Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə128/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   124   125   126   127   128   129   130   131   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

370



gər valyutalar baxımından yüksəlir.  İdxal edilən malların qiymətləri 

isə yerli valyuta baxımından ucuzlaşır. Bu isə o deməkdir ki, ixrac 

daha bahalı, idxal isə daha ucuz olur. Belə hal öz növbəsində, ölkədə 

istehsal edilən malların daxili və xarici bazarda rəqabət qabiliyyətinin 

azalmasının göstəricisidir. Belə vəziyyətin yaranması isə ölkə daxilin-

də istehsal edilən mallara müxtəlif cür təsir göstərə bilər. Belə ki, aşa-

ğı məhsuldarlıqla istehsal edilən və çox aşağı mənfəət səviyyəsinə ma-

lik olan mallar daxili və xarici ucuz mallarla rəqabətə girə bilməyəcək, 

qiymətini aşağı saldıqda isə gəlir səviyyəsi aşağı enəcək və nəticə eti-

barilə ziyanlı olacaqdır. Son nəticədə isə belə malların istehsalı ya aza-

la bilər, ya da tamamilə dayandırıla bilər. Məhz bu mənada mübadilə 

məzənnəsinin dəyişməsi makroiqtisadi səviyyədə rəqabətliliyin göstə-

ricisi kimi çıxış edir. 

Manatın məzənnəsi ilə bağlı xronoloji ardıcıllıqla apardığımız 

araşdırmalar göstərir ki, proseslərin ilkin başlanğıcında (1994-cü il) 

dollara münasibətdə 12 dəfə, cəmi bir il sonra – 1995-ci ildə 3,6% de-

valvasiya baş vermişdir. 1996-cı ildən etibarən manatın bahalaşması 

müşahidə edilməkdədir. Sabitləşdirici tempi saxlamaq məqsədi ilə 

1998-ci ildən etibarən milli valyutanın – manatın məzənnə siyasəti 

qlobal iqtisadi proseslərdə müşahidə edilən meyil və təmayüllərə isti-

nadla formalaşdırılmağa başlamışdır. Belə bir faktı göstərmək lazım-

dır ki, 2015-ci ilin əvvəlində isə Azərbaycanda manatın dəyərinin kəs-

kin şəkildə aşağı düşməsi baş verdi ki, bu da öz güclü təsirini göstərdi. 

Bu baxımdan milli valyutanın məzənnəsinin sabitləşdirilməsi yö-

nümündə proqram xarakterli tədbirlər kompleksi həyata keçirilməyə 

başlandı. Bununla əlaqədar olaraq, Mərkəzi Bank və Bakı Banklarara-

sı Valyuta Birjasının valyuta müdaxilələri azalmağa başladı. 

Qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycanın birjalarında tə-

ləb və  təklifdən asılı olaraq milli valyutanın sərbəst məzənnəsi müəy-

yənləşir, eyni zamanda manatın rəsmi məzənnəsinin heç bir xarici val-

yutaya və valyuta səbətinə istinad etmədən birbaşa kotirovkası aparılır. 

Son dövrün hadisələri göstərir ki, son dövrlərdə Mərkəzi Bankın 

apardığı valyuta siyasətinin məntiqi nəticəsi olaraq manata olan etiba-

rın dərəcəsi hissediləcək dərəcədə azalmışdır. 

Beləliklə, real valyuta məzənnəsi və real məzənnə siyasətinin birmə-

nalı olaraq umumiqtisadi konyunkturada və dövlət büdcəsinin məcmu gə-

lirlərində əks olunduğunu, eyni zamanda, “Holland xəstəliyinin” real mə-

zənnə ilə büdcənin gəlir və xərcləri arasındakı əlaqədən “qidalandığını” 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



371

nəzərə alsaq, onda belə bir qənaətə gələ bilərik ki, real məzənnənin aşağı 

salınması qeyri-neft sektorunun inkişafına, onun həm ölkədaxili, həm də 

xarici iqtisadi məkanda rəqabətqabiliyyətliliyinin yüksəlməsinə müsbət 

təsir göstərməklə, gəlir vergilərinin və  ƏDV-nin artımı hesabına dövlət 

büdcəsinin gəlirlərinin çoxalmasına şərait yaradacaqdır. 

Respublikada maliyyə bazarının normal fəaliyyət göstərməsində 

qiymətli kağızlar bazarı mühüm rol oynayır. 

Qiymətli kağızlar bazarı kapitalın təmərküzləşməsi və mərkəzləş-

dirilməsini də əhatə etməklə kapital yığımının gerçəkləşməsini, onun 

artımını, ümumiyyətlə, mövcud kapital resurslarının tam şəkildə iqti-

sadi dövriyyəyə daxil edilməsi və ayrı-ayrı fəaliyyət sferaları üzrə bö-

lüşdürülməsini təmin eməklə ölkə iqtisadiyyatının sabitqədəmli, pro-

porsional (zərər-mənfəət qarşılaşdırılması aspektindən) inkişafına  əl-

verişli şərait yaradır. Ölkədə, müəyyən sferalarda sərbəst pul vəsaitlə-

rinin mövcudluğu ilə paralel olaraq digər sferalarda vəsait çatışmazlığı 

natarazlığının aradan qaldırılmasında qiymətli kağızlar bazarı mühüm 

rol oynayır. Başqa sözlə, qiymətli kağızlar bazarı dövlət büdcəsi və 

banklarla birlikdə maliyyələşmə mənbəyi kimi çıxış edir. 

