Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə129/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   125   126   127   128   129   130   131   132   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



373

Eyni zamanda ölkədə özəlləşdirmənin başlanğıcı, respublikada 

ixtisaslı kadrların olmadığı bir şəraitdə  həyata keçirilmişdir. Həmçi-

nin, bu dövrdə respublikada dövlət  əmlakının özəlləşdirilməsi üçün 

zəruri olan maliyyə ehtiyatları praktiki olaraq yox idi. 

1995-1998-ci illərdə Azərbaycan Respublikasında Dövlət mülkiy-

yətinin özəlləşdirilməsinin birinci Proqramı qəbul edildi və 1120 saylı 

29 sentyabr l995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 

təsdiq edildi. Bu proqramda özəlləşdirmənin müddəti və  mərhələləri, 

məqsədləri, əsas vəzifələri, prioritetləri, özəlləşdirilən müəssisə və ob-

yektlərin təsnifatı, onların səhmdar cəmiyyətə çevrilmələri, səhmləşdir-

mənin konkret variantları, özəlləşdirmədən daxil olan vəsaitlərin istifa-

də qaydaları, özəlləşdirmə çeklərinin verilmə şərtləri və miqdarı, onlar-

dan istifadə qaydaları və s. məsələlər öz əksini tapmışdır. 

Birinci dövlət proqramına uyğun olaraq, 1996-cı ilin avqust ayı-

nın 1-dən oktyabr ayının 1-dək respublika əhalisinə 32 mln. çek və ya 

8 mln. özəlləşdirmə payı paylanılmışdır. Birinci özəlləşdirmə proqra-

mının 29 sentyabr 1995-ci il tarixli Qanun ilə təsdiq olunmasına bax-

mayaraq, kiçik müəssisələrin kütləvi özəlləşdirilməsi ölkədə 26 mart 

1996-cı ildə yanacaqdoldurma stansiyalarından (YDS-dən) başlandı. 

Həmin gün respublikada fəaliyyətdə olan 696, o cümlədən Bakıda 156 

YDS-dən 5-nin satışı üzrə ilk auksion keçirildi. Dövlət mülkiyyətinin 

özəlləşdiriməsi Proqramında isə 25000 kiçik müəssisə və obyektlərin 

özəlləşdirilməsi nəzərdə tutulmuşdur. 1999-cu ilin əvvəlində faktiki 

olaraq, 20 mindən çox müəssisə və obyekt özəlləşdirilmişdir. 

Orta və iri müəssisələrin özəlləşdirilməsinə gəldikdə isə özəlləş-

dirmənin Dövlət Proqramına uyğun olaraq, özəlləşdirməyə 4500 orta 

və iri müəssisə cəlb olunmuşdur. Lakin Proqramda göstərildiyi kimi, 

özəlləşdirilən orta və iri müəssisələr  əvvəlcə  səhmdar cəmiyyətinə 

çevrilirlər. Yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin bir hissəsi 

cəmiyyətin işçilərinə qapalı abunə üzrə, qalan hissə isə çek və pul auk-

sionlarında satılır. 

Beləliklə, Birinci Proqram ilə Azərbaycan Respublikasında keçi-

rilən dövlət mülkiyyətinin özəlləşdirilməsinin ilkin mərhələsi başa çat-

dı. Onun ardınca ikinci özəlləşdirmə proqramı  çərçivəsində ölkədə 

əsasən rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika 

kompleksinin müəssisələri özəlləşməyə açılmağa başladı. Qeyd edilən 

proqram indi də özünün reallaşma mərhələsindədir. 

 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

374



Qeyd etmək lazımdır ki, 1995-2008-ci illər arasında qiymətli ka-

ğızlar bazarının fəaliyyəti və  tənzimlənməsi istiqamətində  fəaliyyət 

davam etdirilmiş, institusional təminatın yaxşılaşdırılması yönümündə 

müəyyən irəliləyişlər  əldə olunmuş, Bakı Fond Birjası yaradılmış, 

Milli Depozit Mərkəzi yenidən təşkil edilmişdir. Azərbaycan Respub-

likasında qiymətli kağızlar bazarının əsas inkişaf istiqamətləri qiymət-

li kağızlar bazarının inkişafı Proqramında (bu proqram QKDK tərəfin-

dən 7 avqust 2000-ci ildə təsdiq edilmişdir) müəyyən edilib. Proqram-

da  əsas diqqət qiymətli kağızlar bazarının  əsasını  təşkil edən infra-

strukturun yaradılmasına yönəlib. Burada həmçinin normativ-hüquqi 

aktların hazırlanması, onları beynəlxalq standartlara uyğun olması və 

qiymətli kağızlar bazarının professional iştirakçılarının (brokerlərin, 

dilerlərin, depozitar mərkəzlərin, fond birjalarının və s.) fəallaşdırıl-

ması nəzərə alınıb. 

Hal-hazırda qiymətli kağızlar bazarının inkişafı üçün Qiymətli 

Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən broker fəaliyyətinə 

16 lisenziya verilib. Bundan başqa, diler fəaliyyətinə - 15, depozitar 

fəaliyyətinə - 3, reyestr aparmaq fəaliyyətinə - 2, klirinq və birja fə-

aliyyətinə - 2 lisenziya verilmişdir. 

Buna baxmayaraq, qeyd etmək lazımdır ki, Azərbaycan Respubli-

kasında qiymətli kağızlar bazarı  hələ ilk mərhələdədir. Onu bu gün 

dörd sektora bölmək olar: dövlət qiymətli kağızlar bazarı, veksellər və 

borc öhdəlikləri bazarı, opsion və özəlləşdirmə payları bazarı, korpo-

rativ qiymətli kağızlar bazarı. Lakin fond bazarının  ən inkişaf etmiş 

seqmentlərindən (onun təşkil olunması baxımından) biri - dövlət qiy-

mətli istiqraz vərəqələri (DQİV) ilə səciyyələndirilir. 

Hal-hazırda, Azərbaycanda qiymətli kağızlar bazarı təkcə DQİV 

ilə xarakterizə olunmur, həmçinin digər qiymətli kağızlarla da, o cüm-

lədən Daxili Uduşlu  İstiqraz Vərəqələri ilə (DUİV) də  səciyyələnir. 

Belə ki, dövlət illər boyu əhalidən DUİV vasitəsilə borc pul götürməyi 

özü üçün əlverişli hesab etmişdir. Lakin bu əhali üçün vəsaitlərin əlve-

rişli yerləşdirilməsinə çevrilməmişdir. 

1993-cü ildə DUİV-nin heç də  uğurlu olmayan buraxılışı buna 

əyani sübutdur. O vaxt dövlət DUİV-i 10 il müddətinə 3.5 mird. manat 

dəyərində buraxmışdır, yəni 2002-ci ilə qədər ümumi buraxılış məblə-

ğindən uduş fondu 15% təşkil etməli idi. Onların nominal qiyməti 

250, 500 və 1000 manat arasında diferensasiya edilmişdir. 

 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



375

90-cı illərin ortalarında müşahidə olunan inflyasiya prosesi ilə 

əlaqədar istiqrazlar üzrə illik faiz əvvəlcə müəyyən olunmuş 9% həc-

mindən 15%-ə qədər artırılmış, sonradan bu rəqəm 33%-ə çatmışdır. 

Daha sonralar, yəni 2001-ci ildən etibarən dövriyyəyə yeni 

DUİV-lər (onillik) buraxıldı. Qeyd etmək lazımdır ki, bu istiqrazların 

ümumi, uduş məbləği əvvəlkilərdən fərqli olaraq ilk 12% dərəcəsində 

planlaşdırılmış və bu istiqrazların 40%-i uduşlu hesab edilmişdir. 

Qeyd etmək lazımdır ki, son dövrlər ölkənin qiymətli kağızlar ba-

zarında dövlət istiqrazları ilə paralel olaraq bir sıra kommersiya struk-

turlarının istiqrazları da buraxılır ki, bu da ölkədə qiymətli kağızlar 

bazarnın müasir dünya tələbləri çərçivəsində formalaşmasına və inki-

şaf etməsinə xidmət edir. 

 

Azərbaycanda qiymətli kağızlar bazarının göstəriciləri 

 

2014-cü il 

Yanvar-Noyabr 

2013-cü il Yanvar-

Noyabr 

Qiymətli kağızların 

növləri 

Əqd-

lərin 

sayı 

Məbləğ 

(AZN) 

Əqd-

lərin 

sayı 

Məbləğ 

(AZN) 

Məbləğ 

üzrə 

fərq 

(%) 

Korporativ qiymətli 

kağızlar 

2 575 


1 857 354 820 

2 049 


449 647 540 

4,1 dəfə 

Səhmlər 

2 418 


733 307 936 

1 948 


206 511 905 

3,6 dəfə 

Səhmlər (ilkin bazar) 

535 


719 397 980 

157 


154 570 589 

4,7 dəfə 

Səhmlər (təkrar bazar) 

1 883 


13 909 956 

1 791 


51 941 316 

-73% 


Korporativ istiqrazlar 

157 


1 124 046 885 

101 


243 135 634 

4,6 dəfə 

Korporativ istiqrazlar – 

AZN (ilkin bazar) 

41 

64 982 940 



41 

137 167 836 

-53% 

Korporativ istiqrazlar - 



USD (ilkin bazar) 

728 867 503 



27 854 297 

Korporativ istiqrazlar - 



EUR (ilkin bazar) 

- - -  -  - 

Korporativ istiqrazlar – 

AZN (təkrar bazar) 

114 

330 196 441 



58 

78 113 501 

4,2 dəfə 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə