikailin imanı kimidir» - 
deyənlər də vardır.  
Ayə və hədislərdən bizə məlum olduğuna görə - əməl olmadıqca iman 
kamil olmaz. Niyyətsiz nə söz və  nə  də  əməl olur. Sünnətə uyğun 
olmadıqca da nə söz, nə əməl, nə də niyyət olur. Allah Qurani Kərimdə bir 


 
9
çox ayələrdə iman ilə saleh əməli birlikdə qeyd edir. «İman gətirib saleh 
əməl edənlərin mənzili isə Firdovs Cənnətləri olacaqdır!» (əl-Kəhf 107). 
Şübhəsiz ki: «Rəbbim Allahdır deyən, sonra da (söz və əməllərində) düz 
olan kəslərə  (ölüm ayağında)  mələklər nazil olub belə deyəcəklər: 
Qorxmayın və  kədərlənməyin! Sizə  vəd olunan Cənnətlə sevinin». 
(Fussilət 30). «Bu sizin (dünyada) etdiyiniz yaxşı  əməllər müqabilində 
varis olduğunuz Cənnətdir». (əz-Zuxruf 72). «Yalnız iman gətirib saleh 
əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsə-
lərdən başqa». (əl-Əsr 3). Möminlərin əmiri Əbu Hafsa Ömər b. əl-Xattab 

 radıyallahu anhu 

 rəvayət edir ki, mən Rəsulullah 

 sallallahu aleyhi 
və  səlləm- in belə buyurduğunu eşitdim. «Əməllər ancaq niyyətlər ilədir 
və  hər bir kimsə üçün niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti
12
 
Allah və  Rəsulu ücündürsə, onun hicrəti Allah və  Rəsulu ücündür. Hər 
kimin hicrəti  əldə edəcəyi bir dünyalıq və ya nigahlanacağı bir qadın 
üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onadır»
13
. Əbu Amr-
Əbu Amra da deyirmişlər - Sufyan b. Abdullah 

 radıyallahu anhu 

 
rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! İslama aid mənə elə bir söz de 
ki, bu haqda səndən başqa heç kimə sual verməyim?». Rəsulallah 

 
sallallahu aleyhi və  səlləm- buyurdu: «De - Allaha iman etdim və bu 
yolda düz dur»
14
. Rəsulullah 

 sallallahu aleyhi və səlləm - buyurdu: «Bir 
və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha 
iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və  Rəsulu daha 
gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah 
olmadığına, Muhəmmədin onun Rəsulu olduğuna  şəhadət etmək, namaz 
qılmaq, zəkat vermək və  qənimətin 1/5-ni verməkdir»
15
.  Əbu Hureyrə 

 
radıyallahu anhu 

  rəvayət edir  ki, Rəsulullah 

 sallallahu aleyhi və 
səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən 
ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq İlah olmadığını 
(Lə İləhə İlləllah) söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf 
etməkdir. Həya da imanın bir şöbəsidir»
16
. Dinə girmək üçün ilk 
söylənilən şəhadət kəlməsidir ki, etiqad etibarı ilə qəlbin əməli, söyləmək 
etibarı ilə dilin əməlidir. İbn Teymiyyə – rahmətullahi aleyhi 

 deyir ki: 
«Pəyğəmbərlərin dinindən başa düşülür ki - bu fikirlə bütün ümmət də 
razılaşır - İslamın əsaslarından ilki hansı ki, hər bir məxluqatın üzərində 
                                                 
12
  Hicrət  –  tərk etmək deməkdir. Küfür ölkəsindən  İslam yurduna köçmək. Həmçinin Allahın 
qadağalarını tərk etmək də hicrət adlanır. 
13
 Buxari, Müslim. 
14
 Buxari, Muslim. 
15
 Buxari, Müslim, Nəsai, Əbu Davud.  
16
 Buxari, Müslim. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə