Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə121/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   117   118   119   120   121   122   123   124   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



349

Gömrük xidmətində idarəetmə proseslərinin həllində elektron 

üsullardan geniş istifadə edilməsi; 

İdarəetmə proseslərinin informasiya təminatının təşkili; 

Xarici-iqtisadi  əməliyyatları  əks etdirən məlumatların operativ 

surətdə yığılması, mərkəzləşdirilmiş məlumat bazalarının yaradılması 

və onların təhlilinin aparılması; 

Azərbaycan Respublikasının dövlət və icra orqanlarının müvafiq 

məlumatlarla təmin edilməsi; 

Xarici ölkələrin mərkəzi gömrük orqanları ilə informasiya müba-

diləsinin təşkili. 

Azərbaycan Respublikası gömrük xidməti vahid avtomatlaşdırıl-

mış informasiya sisteminin yaradılması haqqında Fəaliyyət Proqra-

mında (2003-2012-ci illər) müvafiq olaraq səkkiz istiqamət üzrə işlər 

aparılmış və bu sahədə müxtəlif nailiyyətlər əldə olunmuşdur. 

Dövlət Gömrük Komitəsi səviyyəsində operativ idarəçilik prose-

sini təmin etmək üçün vahid korporativ şəbəkə yaradılmışdır. Körpo-

rativ şəbəkə gömrük sərhədini keçən və rəsmiləşdirilmiş yüklər barədə 

operativ məlumatların “On-line” rejimində Dövlət Gömrük Komitəsi-

nə göndərilməsini təmin edir. 

Dövlət Gömrük Komitəsinin siyasətində gömrük prosedurlarının 

şəffaflığı mühüm yer tutur. Bu məqsədlə “İnformasiya köşkləri” yara-

dılmış və 5 gömrük orqanında tətbiq olunmuşdur. Həmin “İnformasi-

ya köşkləri”ndə hüquqi-normativ aktlar, mallar üzrə gömrük tarifləri 

və xarici-iqtisadi əlaqələrin mal nomenklaturası yerləşdirilib. 

“İnformasiya köşkləri” “Gömrük rəsmiləşdirilməsi və nəzarətinin 

avtomatlaşdırılmış sistemi” ilə birbaşa birləşib və bunun nəticəsində 

hüquqi və fiziki şəxslər heç bir struktur bölməyə müraciət etmədən 

rəsmiləşdirmə barəsində məlumat ala bilərlər. Gömrük nəzarətini güc-

ləndirmək məqsədilə  sərhəd postlarında və  bəzi gömrükxanalarda 

video-müşahidə sistemlərinin tətbiqi nəticəsində sərhəddə yüklərə ba-

xış və rəsmiləşdirmənin müşahidəsinə imkan yaradılmışdır. 

Gömrük  əməkdaşları üçün avtomatlaşdırılmış  iş yerlərinin yara-

dılması istiqamətində çox böyük həcmli işlərin aparılması nəzərdə tu-

tulur. Bu istiqamətdə görülən işlər təbii ki, gələcəkdə yaradılan “elek-

tron poçt” və “elektron gömrük idarəsi”nin təməlini təşkil edəcək. Mal 

və nəqliyyat vasitələrinə fiziki baxışın avtomatlaşdırılması, avtomatik 

rejimdə yüklərin müşayiət edilməsi, normativ-sorğu sənədlərinin mə-

lumat bazarlarının yaradılması planlaşdırılır. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

350



Azərbaycan Respublikasının  İnkişafı Naminə  İnformasiya və 

Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya müvafiq ola-

raq Dövlət Gömrük Komitəsi “Elektron hökumət” prinsiplərinin həya-

ta keçirilməsi məqsədi ilə sənəd dövriyyəsini avtomatlaşdıran proqram 

təminatı yaradıb və gömrük xidmətində  tətbiq edib. Amma ən  əsas 

məqsəd “elektron poçt” və “elektron gömrük idarəsi”nin yaradılması-

dır. Eyni zamanda respublikanın icra orqanları arasında şəbəkə vasitə-

si ilə informasiya mübadiləsinin aparılması  və  təşkili qarşıda duran 

əsas problemlərdəndir. Azərbaycan Respublikası gömrük xidmətinin 

vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması haqqında 

Fəaliyyət Proqramı üzrə aparılan işlərin nəticəsi əsasında gömrük sər-

hədini keçən mallar və nəqliyyat vasitələrinə və gömrük idarələrində 

rəsmiləşdirilən yüklərə aid məlumatlar operativ surətdə korporativ şə-

bəkə vasitəsilə Dövlət Gömrük Komitəsinə daxil olur və onların əsa-

sında dörd məlumat bazaları yaradılır: “Sərhəd bazası”, “YGB əsasın-

da rəsmiləşdirilmiş yükləri əhatə edən baza”, “Tranzit yüklər bazası” 

və “Gömrük mədaxil orderləri  əsasında rəsmiləşdirilmiş yüklər ba-

zası”. Göstərilən məlumat bazalarından istifadə etməklə Dövlət Göm-

rük Komitəsində tam avtomatlaşdırılmış rejimdə xarici-iqtisadi əlaqə-

lər təhlil olunur və hər rüb üzrə “Azərbaycan Respublikası xarici tica-

rətinin gömrük statistikası” bülleteni tərtib olunur və yayılır. 

 

 



5. Azərbаycаndа gömrük–tаrif tənzimlənməsinin milli istеh-

sаlın inkişаfа təsirinin pеrspеktivləri 

Аzərbаycаnın  хаrici ticаrət  əlаqələrinin və  оnun gömrük–tаrif 

tənzimlənməsi sistеminin inkişafı dövrü müstəqillik illərinə  təsadüf 

edir. Müstəqillik illərində Аzərbаycаnın хаrici ticаrət əlаqələrinin cоğ-

rаfiyаsı nə qədər gеnişlənsə də, MDB məkаnı yеnə də ölkənin хаrici 

ticаrət dövriyyəsində mühüm yеr tuturlаr. 

Аzərbаycаnın xarici ticаrət dövriyyəsində MDB dövlətlərindən 

Rusiya Federasiyası, Ukrayna, Türkmənistan, Qazaxıstan, Gürcüstan, 

Belorusiya və Moldovаnın хüsusi çəkiləri böyükdür. Azərbaycan üçün 

mühüm xarici bazar ola biləcək Orta Asiya respublikaları ilə ticаrət-

iqtisadi əlаqələri hələ ki, zəifdir. 

Müstəqillik illərində  Аzərbаycаnın  хаrici ticаrət  əlаqələrindəki 

inkişаf mаl dövriyyəsinin dəyər həcminin ilbəil çохаlmаsı fiskаlyö-

nümlü iqtisаdi siyаsət sаyəsində yığılаn gömrük ödəmələrinin həcmi-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



351

nin аrtmаsı ilə nəticələnirli. Bu dövrdə gömrük vеrgi və rüsum lаrının 

həcmi аrtаn tеpmlə inkişаf еtmişdir. 

Müstəqilliyin birinci оnilliyi ərzində həttа iхrаc rüsumunun ləğv 

оlunmаsı bеlə gömrük ödənişlərinin həc minin аrtmаsınа əks təsir gös-

tərə bilməmişdir. Аksizli mаllаrın idхаlı və аksiz vеrgisinə cəlb оlun-

mаsı idхаl mаllаrının ilbəil əmtəə strukturunun gеnişlənməsinə gətirib 

çıхаrdı. 

1996-1999-cu illəri gömrük işində köklü dəyişikliklər dövrü kimi 

də qiymətləndirmək olar. Qanunvericilik bazasının formalaşdırılması 

ilə  nəzarətin və gömrük ödəmələrinin təkmilləşdirilməsi özünü res-

publika büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında gömrük 

orqanlarının payı ilə də göstərməkdə idi. Ümumi iqtisadi inkişaf nəti-

cəsində ilbəil kəskin surətdə artan dövlət büdcəsinin gəlirlər hissəsinin 

əmələ gəlməsindəki gömrük orqanlarının payının artması xarici ticarət 

dövriyyəsinin artması ilə yanaşı, bilavasitə gömrük dəyərinin  əmələ 

gəlməsinin əsas kriteriyalarının müəyyənləşdirilməsindən də asılı idi. 

1996-1999-cu illər xarici ticarət əlaqələrinin dünya standartlarına 

uyğun, fiskalyönümlü və milli iqtisadi inkişafı  nəzərdə tutan qanun-

vericilik bazasının yaradılması ilə  də bir təkmilləşdirilmə dövrüdür. 

İxraca qoyulan lisenziyalaşdırma və kvotalaşdırma maneələrinin ara-

dan götürülməsi nəticəsində ixrac əməliyyatları asanlaşdırılmaqla bu 

istiqamətə hüquqi və fiziki şəxslərin marağını artırmaqla yanaşı, an-

barlarda olan əvvəlki istehsal mallarının da rеаllаşdırılmаsınа  şərait 

yaratmışdır. 

Gömrük rəsmiləşdirilməsi prosesi, gömrük rejimləri, gömrük 

ödəmələrinin alınması və digər əməliyyatlara dair qanunvericilik akt-

larının qəbul olunması da bu dövrdə  həyata keçirilmişdir. 20 iyun 

1995-ci ildə "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qa-

nununun, 10 iyun 1997-ci ildə "Azərbaycan Respublikası Gömrük 

Məcəlləsi"nin və 27 oktyabr 1998-ci ildə "Azərbaycan Respublikası 

Dövlət Gömrük Komitəsi haqqında  Əsasnamənin" qəbul olunması 

gömrük qanunvericiliyinin formalaşdırılması üçün əsas qanunverici 

baza olmuşdur. Belə ki, bu qanunvericilik aktları Azərbaycanın göm-

rük qanunverici bazasının təməlini təşkil etməklə onun gələcək inkişaf 

istiqamətlərini də müəyyənləşdirirdi. 

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanıınu 

xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan tarifin 

formalaşdırılması  və  tətbiqi qaydalarını müəyyənləşdirməklə Azər-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə