Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə8/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   4   5   6   7   8   9   10   11   ...   79

 
16
heç bir şey yoxdur. Sən Zahirsən, sənin üstündə heç bir şey yoxdur. Sən 
Batinsən,  səndən o, tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə  və 
faqirlikdən məni qurtar»
51
. O, hər şeyə həyat verən özü də mütləq şəkildə 
həyat sahibi olan  Həyy, bütün varlılıqların işini düzüb qoşan, öz yoluna 
qoyan Qayyum, bir və tək olan Əhəd, heç kimə möhtac olmayan Saməd
aləmlərin Rəbbi olan Allahdır. «Sizi palçıqdan yaradan, sonra da bir əcəl 
müəyyən edən odur». (əl-Ənam 2). «Sizi yaratdıq, sonra sizə surət 
verdik

.».  (əl-Əraf 11). «Biz insanı quru və qoxumuş qara palçıqdan 
yaratdıq».  (əl-Hicr 26). «Sizi torpaqdan yaratması, sonra da sizin bir 
insan olub yer üzünə yayılmağınız onun qüdrət əlamətlərindəndir». (ər-
Rum 20). «O, yaratdığı  hər  şeyi gözəl yaratdı.  İnsanı yaratmağa 
palçıqdan başladı. Sonra onun nəslini bir qətrə  zəif dəyərsiz sudan 
əmələ gətirdi». (əs-Səcdə 7-8). «Biz həqiqətən insanı tər-təmiz palçıqdan 
yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra 
nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət 
etdik, sonra o, bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə 
örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. 
Yaradanların ən gözəli olan Allah nə qədər ulu və ucadır». (əl-Muminun 
12-14).  «O, insanı laxtalanmış qandan yaratdı».  (əl-Ələq 2). «O, axıb 
tökülən bir sudan yaranmışdır. O, su (kişilərin) bel sümüyündən, 
(qadınların) köks sümüyündən çıxar».  (ət-Tariq 6-7). «Halbuki, sizi də 
sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffət 96).  
Allah Qurani Kərimdə ət-Tur surəsində buyurur: «Yoxsa onlar heç bir 
şeydən  (xaliqsiz) yaradılıblar? Yaxud onlar (öz-özlərini) yaradan-
lardır?».  (ət-Tur 35). Bu ayə nazil olduğu zaman Cubeyr b. Mutim 
Rəsulullah 

 sallallahu aleyhi və səlləm - in bu ayəni oxuduğunu dinləmiş 
və demişdir: «Mən müşrik idim. Bu ayəni eşitdikdə  qəlbim az qala 
yerindən çıxacaqdı. Bu an imanın qəlbimə girdiyi ilk an idi»
52
. Bütün bu 
ayə və hədislər heç bir şeyin təsadüfən var olmasına ehtimal buraxmır.  
3.  Şəriət:  Şəriətin Allahın varlığına dəlalət etməsi: Bütün səmavi 
kitablar Allahı tanımaq, onun göndərmiş olduğu  şəriəti qəbul etmək və 
əmrlərinə gərəkli şəkildə itaət etmək, boyun əymək və bu kitablarda olan 
xəbərlərin hər  şeyi var etməyə qadir olan Allah tərəfindən endirilmiş 
olduğuna dəlildir. Qul Allahın kitabında olan ayələr haqqında düşündükcə 
Rəbbini bilib tanıyır. Qul bu ayələr haqqında nə  qədər düşünsə onun 
biliyi, elmi o, qədər də artar. «Yerdə tam yəqinliklə insanlar üçün 
əlamətlər vardır. Sizin özünüzdə  də  əlamətlər vardır».  (əz-Zariyat 20-
                                                 
51
 Müslim, Əbu Davud, Tirmizi.  
52
 Buxari. 


 
17
21).  «Göylərdə  və yerdə neçə-neçə  əlamətlər nişanələr vardır ki, 
insanlar onların yanından üzlərini çevirib keçirlər». (Yusif 105).  
4. Duyğular:  Duyğuların Allahın varlığına dəlalət etməsinə gəlincə bu 
iki yolladır.  
1) Bizlər dua edənlərin, dualarının qəbul edilməsi, sıxıntı anlarında 
əllərini göyə qaldıraraq dua etmələri qəlbdən olan o, hisslər, duyğular 
Allahın varlığına dəlalət edir. «O, zaman siz (dua edərək)  Rəbbinizdən 
kömək diləyirdiniz». (əl-Ənfal 9).  
Həmçinin Ənəs b. Məlik 

 radıyallahu anhu 

 rəvayət edir ki, bir gün 
bir Bədəvi  ərəb cümə günü Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 
xütbə verərkən məscidə girib deyir: «Ey Allahın Rəsulu! Mallarımız tələf 
oldu, uşaqlarımız ac qaldı. Bizim üçün Allaha dua et». Peyğəmbər 

 
sallallahu aleyhi və səlləm 

 əllərini qaldıraraq dua etdi. Buludlar dağlar 
kimi ortaya yığıldılar. Minbərdən enməmiş yağış  dənələri saqqalından 
süzülməyə başladı.  İkinci cümə yenə o, bədəvi  ərəb qalxıb dedi: «Ey 
Allahın Rəsulu! Evlərimiz dağıldı, mallarımızı sular yuyub apardı. Bizim 
üçün Allaha dua et» Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

  əllərini 
qaldıraraq dua etdi: «Allahım üztümüzə,  ətrafımıza yox!» Əli ilə  işarə 
etdiyi tərəfə yağış yağmağa başladı»
53
. Allaha səmimi olaraq sığınan və 
duasının qəbul edilmə  şərtlərini yerinə yetirən hər bir kəsin dualarının 
qəbul edilməsinin günümüzdə də şahidi oluruq.  
2) Möcüzə 

 insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin 
varlığına kəsin bir dəlildir. Onları göndərən isə Allahdır. Çünki bunlar 
bəşəriyyətin güc və taqətindən kənar olan xüsuslardır. Allah möcüzələri 
Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək üçün meydana 
gətirir. Məs: Musa 

  əleyhissəlam 

  ın  əsası. Allah ona: «Əsanı  dənizə 
vur!» deyərək əmr etdikdə o, da əsanı dənizə vurdu. Dəniz on iki ayrı yola 
ayrıldı. Bu yollar arasında sular dağları xatırladırdı.  Onda Musaya belə 
vəhy etdik: «Əsanla dənizə vur. Dərhal yarıldı  və  hər hissə böyük bir 
dağ kimi oldu». (əş-Şuəra 63). İsa 

 əleyhissəlam 

 hansı ki, Allahın izni 
ilə ölüləri dirildirdi. «Sizin üçün palçıqdan quşa bənzər bir surət 
düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadan gəlmə 
korları, cüzəm xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri 
dirildirəm».  (Ali-İmran 49). Muhəmməd 

 sallallahu aleyhi və  səlləm 

 
hansı ki, Qureyş ondan bir möcüzə göstərməsini istəmiş o, da aya işarə 
edərək ayı iki yerə ayırmışdı.  «Qiyamət yaxınlaşdı, ay (Peyğəmbərin 
möcüzəsi ilə) parçalandı».(əl-Qəmər 1).  
                                                 
53
 Buxari. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə