Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə127/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   123   124   125   126   127   128   129   130   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



367

Rəqəmlərdən də göründüyü kimi. inkişaf etmiş dövlətlərlə müqa-

yisədə respublikamızda qiymətli kağızlar bazarının hələ kifayət qədər 

inkişaf etməməsini əyani olaraq müşahidə etmək mümkündür. Belə ki, 

bazar münasibətlərinin üfüqi və şaquli istiqamətlərdə daha da dərinləş-

məsi üçün hər şeydən öncə qiymətli kağızlar bazarının inkişafına xü-

susi diqqət yetrilməlidir. Bunun üçün, ilk növbədə, istehsal sahələrini 

əhatə edən səhmdar cəmiyyətlərinin yaradılaraq, məqsədyönlü şəkildə 

onların fəaliyyətlərinə  nəzarət artırılmalıdır. Digər tərəfdən nəzərə 

almaq lazımdır ki, yaddan çıxarmaq qloballaşma şəraitində beynəlxalq 

şirkətlərin, transmilli korporasiyaların Azərbaycan iqtisadiyyatına get-

dikcə daha çox nüfuz etmək istəyi və meylləri güclənməkdədir. Belə 

bir şəraitdə ən münasib variant kimi həmin şirkətlərin bəlli səviyyə və 

ölçülərdə respublika iqtisadiyyatına təsir göstərə bilmələrinə yol verilə 

bilər. Bütün bunlar bir şərtlə  məqbul sayıla bilər ki, həmin təsirlər 

əvvəlcədən müəyyənləşdirilmiş hüdud və  səviyyələrdən kənara çıx-

masın və ancaq respublikada iqtisadi inkişaf proseslərinin getdikcə vü-

sətlənməsinə xidmət etsin. Birmənalı olaraq demək lazımdır ki, Azər-

baycan Respublikasında iqtisadi inkişaf və istehsal proseslərinə milli 

nəzarətin itirilməsinə heç bir vəchlə yol vermək olmaz. Nəzərə almaq 

lazımdır ki, xarici kapital getdikcə daha çox respublikada neft səna-

yesinə nüfuz edə bilmək əzmini nümayiş etdirir. 

Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü iqti-

sadi siyasət nəticəsində qeyd edilən real təhlükələr aradan qaldırılmış, 

milli iqtisadiyyatın xarici kapitaldan asılılığına yol verilməməsi üçün 

Azərbaycan hökuməti aparıcı istehsal sahələrində və o cümlədən ölkə 

iqtisadiyyatının strateji sahələri üzrə səhm paketlərinə nəzarət hüququ-

nu saxlamağa müvəffəq olmuşdur. 

Müasir dövrdə maliyyə bazarının alət və mexanizmləri vasitəsi ilə 

istehsal sahəsi ilə yanaşı, emal və xidmət sahələrində ciddi təsir gös-

tərmək mümkündür. Nümunə üçün qeyd etmək olar ki, ən gəlirli sahə-

lərdən hesab edilən turizm, sanatoriya-kurort və bir sıra digər xidmət 

sahələrində işgüzar fəallığın artırılması üçün maliyyə vəsaitlərinə olan 

ehtiyacların məhz maliyyə bazarında təkrar dövriyyədə olan vəsaitlər 

hesabına təmin edilməsi hər kəsə məlumdur. İqtisadi inkiºaf proseslə-

rinin bir qədər ləng getdiyi ölkələrdə kreditlər və investisiyalar hər 

şeydən öncə prioritet sahələrə yönəldilir. 

Faktların təhlil edilməsi əsasında müşahidə olunmuşdur ki, 2012-

ci ildə kommersiya bankları ticarət və xidmət sektoruna ümumi dəyəri 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

368



1194,0 milyon manat həcmində kredit vermişdir və təxmini olaraq bu 

göstərici bankların verdikləri ümumi kreditlərini 25,5 %-ni təşkil et-

mişdir. 

Bank sistemi və maliyyə bazarının inkişaf etdirilməsi, onların iq-

tisadiyyatın canlandırılmasına getdikcə daha çox xidmət edə bilməsi 

üçün kapitalın və istehsal faktorlarının təmərküzləşməsinə ehtiyac var-

dır. Bunun üçün isə hər şeydən öncə, bazar iqtisadiyyatı münasibətlə-

rinə keçid dövrünün erkən mərhələlərində yaradılan xırda bankların və 

istehsal müəssisələrinin daha iri maliyyə və istehsal təşkilatlarında bir-

ləşərək fəaliyyət göstərməsinə ehtiyac yaranmışdır. Çünki maliyyə ka-

pitalının təmərküzləşməsi daha iri layihələrin reallaşdırılması üçün 

maliyyə resurslarına olan tələbi qarşılaya bilər. Digər tərəfdən isə is-

tehsal sahələri üzrə ancaq iri və güclü səhmdar şirkətlər qrupu qiymət-

li kağızlar bazarında emitentlər kimi çıxış edə bilərlər. 

 

 

2. Azərbaycanin maliyyə bazarinin müasir vəziyyəti və onun 



qiymətləndirilməsi 

Ölkədə aparılan uğurlu islahatların umdə vəzifəsi ölkədə maliyyə 

sabitliyinin yaranmasıdır. Bu işdə valyuta bazarının normal fəaliyyəti 

mühüm rol oynayır. Belə ki, qloballaşma prosesinin daha da dərinləş-

məsi, qlobal iqtisadi situasiyanın dayanıqlılıq probleminin mövcudlu-

ğu və ölkələrarası qarşılıqlı asılılığın güclənməsi, onsuz da dinamik 

xarakter daşıyan valyuta bazarının konyunktur problemlərini zaman-

zaman kəskinləşdirməkdədir. Eyni zamanda, valyuta ilə bağlı məsələ-

lərin dayanıqlılıq müstəvisində sistemli həlli baxımından güdülən stra-

teji məqsəd, siyasətin əsas konturları və istiqamətləri konkret şəkildə 

müəyyənləşdirilmişdir. 

Ölkədə valyuta münasibətlərinin institusional təminatı, funksional 

fəaliyyətin məzmunu və təməl prinsipləri qabaqcıl dünya standartları 

səviyyəsinə çatmaqdadır. 

Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın valyuta siyasətini for-

malaşdırmaq yönümündə müstəqil fəaliyyət yalnız 1996-cı ildən eti-

barən, yəni unitar dövlət quruculuğunun başa çatması və iqtisadi sabit-

liyin qərarlaşdığı dövrdən başlayaraq həyata keçirilmişdir. 

Respublikada valyuta sisteminin institusional təminatını yaxşılaş-

dırmaq məqsədilə Bakı Banklararası Valyuta Birjası (BBVB) yaradıl-

dı və 1994-cü ildən etibarən fəaliyyətə başladı. Məhz həmin ildən baş-



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



369

layaraq Birjada valyuta hərracları keçirilmiş, ixracatçıların məcburi 

şəkildə valyuta gəlirlərinin bir hissəsinin satışı daxili bazarın canlan-

masına, konyunktur nisbətlərin sabitləşməsinə gətirib çıxardı. 

Eyni zamanda, qeyd etmək lazımdır ki, valyuta münasibətləri ilə 

bağlı 1994-cü ildə  qəbul edilmiş “Valyuta tənzimlənməsi haqqında” 

Qanunun qüvvəyə minməsi ilə hüquqi-normativ bazanın formalaşdırıl-

ması yönümündə əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. 

Ölkənin maliyyə bazarında ayrı-ayrı aparıcı valyutaların ümumi 

dövriyyəsinin müqayisəli təhlili bir sıra nüansların aşkarlanmasına im-

kan vermişdir.  İlk növbədə, söhbət Açıq Banklararası Valyuta Baza-

rında (ABVB) və Mütəşəkkil Banklararası Valyuta Bazarında 

(MBVB) ABŞ dollarının dinamikasından gedir. 

Qeyd etmək lazımdır ki, ABŞ dollarının milli valyuta bazarında 

dövriyyəsi öz pik səviyyəsinə 2015-ci ildə çatmışdır. Bu da onunla 

əlaqədardır ki, həmin ildə Mərkəzi Bank özünün valyuta ehtiyatlarının 

idarəetməsinin yeni strategiyasını hazırlamışdır. Bu strategiyaya əsa-

sən maliyyə alətlərinin diversifikasiyası nəzərdə tutulurdu və ehtiyat-

ların coğrafiyasının genişlənməsini hədəf kimi ortalığa qoymuşdur. Bu 

hal ABŞ dolları üçün təsirsiz keçməmişdir, çünki xaricdə valyuta əmə-

liyyatlarının sayına müsbət təsir göstərmişdir. Eyni zamanda, carı ildə 

bu valyuta dövriyyəsinin müəyyən sabitləşməsi və hətta həcmcə azal-

ması müşahidə olunur. 

Məlumdur ki, daxili valyuta bazarının valyuta strukturu ilk növ-

bədə ölkənin beynəlxalq öhdəlikləri və eləcə də, tədiyyə balansının tə-

ləblərinə adekvat olaraq formalaşır. Əsas məqsəd makroiqtisadi sabit-

liyin təminatı, qlobal maliyyə böhranının dağıdıcı təsirinin neytrallaş-

dırılması, ölkənin valyuta ehtiyatlarının dəyərcə artırılmasıdır. Buna 

görə də investisiya əsasən ABŞ dolları, avro və ingilis funtsterliqində 

həyata keçirilir. 

Valyuta bazarının normal fəaliyyətinin təminatı nöqteyi-nəzərin-

dən milli valyuta ilə baş verən məzənnə dəyişikliyi mühüm amillər sı-

rasına aiddir. 

Qeyd etmək lazımdır ki, valyutanın məzənnə  dəyişikliyi bütöv-

lükdə iqtisadi prosesə,  ələlxüsus xarici iqtisadi əlaqələrə güclü təsir 

göstərir. Məsələn, manatın (digər şərtlərin dəyişməzliyi halında) başqa 

valyutalarla müqayisədə bahalaşması “Holland xəstəliyi”nin mövcud 

olmasının göstəricisi kimi qəbul edilə bilər. Belə ki, ölkənin pul vahidi 

digər valyutalara nisbətən bahalaşdıqda, ixrac edilən mallara dəyəri di-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə