AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
341
Odur ki, beynəlxalq təcrübədə qəbul olunmuş ƏDV modellərində belə
xidmətlərin ixracının mallarda olduğu kimi sıfır (0) dərəcəsi ilə ƏDV-
yə cəlb edilməsi, idxalının isə ümumi qaydada ƏDV-yə cəlb edilməsi
nəzərdə tutulur, yəni bu xidmətlər alıcının və ya istehlakçının olduğu
yerdə ƏDV-yə cəlb edilir. Son dövrlərdə elektron ticarət inkişaf etdiyi
bir vaxtda bu prinsipin tətbiqi zəruri hesab edilir .
Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, ölkə qanunvericili-
yi ilə ixrac oluna bilən xidmətlərin ixracının sıfır (0) dərəcəsi ilə ƏDV-
yə cəlb edilməsini nəzərdə tutur. Qalan digər hallarda isə Azərbaycan
Respublikasının ərazisində malların təqdim edilməsi, işlərin görülməsi,
xidmətlərin göstərilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir.
Qeyd etmək lazımdır ki, respublikamızın vergi qanunvericiliyinə
görə, aksiz vergisinin dərəcələri xüsusi(spesifik) və faiz(advalar) ola
bilər. Beynəlxalq təcrübədə belə bir fikir formalaşıb ki, advalar dərə-
cəsinin tətbiqinin əsas üstün cəhətlərindən biri, onun malların idxalı
prosesinin tənzimlənməsində çox təsirli bir vasitə olmasındadır. Eyni
zamanda bu dərəcələr idxal olunan malların dəyər ifadəsinin artmasına
paralel olaraq büdcə daxilolmalarının artmasına şərait yaradır. Lakin
qeyd etmək lazımdır ki, malların qiymətinin düşməsi daxilolmaların
azalmasına gətirib çıxara bilər. Eyni zamanda, qiymətlərin qalxması
daxilolmaların artmasına səbəb olur. Buradan aydındır ki, dünya baza-
rındakı iqtisadi dəyişkənliyin təsiri nəticəsində qabaqcadan proqnoz-
laşdırılmış büdcə gəlirlərinin artıb-azalması əslində məqbul sayılmır.
Xüsusi dərəcələrin tətbiqi zamanı isə daxilolmaların qiymətdən asılılı-
ğı ehtimalı aradan qalxır. Xüsusi dərəcələrin tətbiqi eyni zamanda id-
xal zamanı vergidən yayınma hallarının qarşısını almağa imkan verir.
Belə ki, bəzi hallarda idxal əməliyyatlarını aparan şəxslər ödəniləcək
aksiz məbləğini aşağı salmaq üçün malın dəyərini mümkün qədər mi-
nimum qiymətlə rəsmiləşdirirlər. Xüsusi dərəcələrin tətbiqi bu cür hal-
ların qarşısını almağa imkan verir. Lakin bu dərəcələrin tətbiqinin
mənfi xüsusiyyəti ondan ibarətdir ki, burada idxal olunan mallar ara-
sında keyfiyyət fərqi nəzərə alınmır. Odur ki, istər faiz (advalar), istər-
sə də xüsusi (spesifik) dərəcələrin tətbiqi zamanı bu və ya digər xüsu-
siyyətlərə diqqət yetirilməsi çox mühüm əhəmiyyət kəsb edir.
Mövcud qanunvericiliyə görə idxal olunan malların mal göndərən
tərəfindən müəyyən edilən qiyməti bazar qiymətlərindən fərqləndikdə
gömrük orqanlarının bazar qiymətləri nəzərə alınmaqla ƏDV-ni he-
sablamaq hüququ vardır. Həmin qiymətlərdən vergitutma məqsədləri
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
342
üçün istifadə edilir. Malları idxal edən vergi ödəyicisi həmin malları
malgöndərənin müəyyən etdiyi qiymətlə mədaxil edərək uçota alır.
Gömrük orqanlarının müəyyən etdiyi şərti bazar qiymətləri sonradan
həmin mallarla aparılan əməliyyatlarda vergi orqanları tərəfindən ba-
zar qiymətləri barədə bir mənbə kimi istifadə edilə bilər. ƏDV ödə-
yiciləri tərəfindən gömrük orqanlarına ödənilmiş ƏDV məbləği idxal
olunan mallardan sahibkarlıq məqsədləri üçün istifadə edildikdə Vergi
Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.
Ölkədə sahibkarlığın və regionların inkişaf etdirilməsi məqsədilə
xüsusi dövlət proqramlarının qəbul edilməsi, sahibkarlıq fəaliyyətinə
mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yönəldilən təd-
birlər Dövlət Gömrük Komitəsi tərəfindən də dəstəklənmiş və movcud
problemlərin aradan qaldırılması, xarici iqtisadi fəaliyyət iştirakçıları-
nın sağlam rəqabət şəraiti yaradılması üçün gömrük orqanlarının mo-
dernləşdirilməsi üzrə tədbirlər planına uyğun olaraq, spesifik rüsumla-
rın advalar rüsumlarla əvəz edilməsinin mərhələli qrafikinə əsasən ye-
rinə yetirilmişdir. Həmin qrafikin dördüncü mərhələsində spesifik rü-
sumların advalar rüsumlarla əvəz edilməsinə dair Nazirlər Kabinetinin
müvafiq Qərarı ilə daha 6 mal qrupu üzrə spesifik rüsumlar advalor
rüsumlarla dəyişdirilmişdir. Həmçinin istehsalı genişləndirmək və ix-
raca əlverişli şərait yaratmaq məqsədilə eyniadlı malların idxalına tət-
biq olunan gömrük tarif dərəcələrinə yenidən baxılması istiqamətində
işlər davam etdirilmişdir.
İxrac olunan malların gömrük dəyərinə nəzarəti gücləndirmək
üçün “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu
ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tət-
biqi qaydaları”na hökumətin müvafiq qərarı ilə dəyişikliklər və əlavə-
lər edilikdən sonra yerli gömrük orqanlarına metodiki köməklik məq-
sədilə beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublika-
sının gömrük ərazisinə idxal edilən və bu ərazidən çıxarılan malların
gömrük dəyərinin müəyyən edilməsi və gömrük orqanları tərəfindən
nəzarət prosesinin həyata keçirilməsi qaydaları” hazırlanmışdır.
Sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırıl-
ması, xarici-iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraiti
yaradılması üçün respublika gömrük orqanlarının modernləşdirilməsi
üzrə tədbirlər planına uyğun olaraq spesifik rüsumlar advalar rüsum-
larla əvəz olunmuşdur. Bununla yanaşı, istehsalı genişləndirmək və
ixraca əlverişli şərait yaratmaq məqsədi ilə eyniadlı malların idxalına