Azərbaycan Respublikasında qiymətli kağızlar bazarı, peşəkarlar 

zümrəsinin zəif inkişaf etməsi,  ənənələrin və sabit iş metodlarının 

təzə-təzə təşəkkül tapmağa başlaması səbəbindən qiymətli kağızlar ba-

zarının idarəedici yarımsistemində  əsas rolu oynayırdı. Ölkədə qiy-

mətli kağızlar bazarının baş  əlaqələndirici orqanı kimi Qiymətli Ka-

ğızlar üzrə Dövlət Komitəsi (QKDK) müəyyən edilmişdir (Azərbay-

can Respublikası Prezidentinin 26 iyun 1999-cu il tarixli Fərmanına 

əsasən). Prezidentin Fərmanına əsasən, bu komitə qiymətli kağızlarla 

fəaliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarında, digər 

mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə münasibətdə üstün səla-

hiyyətə malikdir və bu sahədə onların fəaliyyəti üzərində nəzarəti hə-

yata keçirir. 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlarla fə-

aliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarında dövlət siya-

sətinin işlənib hazırlanmasını və onun həyata keçirilməsini, dövlət ida-

rəetməsini və  tənzimlənməsini, nəzarətin təmin edilməsini, qiymətli 

kağızlar bazarının təşkili və inkişaf etdirilməsini, əlverişli investisiya 

mühitinin yaradılmasını, qiymətli kağızlar bazarında emitentlərin, pe-

şəkar iştirakçıların, fond birjalarının fəaliyyəti üzərində  nəzarətin tə-

min edilməsini həyata keçirir. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

372



Bundan başqa, qiymətlı kağızlar bazarında sağlam rəqabət mühi-

tinin yaradılması  və qiymətli kağızlar bazarının iştirakçılarının, o 

cümlədən investorların, səhmdarların və digər qiymətli kağızların sa-

hiblərinin hüquqlarının müdafiəsini təmin edir. 

QKDK ilə paralel olaraq, Azərbaycan Respublikasında qiymətli 

kağızlar bazarının tənzimlənməsi prosesində ölkənin Mərkəzi Bankı 

da yaxından iştirak edir. Belə ki, Mərkəzi Bank (MB) kommersiya 

banklarına qiymətli kağızlar bazarında fəaliyyət hüququ verir və bu 

fəaliyyətə  nəzarət edir. Həmçinin MB dövlət qiymətli kağızlarının 

yerləşdirilməsi üzrə baş agent kimi çıxış edir. Amma ölkədə bu qiy-

mətli kağızların buraxılışına, tam həcmdə və vaxtında geri alınmasına 

görə  məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. Bundan əlavə, 

qeyd edək ki, bələdiyyə qiymətli kağızlarının buraxılışı haqqında qə-

rar "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının 

Qanununa və  bələdiyyələrin nizamnamələrinə müvafiq qəbul olunur, 

buraxılışın tənzimlənməsi isə QKDK tərəfindən həyata keçirilir. 

Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının dövlət 

tənzimlənməsindən danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, 

bu tənzimlənmə dünya təcrübəsinə oxşardır. Belə ki, bizim respublika-

da da qiymətli kağızlar bazarının dövlət tənzimiənməsi: a) xüsusi nor-

mativ-hüquqi aktların hazırlanması və həyata keçirilməsi; b) standart-

ların, xüsusi tələblərin hazırlanması  və c) əsas qaydaların nizamlan-

ması  və bazar iştirakçıları  tərəfindən mövcud qanunvericiliyə riayət 

olunmasına nəzarət etmək kimi əsas məsələləri özündə cəmləyir. La-

kin məsələyə daha detallı yanaşdıqda aydın olur ki, ölkəmizdə hal-ha-

zırda mövcud olan normativ-hüquqi baza nə kəmiyyət, və də keyfiyyət 

baxımından mütərəqqi dünya təcrübəsi ilə bir sıraya gəlmək iqtidarın-

da deyildir. 

Aydındır ki, hər bir cəmiyyətdə qiymətli kağızlar bazarının xüsusi 

dövlət orqanları vasitəsilə tənzimləməsi ilə paralel olaraq, həmin bazarın 

özünütənzimləmə təşkilatları da olur. Bu cür təşkilatların respublikamız-

da xarakteristikası öz rəsmi  əksini "Qiymətli kağızlar haqqında" Azər-

baycan Respublikasının Qanununda (maddə 4) tapmış və sonralar, daha 

dəqiq desək, 24 mart 2000-ci ildə QKDK tərəfindən "Qiymətli kağızlar 

bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatlarının 

fəailyyəti qaydaları" qəbul olunmuşdur. Lakin bütün bu qeyd edilənlərə 

baxmayaraq, indiyə kimi Azərbaycan Respublikasında qiymətli kağızlar 

bazarı sistemində özünütənzimləmə təşkilatları fəallaşmamışdır. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə