sənədlərin toplanması və həmin sənədlərin elektron variantının
hazırlanması istiqamətində sistemli iş aparır. Ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü
ərəfəsində istifadəçilərə təqdim edilən bu xronologiya
kitabxananın əməkdaşlarının üzərində işlədikləri "Heydər
Əliyevin həyat və fəaliyyətinin salnaməsi" adlanan böyük bir
layihənin birinci mərhələsini əhatə edir.
Xronologiyanın hazırlanması zamanı ümummilli liderimizin
ötən əsrin 80-ci illərində SSRİ rəhbərliyində təmsil olunduğu və
90-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına
rəhbərlik etdiyi dövrlərdə həyat və fəaliyyətinin ən önəmli
məqamlarına diqqət yetirilmiş, müstəqil Azərbaycanın Prezidenti
olduğu dövrdə (1993-2003-cü illər) isə onun gündəlik
fəaliyyətinin tam xronologiyası öz əksini tapmışdır.
Layihənin ikinci mərhələsi ümummilli liderin Prezidentliyi
dövründə fəaliyyətinin mühüm sahəsi olan xarici ölkələrə
səfərləri, keçirdiyi çoxsaylı görüşləri və qəbulları zamanı,
həmçinin müxtəlif tədbirlərdə etdiyi çıxışların, nitqlərin,
məruzələrin, bəyanatların, müsahibələrin tam mətnlərinin elektron
versiyasının hazırlanmasını nəzərdə tutur. Bu istiqamətdə xeyli iş
görülmüş, həmin sənədlərin elektron mətnlərinin bir hissəsi artıq
kitabxananın saytında yerləşdirilmişdir. Heydər Əliyev irsinin
toplanıb saxlanılmasını, gələcək nəsillərin ondan istifadəsini
təmin etmək məqsədilə kitabxananın kollektivi bütün səylərini
səfərbər etmişdir.
Azərbaycan.- 2007.- 9 may.- S. 5.
Cabbarov S.
Ulu öndərin xatirəsinə dərin ehtiram
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin
inzibati binasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər
Əliyevin büstünün açılış mərasiminə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə komitənin işçiləri, Milli Məclisin üzvləri
iştirak edirdilər. Açılış mərasimində çıxış edən komitənin sədri
Kərəm Həsənov qeyd etdi ki, 30 ildən artıq bir dövr ərzində
ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyev Azərbaycanın
məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və bir millət
kimi tarixin sınaqlarından çıxaran nadir rəhbər, vətəndaş və
şəxsiyyətdir ki, vaxtında onun gördüyü bütün işlər indi bizim
ümummilli sərvətimizdir. "Bilirəm ki, 30 ildən artıq Azərbaycana
bəxş etdiyim töhfələr - zavodlar, buruqlar, binalar, obyektlər,
abidələr, yeni qəsəbələrE mən həyatda olmayanda da Heydər
Əliyevin izləri kimi yaddaşlarda yaşayacaq" deyən ulu öndər heç
də yanılmamışdır. Bu gün hər bir azərbaycanlı müstəqil
Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu fəxrlə
qeyd edir. Komitə sədri bildirdi ki, anadan olmasının 84-cü
ildönümü ərəfəsində ulu öndər Heydər Əliyevin büstünün açılışı
ilə komitənin kollektivi ümummilli liderin hər bir azərbaycanlı
üçün örnək olacaq həyat və fəaliyyətini yad etmək və onun
xatirəsi üçün kiçik bir töhfə verməklə qürur duyur. Azərbaycanın
cari siyasi tarixinin son 35 ili Heydər Əliyevlə, onun çoxtərəfli
genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı
olmuşdur. Çətin günlərdə həmişə xalqla bərabər olan,
dövlətçiliyimizin memarı, xalqımızın xilaskarı, ulu öndər 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə
tüğyan edən siyasi və iqtisadi böhranın qarşısını qısa müddət
ərzində almaqla yanaşı, müasir dövlətçiliyimizin əsasını
qoymuşdur. Həmin dövrdə siyasi müstəqilliyin bünövrəsi sayılan
iqtisadi siyasət düzgün qurulmadığından, Azərbaycanın nəinki
suveren dövlət, hətta adi coğrafi məkan kimi mövcudluğu təhlükə
altında qalmışdır. Belə ağır bir zamanda ulu öndərimiz bütün
çətinliklərə, maneələrə mətinliklə sinə gərərək xalqımızı vətəndaş
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən
qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı kimi daxil
oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi həm də
siyasi aləmdə ölkəmizə inamın, iqtisadiyyatda inkişaf meyillərinin
bərqərar olması, qısa müddətdə respublikada azad sahibkarlıq və
biznes fəaliyyətinin genişlənməsi, ölkəyə investisiya axınının
güclənməsi, neft strategiyasının reallaşmağa başlaması ilə
nəticələndi. Bütün bunlar böyük siyasətçi Heydər Əliyevin
dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi
qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin
yaxşılaşdırılması kimi mühüm amilləri ehtiva edən müdrik
siyasəti idi. Komitə sədri onu da vurğuladı ki, Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ardıcıl və səmərəli islahatlar
hesabına formalaşdırdığı inkişaf potensialı bu gün cənab
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində
reallığa çevrilmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş yeni neft strategiyasının inkişaf etdirilməsi,
Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyinin
qorunması, iqtisadiyyatın müxtəlif sahələrinə yönələn
sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru
istiqamətləndirilməsi,
əhalinin sosial rifah halının
yaxşılaşdırılması ölkədə həyata keçirilən iqtisadi islahatların
prioritet istiqamətini təşkil edir. Bu gün Azərbaycan ümumi daxili
məhsulun artım tempinə görə lider dövlətdir. Cənab İlham
Əliyevin Prezident seçildiyi vaxtdan 535 min yeni iş yeri
açılmışdır ki, bunun da 83 faizi regionların payına düşür.
K.Həsənov sonda tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, bu
iqtisadi yüksəliş strategiyasının mühüm hissələrindən biri olan
dövlət əmlakının idarə edilməsi sahəsində də müvafiq uğurlar
qazanılıb.
Dostları ilə paylaş: |