Microsoft Word Aqida Kitabi doc


zaman: «Biz Allahın bəndələriyik və



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə73/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   69   70   71   72   73   74   75   76   ...   79

 
150
zaman: «Biz Allahın bəndələriyik və (öləndən sonra) ona tərəf  (onun 
dərgahına) qayıdacağıq» deyirlər. (əl-Bəqərə 155-156).  
4. Sevinməmək Və Kədərlənməmək:  
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət 
yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) 
yazılmış olmasın. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana 
kədərlənməməyiniz və sizə verilənə  də sevinib qürrələnməməyiniz 
üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz». 
(əl-Hədid 22-23). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki, Allahın sizə 
bəxş etdiyi nemətlərlə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin 
əməyinizin nəticəsi olmayıb, Allahın qəza və  qədəri ilə sizə  bəxş edilən 
ruzisidir. Allahın nemətləri ilə təkəbbür və lovğalığ etməyin. Sevincinizi 
şükrə, kədərinizi isə səbrə çevirin
441

5. İnsanlardan Qorxmamaq: 
De ki: «Elə isə bir söyləyin görək,  əgər Allah mənə bir zərər 
toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun 
zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir 
mərhəmət  əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola 
bilərlərmi?» De ki: «Mənə  təkcə Allah kifayət edər».  (əz-Zumər 38). 
«Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs 
qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə 
maneçilik edə bilməz». (Yunus 107).  İbn Abbas - radıyallahu anhu – 
rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə bir neçə 
nəsihət verərək buyurdu: «...Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir 
vermək üçün bir yerə  yığışsalar Allahın yazdığından artıq sənə heç bir 
xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə 
yığışsalar yenə  də Allahın yazdığından artıq sənə  zərər verə bilməzlər. 
(Çünkü) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi) qurumuşdur»
442

5. Ölümdən Qorxmamaq:  
«Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) 
vaxtı müəyyən edilmiş bir yazıdır». (Ali-İmran 145).  
6Olub Keçənlərə Peşman Olmamaq:.  
«(Müharibəyə getməyib Mədinədə evlərində)  oturan və  (müharibəyə 
getmiş) qardaşları haqqında: «Əgər onlar sçzümüzə qulaq assaydılar, 
öldürülməzdilər» deyənlərə  (Ya Muhəmməd!) söylə ki: «Əgər doğru 
deyirsinizsə, onda (bacarıb) ölmü özünüzdən uzaqlaşdırın».  (Ali-İmran 
168).  Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Allah güclü 
                                                 
441
 İbn Kəsr «Təfsir» 4/314.  
442
 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis. 


 
151
mömini zəif mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı 
götürməyə səy göstər. Allahdan kömək dilə aciz olma. Başına bir müsibət 
gələrsə demə: «Əgər belə etsəydim belə olmazdı» De ki: «Allahın qəza və 
qədəri bu imiş. Əgər sözü şeytana yol açır»
443
 
7. Allahın Məsləhət Bildiyində Xeyr Vardır:  
«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız 
bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (əl-
Bəqərə 216).  
 
İSLAM VƏ İMAN 
İmanın həqiqətini bəyan edən bir çox dəlillər vardır ki, bununla 
bəndənin qəlbində iman ağacı kamilləşir. Bununla imanın səmərələrini 
görürlər və tamını,  şirinliyini dadırlar. Bununla Allahın razılığını  və 
Cənnətini qazanırlar. Bu o, naslardır ki, imanın həqiqətini və kamiliyyini 
bəyan edir. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  İslam və  İmanı 
məşhur Cəbrail – əleyhissəlam – hədisində zikr etdi. Belə ki, səhabələrin 
əhatəsində  Cəbrail  –  əleyhissəlam – ondan İslam və  İman barəsində 
soruşdu. Ömər - radıyallahu anhu – rəvayət edir ki, bir gün Rasulullah 
sallallahu aleyhi və  səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı 
düm ağ, saçları olduqca qara, üzərində  səfər  əlaməti görünməyən və 
aramızda hec kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər  
sallallahu aleyhi və  səlləm - in yanında oturdu. İki dizini onun dizlərinə 
söykəyib, əllərini (öz) dizlərinin üstünə qoyaraq: «Ey Muhəmməd! Mənə 
İslam haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İslam) 
Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın 
elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda 
oruc tutmaq, imkan olduqda Beyti həcc etməkdir» deyə buyurdu. (Adam): 
«Doğru söylədin!» deyə cavab verdi. (Ömər) dedi ki, adama heyrət etdik. 
Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi. (Adam): 
«Mənə  İman haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İman) 
Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə  və 
Xeyir və  Şərrin Allahdan olmasına inanmaqdır» deyə buyurdu… 
(Peyğəmbər): «O, Cəbrail  –  əleyhissəllam - idi. Sizə dininizi öyrətməyə 
gəlmişdi!» deyə buyurdu
444
.  Bu hədisdən  İslam və  İman arasında fərq 
olduğu aydın olur. Peyğəmbər – sallallahu aleyhi və  səlləm –  dən İslam 
haqqında soruşduqda zahiri əməlləri zikr etmiş,  İman barəsində 
soruşduqda isə  qəlbi (batini) əməlləri zikr etmişdir. Bununlada elm əhli 
                                                 
443
 Buxari, Müslim.  
444
 Buxari 50, Müslim 8,10. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə