Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə5/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   2   3   4   5   6   7   8   9   ...   79

 
10
haqdır bu da şəhadət kəliməsidir.  Şəhadət kəliməsini deyən kimsə 
kafirdirsə müsəlman olur. Düşməndirsə sevimli olur. Onun qanı, malı 
azad və toxunulmaz olur. Əgər bu qəlbdən gələrsə insan iman əldə etmiş 
olur. Əgər o, bunu yalnız dili ilə söyləyərsə, lakin qəlbi ilə təsdiq etməzsə 
o, kimsə  İslama girmiş sayılır. Qəlbi ilə deyil zahiri ilə. Yox əgər o, 
şəhadəti dili ilə də demirsə bunu deyə bildiyi halda o, kimsə həm zahiran 
həm də batinən də kafirdir və bütün müsəlmanlarda bu fikirdqə 
yekdildilər»
17
. Əziyyət verən bir şeyi yoldan qaldırmaq – əzaların əməli, 
həya da – qəlbin əməlidir. Yolda əziyyət verən şeyləri dəf etmək bir əməl 
olduğu halda, Rəsulullah 

 sallallahu aleyhi və  səlləm - onu imandan 
saymışdı. 
İbn Battal –  rahmətullahi aleyhi - 
18
 deyir ki: «Buxari –  rahmətullahi 
aleyhi - nin iman bölümündə qeyd etmək istədiyi məna da elə budur. O, 
bölümün bütün bablarını bu əsasa görə açmışdır. Məs: Umurul iman 
(imandan olan işlər) Namaz imandandır, zəkat imandandır, cihad 
imandandır adı altında açdığı başlıqlar ilə o, Murciənin - iman əməlsiz 
sözlərdən ibarətdir - (yəni  əməl imandan ayrıdır) sözlərini rədd etmiş, 
onların bu səhf fikirlərini Quran və Sünnə ilə  bəyan etmişdir
19
.  «Allah 
sizin imanınızı  (bundan  əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız 
namazlarnızı)  əvəzsis buraxmaz”. (əl-Bəqərə 143). Allah bu ayədə 
namazı iman deyərək adlandırmışdı. Namaz həm qəlbin, həm dilin, həm 
də  əzaların  əməllərini bir yerdə birləşdirir. Təfsirçilərin açıqlamalarına 
görə  qəsd - İslamın ilk əvvəlində müsəlmanların Beytul Məqdisə  tərəf 
qıldıqları namazlardır. Allah «Kəbəyə  tərəf dönün!» deyə  əmr etdikdən 
sonra, səhabələr «Bəs bizim ibadətlərimiz!» deyincə Allah bu ayəni nazil 
etmişdi.  
Elm və əməl bir-birindən ayrılmaz şeylərdir. Əməllər və sözlər imandan 
olduqları üçün iman itaətlə artır, asiliklə azalır. Bu baxımdan hətta 
möminlər də öz imanlarında, əməllərində və s. bir-birindən fərqlənmişlər. 
«Sonra Kitabı  bəndələrmizdən seçdiklərmizə miras qoyduq. Onlardan 
kimisi özünə zülüm edər  (pis  əməlləri yaxşı  əməllərindən çox olar)
kimisi mötədil  (pis  əməlləri ilə yaxşı  əməlləri bərabər) olar, kimisi də 
Allahın izni ilə yaxşı işlərdə (başqalarını qabaqlayıb) irəli keçər. (yaxşı 
əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür. Onlar Ədn 
                                                 
17
 «Tövhid Kitabı», «Fəthul Məcid». 
18
 İbn Battal – rahmətullahi aleyhi - Adı Əli b. Haləf b. Abdulməlikdir. əl-Ləccam deyə tanınır. Hədis 
elimində tanınmışdır. Məliki məzhəbindəndir.  İbn Həcər  – rahmətullahi aleyhi - «Fəthul-Bəridə» 
ondan çox danışır. 
19
 Nəvəvi, Müslümün şərhi 1/125. 


 
11
Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə 
bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-33). 
1. Xeyir işlərdə irəli keçənlər fərz
20
 və müstəhəbləri
21
 edənlər, haram və 
məkruhları
22
 tərk edənlər, şübhəli şeylərdən uzaq olanlar. Bu sanki Allahı 
görür kimi ibadət edən ehsan mərtəbəsindəki quldur. O, müstəhəb və 
kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır.  2. Orta yolda olanlar. 
Sünnətləri etməsə  də, məkruhlardan çəkinməsədə, sadəcə  fərzləri edib 
haramları
23
  tərk etməklə kifayyətlənənlər. Bu vacib iman sahibidir. 3. 
Nəfslərinə zülm edənlər, bəzi haramları etməklə  bərabər, imanlarını 
qorumaqla bərabər, bəzi fərzləri yerinə yetirməkdə  də qüsurlara yol 
verirlər.  İcmali iman sahibləri. Abdullah b. Abbas 

 radıyallahu anhu 

 
dedi ki, xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada 
gedənlər Allahın rəhmətiylə  Cənnətə girəcəklər. Özlərinə zülm edənlər 
Məhəmmədin şəfaəti ilə Cənnətə girəcəklər
24
.  
Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar. 
Bu haqda Quran və Sünnədə bur çox ayə  və  hədislər vardır.  «Bir surə 
nazil edildiyi zaman münafiqlərdən: «Bu sizin hansınızın imanını 
artırdı? deyənlər də var. Möminlərə  gəlincə  (hər bir surə) onların 
imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər».  (ət-
Tövbə 124). «Biz də onların hidayətini artırmışıq».(əl-Kəhf 13).»Allah 
doğru yolda olanların doğruluğunu artırar». (Məryəm 76). «Doğru yolu 
tapanlara gəldikdə isə Allah onların doğruluğunu daha da artırar». 
(Məhəmməd 17). «Möminlərin imanı üstünə iman artırmaq üçün». (əl-
Fəth 4). «İman gətirənlərin imanının daha da artması».  (əl-Muddəssir 
31).  «Bu yalnız onların imanını  və itaətini artırdı». (əl-Əhzab 22). «O, 
kəslər ki, xalq onlara: Cəmaat sizə qarşı  (qüvvə) toplamışdır onlardan 
qorxun! dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar Allah 
bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). 
«Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və 
əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu 
zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz 
Rəblərinə  təvəkkül edərlər. Namaz qilar və verdiyimiz ruzidən sərf 
edərlər».  (əl-Ənfal 2-3).  Hənzələ b. ər-Rəbi b. Sayfi əl-Useyyidi  ət-
Təmimi 

 radıyallahu anhu 

 , Əbu Bəkr 

 radıyallahu anhu 

 ilə birlikdə 
                                                 
20
 Buna əməl edən savab qazanır. Onu tərk edən isə əzaba düçar olur. Məs: Namaz, oruc və s. əməllər. 
21
 Buna əməl edən savab qazanır. Onu tərk edən isə əzaba düçar olmur.  
22
 Bunu tərk edən savaba nail olur, əməl edən isə əzaba düçar olmur. Məs: Məscidə sol ayaq ilə daxil 
olmaq. 
23
 Bunu tərk edən savab qazanır. Ona əməl edən isə əzaba düçar olur. Məs: Zina, içki və s. əməllər. 
24
 İbn Teymiyyə «əl-Əqidətul Vasitiyyə», Təfsiri Təbəri 11/ s. 189, Təfsir İbn Kəsir. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə