Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə125/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   121   122   123   124   125   126   127   128   ...   184

 

361


 

 

VIII FƏSİL 

 

 

AZƏRBAYCANIN MALİYYƏ BAZARI VƏ ONUN İNKİŞAFI 

 

“Azərbaycan dünyada sabitlik ada-

sıdıdr, inkişaf məkanıdır” 

 

İlham Əliyev 

 

1. Azərbaycanda maliyyə bazarının formalaşması. 

Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasında maliy-

yə bazarı xeyli inkişaf etmişdir. Belə ki, respublikada bazar infrastruk-

tur kompleksi içərisində ən inkişaf edən bazarlardan biri maliyyə ba-

zarıdır. Bazar münasibətləri şəraitində aktiv maliyyə resurslarına sahib 

olan hüquqi və fiziki şəxslər öz sərbəst maliyyə  vəsaitlərini  əlverişli 

şərtlərlə müxtəlif kommersiya institutları  və maliyyə  şəbəkələrində 

yerləşdirməyə, daha yüksək dividendlərin  əldə edilməsinə çalışırlar. 

Belə bir şəraitdə kreditor və pul vəsaitlərinə ehtiyacı olan tərəflər va-

sitəçilərin xidmətindən istifadə edərək maliyyə bazarlarında təmaslar 

qururlar. Deyilənlər bir daha bunu təsdiq edir ki, maliyyə bazarının 

əsas funksiyası hüquqi və fiziki şəxslərdə dövriyyədənkənar, azad pul 

vasitələrini təkrar dövriyyəyə  cəlb etməkdən ibarətdir. Bütün bunlar 

nəticəsində  cəmiyyətin aktivləri istehsal prosesinə, xidmət sahələrinə 

və iqtisadi inkişafa yönəldilir. Göstərilən istiqamətlərdə həyata keçiri-

lən məqsədyönlü tədbirlər nəticəsində ölkədə  iş yerlərinin artması, 

büdcəyə  əlavə  vəsaitlərin daxil olması baş verəcəkdir.  Əgər iqtisadi 

aktivlər dövriyyədə tam iştirak etməzsə, iqtisadiyyatın müxtəlif sahə-

lərində pul qıtlığı müşahidə edilə bilər, müvafiq olaraq ölkənin mər-

kəzi bankı dövriyyəyə  əlavə emissiyalar buraxacaqdır. Nəticədə, in-

flyasiya müşahidə olunacaq, makroiqtisadi göstəricilər aşağı düşəcək, 

bütünlükdə əlverişsiz iqtisadi situasiya yaranacaqdır. Göründüyü kimi, 

maliyyə bazarı əmanətlərin daha çox cəlb edildiyi, yüksək investisiya 

yatırımlarının çox olduğu ölkələrdə inkişaf edir. 

Maliyyə bazarına sərbəst pul kütləsinin cəlb edilməsi üçün ölkə 

vətəndaşlarının inamı qazanılmalıdır, vətəndaş müxtəlif yatırımlar 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

362



edərkən  əmanətlərini istər investisiyalar, istərsə  də depozitlər forma-

sında kassalara qoyduqda həmin vəsaitlərin müəyyən vaxtdan sonra 

geriyə qaytarılacağı  və  mənfəət gətirəcəyi barədə inamı olmalıdır. 

Azərbaycan hökuməti bu istiqamətdə xeyli işlər görərək müvafiq nor-

mativ hüquqi baza yaratmışdır. Qəbul edilmiş hökumət qərarları içəri-

sində aşağıdakıları göstərmək olar: 

“Azərbaycan Respublikasında mülkiyyət haqqında”, “Müəssisə-

lər haqqında”, “Banklar haqqında”, “Səhmdar cəmiyyətlər haqqında”, 

“Xarici investisiyaların müdafiəsi haqqında”, “Sahibkarlıq fəaliyyəti 

haqqında”, “İnvestisiya fəaliyyəti”, “Qiymətli kağızlar haqqında”, 

“Valyuta tənzimlənməsi haqqında”, “Sığorta haqqında”, “Girov haq-

qında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunları və həmçinin 

respublikada maliyyə bazarının inkişaf etdirilməsi üçün Nazirlər Kabi-

netinin bir sıra qərarlarını göstərmək olar. Yuxarıda göstərilən qanun 

və qərarların dünyada baş verən proseslərə adekvat olması üçün daimi 

olaraq təkmilləşdirilməlidir. 

Ümumiyyətlə, müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan 

Respublikasında dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma en-

dirilməsi istiqamətində intensiv fəaliyyət həyata keçirilmişdir. Bir çox 

təsərrüfat subyektləri, müəssisələrin  əksəriyyəti,  şirkət və  təşkilatlar 

sərbəst olaraq özləri maliyyə  vəsaitlərini axtarırlar. Bütün bunlar isə 

öz növbəsində maliyyə bazarının inkişaf etməsinə ciddi təkan vermiş-

dir. Çünki resurslara olan tələblərin qarşılanmasının bazar mexanizm-

ləri ilə təminatı özü-özlüyündə maliyyə bazarının başlıca formalaşma 

səbəblərindən biri kimi çıxış edir. Hüquqi və fiziki şəxslər bank və di-

gər maliyyə institutlarına öz vəsaitlərini borc vəsaiti kimi verməyə 

başladılar ki, sonradan həmin vəsaitlərin bank və digər maliyyə  təsi-

satları vasitəsi ilə  cəmlənərək kreditlərə ehtiyacı olan digər subyekt-

lərə verilməsinə başlanıldı. Təbiidir ki, bütün bu əməliyyatlar müəy-

yən şərtlərlə, maliyyə resurslarına olan tələblərin təmin olunması qar-

şılığında müəyyən mənfəətlərin əldə edilməsinə istiqamətlənmişdir. 

Maliyyə bazarları müəyyən iqtisadi mexanizmlərlə  tənzimlən-

məzsə bütün bunlar adı çəkilən bazarda neqativ təmayüllərin müşahi-

də olunmasına gətirib çıxara bilər. Bir çox analitiklər müstəqilliyin ilk 

illərində Azərbaycanda qiymətli kağızlar bazarında yaşanan böhranın, 

həmçinin adı çəkilən bazarın lazımı səviyyədə inkişaf edə bilməməsi-

nin səbəblərini məhz bununla izah edirlər. Bu isə  hər  şeydən öncə, 

Milli Bankın səmərəli pul-kredit siyasətinin həyata keçirməsinə əngəl 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



363

olurdu və Milli Bank respublikada pul-kredit siyasətinin həyata ke-

çirilməsində açıq bazar əməliyyatlarına üstünlük verməli olmuşdur. 

Belə ki, açıq bazar əməliyyatı dövlət qiymətli kağızların kommersiya 

banklarına və əhaliyə alınılıb satılması ilə həyata keçirilir. İnkişaf et-

miş dövlətlərin təcrübəsindən də məlumdur ki, dövlətin maliyyə baza-

rına müdaxiləsi olduqca məhdud hüdudlarda həyata keçirilir. Görün-

düyü kimi, maliyyə bazarı özünün ilkin təsəvvürlərindən daha geniş 

anlayışdır. Maliyyə bazarı  təkcə iqtisadiyyatın maliyyələşdirmə as-

pektlərini deyil, həmçinin, kredit, borc, valyuta, qiymətli kağızlarla al-

qı-satqı və digər münasibətlər sistemini də özündə əks etdirir. Maliyyə 

bazarının strukturu bir-biri illə sıx və qarşılıqlı əlaqədə olan üç bazarın 

inkişaf səviyyəsindən asılıdır. 

Azərbaycan Respublikası Milli Bankının hesabatlarında da maliy-

yə bazarı üç hissədən ibarət, 1) kredit, 2) valyuta, 3) qiymətli kağızlar 

bazarı kimi xarakterizə edilir. Ancaq deyilənlərlə yanaşı, maliyyə ba-

zarının strukturuna qızıl bazarı da əlavə olunmalıdır. Çünki qızıl, eyni 

zamanda ehtiyat valyuta kimi yığım vasitəsidir, bir çox ölkələrdə 

banklar, bəzi maliyyə institutları qızıldan girov vasitəsi kimi də istifa-

də edirlər. Məhz bu səbəbdən də maliyyə vəsaitlərinin hərəkətinə nə-

zarət edilməsi üçün qızıl bazarı da maliyyə bazarının seqmenti kimi 

təqdim olunmalıdır. 

Qeyd etmək lazımdır ki, müasir dövrdə, bazar iqtisadiyyatı  şə-

raitində maliyyə şirkətləri, iş adamları və hətta bəzən hökumətlər ma-

liyyə bazarları vasitəsi ilə  tələb olunan resurslarla təmin edilirlər. 

Məhz bu səbəbdən də maliyyə bazarları cəmiyyətdə pul kütləsinin, bü-

tünlükdə maliyyə resurslarının bölgüsü və təkrar bölgüsünü həyata ke-

çirir, pul kütləsinin bolluğu və qıtlığı kimi maliyyə resursları dispro-

porsiyaların aradan qaldırılmasına xidmət edir. Müvafiq olaraq maliy-

yə bazarının mahiyyətinin daha ətraflı  nəzərdən keçirilməsi zərurəti 

hiss olunur. Bunun üçün isə maliyyə bazarının tərkib hissələri bir qə-

dər daha ətraflı nəzərdən keçirilməlidir. 

Müasir dövrdə maliyyə bazarı xeyli genişlənmişdir, bunun əsas 

səbəbi isə kredit ehtiyatlarının satılmasıdır. Göstərilən fakt isə öz növbə-

sində, kredit bazarının bəzi hallarda müstəqil bazar kimi çıxış etməsinə 

səbəb olmuşdur və bu sahədə banklar fəaliyyət göstərirlər. Qeyd etmək 

lazımdır ki, kredit bazarı maliyyə bazarının mühüm tərkib hissəsi olması-

na baxmayaraq yaranmış şərait iqtisadi ədəbiyyatlarda maliyyə bazarının 

strukturu ilə əlaqədar fikir ayrılıqlarını daha da dərinləşdirmişdir. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə