Microsoft Word Aqida Kitabi doc


barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə14/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   10   11   12   13   14   15   16   17   ...   79

 
29
barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, 
əlbəttə onda çoxlu ziddiyyət tapardılar».  (ən-Nisa 82). «Yoxsa onu 
(Peyğəmbər) özündən uydurdu! – deyirlər. Əgər doğru deyirsinizsə ona 
(Qurana) bənzər bir surə gətirin…». (Yunus 38). «De ki: «Əgər insanlar 
və Cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-
birinə kömək etsələr, yenə  də ona bənzərini gətirə bilməzlər».  (əl-İsra 
88). «Yoxsa müşriklər: «Quranı özündən uydurdu!» – deyirlər. Onlara 
de ki: «Əgər doğru deyirsinizsə onun kimi özünüzdən on surə uydurub 
gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın». 
(Hud 13). «Əgər doğru deyirlərsə qoy onlar Quran kimi bir kəlam 
gətirsinlər». (ət-Tur 34).  
Bu baxımdan da hər bir kəs Qurani Kərimin hökmlərinə tabe olmalı, 
boyun  əyməli və ona iman etməlidir. Çünki bu kitab özündən  əvvəlki 
kitabları doğrulayan, onlarda olan dəyişiklikləri və  təhrifləri bəyan edən 
bir kitabdır. «Biz sənə Quranı haqq olaraq, özündən əvvəlki kitabı (bütün 
ilahi kitabları)  təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna 
şahid)  kimi endirdik.  (əl-Maidə 48). «And olsun ki, Biz Quranı ibrət 
almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı!». 
(Qəmər 40). «Quran uydurma bir söz deyildir. Ancaq özündən  əvvəlki 
(ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün 
hökümlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa 
üçün hidayət və  mərhəmətdir». (Yusif 111).  Təfsir alimləri qeyd edirlər 
ki, Muheymin – ləfzi özündən əvvəlki kitablara qarşı bir şahid və onları 
doğrulayan mənasındadır. Yəni Qurani Kərim bu kitablarda olan doğru 
xəbərləri təsdiq edərkən, bu kitablarda ortaya çıxan təhrifləri, 
dəyişiklikləri qəbul etməz. Ömər  - radıyallahu anhu – deyir ki, mən 
Tövratın bir neçə hissəsini tapmışdım və Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – ə orada yazılan hökmləi göstərdim. Onun mənim bu əməlimdən 
bərk qəzəbləndiyini gördükdə qorxuya düşdüm ki, nə isə deyər və dərhal 
dedim: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Nəbi olaraq 
Muhəmməd – sallallahu aleyhi və səlləm – dən razı oldum» Peyğəmbər – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Vallahi Musa – əleyhissəlam – sağ 
olsaydı o, da mənim dinimə tabe olardı»
91

Bəs biz müsəlmanlar, başqa kitablarda olan məlumatlara neçə münasibət 
bəsləməliyik. 
1. Quran və Sünnəyə uyğun gələni qəbul edir. 
2. Quran və Sünnəyə zidd olanları inkar edir. 
                                                 
91
 Buxari. 


 
30
3. Nə ziddir, nə də uyğun – bunları da nə inkar edir, nə də təsdiq edirik. 
Bunlar  İsrailiyyat adlanır. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Məndən heç olmasa bir ayə belə insanlara çatdırın. 
Yəhudilərdən də danışın və bunda heç bir günah yoxdur. Kim bilə-bilə 
mənim adımdan yalan danışsa keçib Cəhənnəmdə yerini tutsun»
92
.  
Qurani Kərim aləmlərin Rəbbinin kəlamı, onun kitabı, səmavi kitabların 
sonuncusu və sağlam ipidir. Allah onu Abdullahın oğlu Muhəmmədə 
insanları zülmətdən nura çıxartmaq, doğru yola və  Sıratal-Mustəqimə 
yonəltmək üçün endirmişdi. Həmçinin Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – bütün insanlara və bütün cinlərə onlara endirilmişi açıqlasın deyə 
göndərilmişdir.  «Sənə  də Quranı nazil etdik ki, insanlara onlara 
göndəriləni izah edəsən və  bəlkə onlar da düşünüb dərk edərlər».  (ən-
Nəhl 44). «Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da 
bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik». (ən-Nəhl 89).  
Qurani Kərim Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  ə bir başa 
endirilməmişdir. İyirmi üç il ərzində hisə-hissə endirilmişdi. «Biz Quranı 
haqq olaraq nazil etdik, o, da haqq olaraq (həç bir dəyişikliyə uğrama-
dan)  nazil oldu. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə, biz 
Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik». (əl-İsra 106).  
Qurani Kərimdə  114 surə vardır. Bunlardan 87-si Məkkədə,  27-si isə 
Mədinədə nazil edilmişdi. Məkkədə nazil olan surələrə  Məkkə surələri, 
Mədinədə nazil olan surələr isə  Mədinə surələri adlanır. Ümumi olaraq 
114  surə,  6236 ayə vardır.  Quran  – qiraət etmək, oxumaq deməkdir. 
Kərim – Allahın bizə  məlum olan 99-z adından biridir. Səxavətli, 
kəramətli deməkdir.  Ayə  – açıq  əlamət, dəlil, işarə, ibrət deməkdir.  İlk 
nazil olan ayə əl-Ələq surəsini ilk 5 ayəsidir. Surə – yüksək rütbə, şərəf 
deməkdir.  
Qurani Kərimdə ayələr üç qismə bölünür.  
1. Xəbərlər (yəni hekayələr).  
2. Hökmlər (şəriət qaydaları).  
3. Əqidə (Tövhid).  
Hər bir müsəlmanın üzərində Allahın haqqıdır ki, Qurani Kərimi 
öyrənsin, öyrəndikdən sonra başqalarına öyrətsin və ona səmimi qəlbdən 
sarılsın.  «Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun ki, 
bəlkə sizə rəhm olunsun». (əl-Ənam 155). «Rəbbinizdən sizə nazil edilən 
Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-
nəsihətə olduqca az qulaq asırsınız». (əl-Əraf 3). Peyğəmbər sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Allahın kitabını götürün və ona səmimi 
                                                 
92
 Buxari. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə