Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə15/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
57
baycanla birgə  fəaliyyətdən çəkindirmək məqsədi güddüyünü 
qeyd edirdilər. 
Rusiyanın statusla bağlı  fəaliyyətinin  İkinci mərhələsi 
1995-97-ci illəri əhatə edir və mütəxəssislər tərəfindən “praq-
matik yanaşma” dövrü kimi xarakterizə edilir. Bu mərhələdə 
Rusiya, Xəzərin statusu ilə bağıl diplomatik hücum və  hərbi 
güc tətbiq etmə çağırışlarından imtina edir, siyasi və iqtisadi 
yollarla hadisələrin gedişinə  təsir göstərməyə çalışır.  İkinci 
mərhələni həm də  şərti olaraq, rus politoloqları «ilkin kom-
promis» dövrü adlandırırlar.  
Bu mərhələdə sahilyanı ölkələrlə ziddiyyətlərin getdikcə 
artdığını anlayan Moskva 1996-cı ildə öz barışmaz mövqe-
yindən tədricən çəkilərək yeni “barışdırıcı” ideyalarla çıxış et-
məyə başlayır. Həmin ildə Rusiya hökuməti bu ölkənin Xarici 
İşlər Nazirliyindəki bəzi dairələrdən fərqli olaraq sektor məsə-
ləsində Azərbaycanın haqlı olduğunu etiraf edərək, o zamankı 
Baş nazir V. Çernomırdinin dili ilə  Xəzərdə  həyata keçirilən 
enerji layihələrinin qanuni olduğunu bəyan edir.
71 
 
 Rusiya  Federasiyasının Xəzərin statusu il bağlı bir neçə 
yeni ideya və təklifləri də məhz həmin mərhələdə irəli sürülür. 
Həmin təkliflərdən birində Rusiya hər bir sahilyanı ölkənin 
dənizin ona aid 45 millik sahilyanı zonasına nəzarət etmək 
hüququ ilə yanaşı, həm də bu zonaya daxil olmayan, lakin ar-
tıq neft çıxarılan yataqlar üzərindəki hüququnu təsdiq etməyə, 
həmin ölkələrin, yaxud şirkətlərin hüququnu da tanımağa hazır 
olduğunu bəyan edir. 
 Bundan başqa, rəsmi Moskva Tehranın 1992-ci ildə irəli 
sürdüyü “Xəzərdə regional əməkdaşlığa dair” birgə sazişin 
                                                 
71
 Bax: qaz. «Сегодня»,  13 ноября, 1996. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
58 
bağlanması  və bu məqsədlə xüsusi bir təşkilatın yaradılması 
təşəbbüsünü də dəstəkləməyə başlayır.  
Lakin bütün bunlara baxmayaraq, Xəzərin statusu ilə bağlı 
Rusiya uzun müddət öz korporotiv maraqlarını  əsas tutaraq, 
Azərbaycanı beynəlxalq hüquqa söykənən mövqedən çəkindir-
məyə, onu yeni-yeni kompromislərə  məcbur etməyə  cəhd 
etmişdir. Məsələn, 1997-ci ildə bu ölkənin bəzi dairələri bir 
daha Xəzərin sektor bölgüsünü gündəmə gətirərək, məsələ ilə 
bağlı xüsusi hesablanmış yeni bir “kompromis” təkliflə  çıxış 
edirlər. Bu layihə müəllifləri Xəzəri beş ölkənin daxili gölü 
hesab edərək, onun yalnız 12 millik sahil ərazisinin dibinin və 
su səthinin milli sektorlara bölünməsini, bundan sonra gələn 25 
millik dəniz dibi və su səthinin “iqtisadi zona” kimi tanımasını, 
dənizin qalan bütün su hövzəsiin və həmin radiusda da dibinin 
yalnız “ümumi istifadə” edilməsini irəli sürürlər. Mütəxəssis-
lərin fikrinə görə, layihə müəllifləri bu təklifi hazırlayarkən 
Xəzərin karbohidrogen yataqlarının xəritəsi ilə bağlı xüsusi 
təhqiqat aparmışlar. Çünki, layihədə göstərildiyi kimi, əgər hər 
bir hövzə ölkəsi yalnız 12 millik sektorlara tam sahib olurdusa 
və qalan 25 millik sektorda “iqtisadi zona” da olduğu kimi fəa-
liyət göstərmək hüququ qazanırdısa, o zaman Xəzərin  əsas 
enerji resursları (o cümlədən Azərbaycanın konsorsium çərçi-
vəsində fəaliyyət göstərdiyi bugünkü əsas neft və qaz yataqları. 
-Ə.H.) “ümumi istifadədə” qalırdı. Bu layihə  Xəzərin karbo-
hidrogen yataqlarını  təxminən, aşağıdakı kimi bölür və plan-
laşdırırdı: Azərbaycanın 12 millik sektorunda təxminən 0,5 
mlrd. ton neft, 0,5 trlrd. kub metr qaz, Rusiyanın eyni məsafəli 
sektorunda müvafiq olaraq 0,2/0.3, Qazaxıstanınkında 0.6/04, 
Türkmənistanınkında 1/0.2 enerji resursu mövcud idi. Sonrakı 
25 milik “iqtisadi zonada” Azərbaycanın müvafiq olaraq 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
59
1.5/1.5, Rusiyanın 1/0.5, Qazaxıstanın 2/1, Türkmənistanın isə 
0.5/0.5 mildarında enerji resursu proqnozlaşdırılırdı. Bəhs 
olunan bölgü ilə Azərğbaycanın indiki milli sektorundakı 
təxminən 2.5 mlrd. ton neft və 1.5/2 trln. kub metr qaz, Rusiya-
nın müvafiq olaraq 1/1, Qazaxıstanın 3/1.5, Türkmənistanın 
0.5/1 miqdarında yanacaq resursu “birgə zonada” qalırdı.  
Bu bölgüdən göründüyü kimi ruslar Azərbaycanın zəngin 
neft və qaz yataqları olan sektorundakı əraziləri ümumi istifa-
dədə saxlamaqla, onları gələcəkdə öz əlinə keçirmək və Azər-
baycanı bu resurslardan məhrum etmək istəyirdi. Lakin Azər-
baycan Prezidenti Heydər Əliyevin o zaman nümayiş etdirdiyi 
polad iradə, beynəlxal hüququn və beynəlxalq aləmin Azər-
baycanın tərəfində olması onların bu planlarını alt-üst etdi. 
Əslində, Rusiyanın təklif etdiyi bu layihədə Azərbaycan istisna 
olmaqla, bütün Xəzər hövzəsi ölkələrin milli sektorlarındakı 
ehtiyatlar onların öz ərazisində qalırdı. Yalnız Azərbaycan öz 
zəngin Günəşli, Çıraq, Azəri və b. yataqlarından məhrum 
edilirdi.  
Sonrakı illərdə bu layihənin də keçmədiyini anlayan ruslar 
və iranlılar Xəzərin statusu ilə bağlı yeni-yeni müxtəlif ma-
nevrlər həyata keçirsə də, ciddi bir şeyə nail ola bilmədilər və 
sonda Azərbaycanın ədalətli və haqlı mövqeləri ilə barışmağa 
məcbur oldular.  
 1997-ci ilin dekabrında Rusiya, nəhayət ki, Azərbaycanın 
nümunəsinə uyğun olaraq, Xəzərin ona məxsus milli sektorun-
dakı neft-qaz yataqlarının öyrənilməsi və birgə  işlənilməsi 
haqqında beynəlxalq tender elan etdi. Bu faktı  həmin dövrdə 
tədqiqatçılar rəsmi Moskvanın “Xəzərin statusu müəyyən ola-
nadək, hər hansı birtərəfli addımların yolverilməzliyi” haqda 
 
ƏL İ  H ƏS ƏNOV  
 
60 
Rusiya-İran «cütlüyü»nün dəfələrlə  səsləndirdiyi  əsassız 
ideyalardan imtina etməsi kimi qiymətləndirdilər. 
Rusiyanın status fəaliyyətindəki üçüncü mərhələ, 1998-ci 
ildən başlanır və mütəxəssislər tərəfindən “konstruktiv yanaş-
ma” dövrü kimi dəyərləndirilir. Bu dövrdə faktiki olaraq Ru-
siya Azərbaycanın Xəzərdə reallaşdırdığı bütün layihələri 
rəsmi  şəkildə tanıyır və  həmin layihələrdən özünə pay almaq 
üçün rəqabət şəraitində fəaliyyət göstərməyə cəhd göstərir.
72 
 
1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezident-
lərinin Xəzərin statusu ilə bağlı  qəbul etdiyi “Birgə  Bəyanat” 
iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünmə-
sinə dair razılığa gəldiyini göstərirdi. Həmin ilin iyulunda isə 
Moskvada Rusiya ilə Qazaxıstan arasında «Xəzərin  Şimal 
hissəsinin dibinin bölünməsinə dair» Birgə Saziş imzalandı. 
Bundan bir qədər sonra Rusiya Azərbaycanla da Xəzərin dibi-
nin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında danı-
şıqlara başlayır və müvafiq sazişlərin hazırlanması tapşırığını 
verir ki, bu da faktiki olaraq “Xəzərin hüquq statusu” məsə-
ləsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündə-
mindən çıxarır.  
Rusiyanın mövqeyindəki status məsələsindəki konstruktiv 
dəyişikliklər, müvafiq olaraq dərhal Rusiya Azərbacan münasi-
bətlərinə öz müsbət təsirini göstərməyə başlayır ki, bu da bütün 
hövzəyə konstruktiv bir ovqat gətirir. Rusiya prezidenti 
V.Putinin 8-9 yanvar 2001-ci ildə Azərbaycana rəsmi dövlət 
səfəri çərçivəsində Azərbaycan prezidenti Heydər  Əliyevlə 
imzaladığı “Xəzər dənizində birgə  fəaliyyət” haqqında Bəya-
natda Azərbaycanın başlanğıcdan təklif etdiyi “Xəzərin orta 
                                                 
72
 Bax: Конопляник А.А. Каспийская нефть на Евразийском перекрестке. 
М., 1998, с.140. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə