Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclisin
İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad
Səmədzadə və Milli Məclisin üzvü Xanhüseyn Kazımlı çıxış
etdilər.
Azərbaycan.-2007.-10 may.-S.12.
Milli parkda Heydər Əliyevin doğum günü şərəfinə
Gül bayramı keçirilmişdir
Ümummilli liderimiz Heydər Əliyevin doğum günü şərəfinə
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 10-da
Milli parkda ənənəvi Gül bayramı keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov,
ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev adına
Sarayın qarşısındakı parka gələrək müstəqil dövlətimizin xilaskarı
və qurucusunun, xalqımızın dahi oğlunun əzəmətli abidəsi önünə
əklil qoymuş, gül dəstələri düzmüş, xatirəsinə sonsuz
ehtiramlarını bildirmişlər. Sonra Milli parkda - Paraşüt qülləsinin
önündə Gül bayramının rəsmi açılışı olmuşdur.
Bayramda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun
nümayəndələri, tanınmış ziyalılar, şəhərimizin sakinləri iştirak
etmişlər. Ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli siyasi
fəaliyyətindən danışan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov iftixar və inamla bildirmişdir ki, qədirbilən
xalqımız dahi rəhbərimizin xidmətlərini heç vaxt unutmayacaq.
İnsanların Heydər Əliyevə olan sonsuz məhəbbətini müxtəlif
formalarda nümayiş etdirdiklərini diqqətə çatdıran natiq qeyd
etmişdir ki, Gül bayramında iştirak edən yaradıcı şəxslərin, tələbə
və məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də
xalqımızın böyük oğluna olan tükənməz sevgisinin bariz
nümunəsidir. Baharın bu gözəl çağında Bakının hər bir rayonu
parkda ayrıca təmsil olunmuşdu. İlk qarşılaşdığımız Səbail Rayon
İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova
bildirmişdir ki, bağça uşaqlarının, məktəblilərin, müəssisə və
şirkətlərin nümayəndələrinin, şəhərimizin sakinlərinin müxtəlif
çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları
rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə seçilir, uşaq
təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş
ovqat yaradır.
Milli parkda dünyanın müxtəlif yerlərindən gətirilmiş,
respublikamızın təbiətində təsadüf edilməyən güllər də az deyildi.
Təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz
istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar.
Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt və kağız
üzərində gözəl lövhələr yaratmışdılar. Ümummilli liderimiz
Heydər Əliyevin və Zərifə xanım Əliyevanın portretlərinə
güllərdəın toxunmuş xalçanın qarşısında xeyli tamaşaçı
toplaşmışdı. Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini
Xeyrulla Hüseynli bildirmişdir ki, xalçanın müəllifi memar Camal
Rəşidəlizadədir. Qaradağ rayonu ərazisində məskunlaşmış
məcburi köçkünlərin əl işləri də tamaşaçılar tərəfindən maraqla
qarşılanmışdır. Rayon icra hakimiyyəti başçısının müavini
Zemfira Şıxəliyeva qeyd etmişdir ki, dahi rəhbərimizin siyasi
xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri
nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq və xalqımız
ən möhtəşəm Gül bayramını Azərbaycanın dilbər güşəsi olan
Şuşada keçirəcəkdir. Gül bayramı uşaq bədii-özfəaliyyət
kollektivlərinin rəngarəng konsert proqramları ilə davam etmişdir.
Azərbaycan.- 2007.- 11 may.- S. 4.
Yaşıl teatrın ulu öndər Heydər Əliyevin doğum
günündə açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə
iştirak etmişdir
Mayın 10-da, xalqımızın ümummilli lideri Heydər Əliyevin
doğum günündə Bakıda Yaşıl teatrın əsaslı təmir və
yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı teatra
toplaşan paytaxt sakinləri, dövlət və hökumət nümayəndələri
hərarətlə qarşıladılar.
Xatırladaq ki, ötən əsrin 60-cı illərində istifadəyə verilmiş Yaşıl
teatr Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi,
paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri olmuşdur.
Burada dünyanın və keçmiş SSRİ-nin ən məşhur incəsənət
ustaları da çıxış etmişlər. Lakin sonradan baxımsızlıq üzündən
teatr fəaliyyətini tamamilə dayandırmışdı. 1990-cı ildən isə
büsbütün bərbad vəziyyətə düşmüşdü. Teatrın Bakı üçün önəmini
nəzərə alan Prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun
əsaslı şəkildə yenidən qurulması barədə göstəriş vermişdi.
Dövlətimizin başçısı burada işlərin gedişi ilə şəxsən maraqlanırdı.
Bu diqqət və qayğı, habelə inşaatçıların səyləri sayəsində Yaşıl
teatr simasını tamamilə dəyişmişdir. Açılış mərasiminə
toplaşanlar bunu minnətdarlıqla vurğulayırdılar. Dövlətimizin
başçısı açılış mərasimində nitq söylədi.
Azərbaycan.- 2007.- 11 may.- S. 2.
Xalq rəssamı ulu öndərin həyat və fəaliyyətindən
söhbət açmışdır
Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər
Eldarov mayın 11-də "Xəbərlər" Beynəlxalq mətbuat mərkəzində
keçirdiyi mətbuat konfransında ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətinin az məlum olan səhifələrindən danışmışdır.
Ö.Eldarov demişdir ki, Heydər Əliyevin mədəniyyətə və
ümumiyyətlə, sənətə, bu sahədə çalışan insanlara xüsusi
münasibəti vardı. Axı, o, hələ gənclik illərində özünü memarlığa
həsr etmək istəyirdi. O uzaq illərdə Heydər Əliyevin rəsm
müəllimi olan Şamil Qazıyev onun qeyri-adi bacarığından tez-tez
söhbət açardı. Ona görə də Heydər Əliyev məktəbi bitirib Sənaye
İnstitutunun (indiki Neft Akademiyası) memarlıq fakültəsinə
daxil olmuşdu. Lakin taleyin hökmü ilə o, institutda təhsilini
dayandırdı və bu, onun gələcək üçün planlarını dəyişdirdi.
Xalq rəssamı vurğulamışdır ki, Heydər Əliyev mədəniyyət və
incəsənətin inkişafına təkan verən insanları həmişə dəstəkləyirdi.
Bu dahi şəxsiyyət belə insanlara və onların çətin əməyinə yüksək
ehtiramla yanaşırdı. Heydər Əliyev rəssamların qurultay və
plenumlarında fəal iştirak edirdi.
Ö.Eldarov demişdir ki, bu böyük şəxsiyyətlə ilk görüşü o, ikinci
dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüləndə olmuşdu.
Mövcud qaydalara görə, ikiqat qəhrəmanın vətənində onun büstü
qoyulmalı idi. Onda bu işin yerinə yetirilməsi Ö.Eldarova həvalə
edilmişdi.Ümummilli liderin böyük və çox zəngin, mənalı
həyatından danışaraq bildirmişdir ki, onun kədərli günlərinin də
şahidi olmuşdur. Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanım
Əliyevanın abidəsini hazırlamağı da ona tapşırmışdı.
Görkəmli rəssam vurğulamışdır ki, Heydər Əliyevlə bağlı
xatirələrin sonu yoxdur, onun həyatının hər bir səhifəsi ayrıca
söhbət mövzusudur.
Azərbaycan.-2007.-12 may.-S.4.
Dostları ilə paylaş: |