Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə135/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   131   132   133   134   135   136   137   138   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



391

Əsas makroiqtisadi göstəricilərin dinamikası 

 

2012-ci il 

Göstərici lər 2003 

2005 2008 

2012 

2003-cü 

ilə nis-

bətən 

2008-ci 

ilə nis-

bətən 

ÜDM (mln. man) 

7146,5 12522,5 40137,2 53995,0 

+7,5 


dəfə 

+34,5% 


İnflyasiya (%) 

2,2 5,4 15,4 1,1 -1,1% 

-14,3 



Məcmu pul kütləsi 



(mln. man) 

2592,2 796,7  6081,0 13806,4 

+5,3 

dəfə 


+2,3 

dəfə 


Mərkəzi Bankın 

uç ot stavkası (%) 

7 7,8(1) 

11,8(2) 5  -2% 

-6,8% 

 

Ölkədə makroiqtisadi sabitliyə nail olunmasında istifadə olunan 



metod maliyyə  və pul-kredit siyasəti ilə bağlı olmuşdur. Bu siyasət 

əsas makroiqtisadi göstəricilərin məcmu pul kütləsi (M2), faiz dərəcə-

si, inflyasiya və valyuta məzənnələrinin tənzimlənməsini nəzərdə tu-

tur. Belə ki, 1994-cü ilin II yarısından etibarən inflyasiyanın qarşısının 

alınması üçün Azərbaycanda sərt pul-kredit siyasəti həyata keçiril-

məyə başlamışdır. Bu siyasət həmin dövr üçün alternativ olmayan təd-

birlər kimi qiymətləndirilirdi. Belə ki, 1994-cü ilə qədər Azərbaycan-

da yürüdülən pul-kredit siyasəti bazar iqtisadiyyatı metodları ilə  tən-

zimlənmə sisteminə keçsə  də, reallıqda tamamilə  fərqli bir situasiya 

yaranmışdır. Bu özünü məcmu pul emissiyasının həcminin mövcud 

iqtisadi durumun real tələblərinə uyğunlaşdırılmasında və inflyasiya-

nın fəlakətli həddə çatmasında özünü göstərmişdir. 

Həyata keçirilən sərt pul-kredit siyasəti Mərkəzi Bank tərəfindən 

resursların satışının məhdudlaşdırılması yolu ilə banklar tərəfindən 

inflyasiya doğuran kredit qoyuluşlarının və kredit faizi həcminin yük-

səlməsinin qarşısının alınması ilə bağlı olmuşdur. 

Yürüdülən sərt pul-kredit siyasətinin  əsas istiqamətlərindən biri 

də manatın məzənnəsinin möhkəmləndirilməsi, valyuta bazarının for-

malaşdırılması  və bu əsasda Bakı Banklararası Valyuta Birjasının 

(BBVB) işinin bərpa olunması ilə əlaqədar olmuşdur. 

Ümumiyyətlə, həmin dövrdə həyata keçirilən pul-kredit siyasəti-

nin tez bir zamanda səmərə verməsinin əsas səbəbi fıksə olunan və ya 

müəyyən olunan sərt valyuta siyasətinin həyata keçirilməsi və valyuta 

bazarının formalaşması ilə əlaqədar olmuşdur. 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

392



BVF və DB-nin makroiqtisadi sabitləşdirmə strategiyası çərçivə-

sində digər islahat tədbirlərinin özəlləşdirmə proqramlarının reallaşdı-

rılması, xarici ticarətin liberallaşdırılması, milli valyutanın daxili və 

xarici dönərliliyinin təminatı ilə bağlı tədbirlər olmuşdur. Bütün bu və 

ya digər islahat tədbirləri nəticəsində ölkənin maliyyə sektorunda və 

ümumilikdə iqtisadiyyatında bir sıra müsbət nəticələrin  əldə edil-

məsinə imkan yarandı: yüksək inf1yasiya səviyyəsi kəskin olaraq 

azaldı, büdcə kəsirinin ÜDM-ə nisbəti tənzimlənən səviyyəyə çatdı (1-

2%), Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit faizi 250%-dən 7%-ə 

endirildi, manatın daxili dönərli1iyi təmin edildi, Birinci özəl1əşdirmə 

proqramı başa çatdırıldı və ÜDM-də özəl sektorun payı 70%-i keçdi, 

ÜDM-in dinamik artımı  təmin edildi, əhalinin real pul gəlirləri ilbəil 

artdı və s. 

Qeyd edək ki, iqtisadi sabitliyi əldə etmək nə qədər çətin bir işdir-

sə, həmin sabitliyi qoruyub-saxlamaq bir o qədər ağır və məsuliyyətli-

dir. Ölkənin iqtisadi qərarlar qəbul edən institutları daxildə makroiqti-

sadi sabitliyin qorununb saxlanılmasını daima diqqət mərkəzində sax-

layırlar. Çünki yalnız iqtisadi və maliyyə sabitliyi mövcud olan şərait-

də optimal qərarlar qəbul etmək və onların müsbət səmərə verməsini 

müşahidə etmək mümkündür. 

Makromaliyyə sabitliyini mühafizə etmək sahəsində aparıcı qüv-

vəyə malik olan institutlar içərisində Mərkəzi Bankı, Maliyyə Nazirli-

yini,  İqtisadi  İnkişaf və  Sənaye Nazirliyini, Vergilər Nazirliyini, Na-

zirlər Kabinetini göstərmək olar. Bu institutlar öz səlahiyyətləri çərçi-

vəsində müxtəlif idarəetmə alətlərindən istifadə etməklə ölkənin iqti-

sadi subyektlərinin davranışlarına təsir edir, əsas iqtisadi indikatorların 

pozitivliyinin qorunub-saxlanılmasına və yüksəlməsinə təkan verirlər. 

Ölkənin maliyyə sektorunda sabitliyin əldə edilməsi və onun 

mühafizəsinin təmin edilməsi əsasən, Mərkəzi Bank tərəfındən həyata 

keçirlir. Bildiyimiz kimi, Mərkəzi Bank pul-kredit siyasətinin müxtəlif 

alətlərindən (məcburi ehtiyat norması, mərkəzləşdirilmiş kredit faizi 

və açıq bazar əməliyyatları) istifadə etməklə  əsasən, kommersiya 

banklarının fəaliyyətlərini sabitliyin təmin edilməsi marağı çərçivəsin-

də tənzimləyir və ona nəzarət edir. 

Mərkəzi Bank və digər dövlət qurumları ölkədə büdcə  kəsirinin 

yüksəlməməsini və müəyyən həddə saxlanılmasını (ÜDM-in 2-3%-i 

nisbətində), yüksək inflyasiyanın baş verməməsini, milli valyutanın 

dönərliliyinin qorunmasını  və onun məzənnəsinin xarici valyutalara 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



393

nisbətdə kəskin dəyişikliklərə uğramamasını, maliyyə bazarında böh-

ranın baş verməməsini və s. təmin etmək istiqamətində fəaliyyət gös-

tərməklə maliyyə sabitliyini tənzimləyir. 

Ölkədə makromaliyyə sabitliyini təmin etmək və inkişaf etdirmək 

məqsədilə digər görüləsi tədbirlər içərisində: xarici bank kapitalının 

bank sektoruna birgə formada cəlb edilməsinin stimullaşdırılması; 

kredit verilmə  və qaytarılma mexanizminin təkmilləşdirilməsi; kredit 

götürülərkən girov məsələsinin həlli istiqamətində  tədbirlərin görül-

məsi, bankların vəsait cəlb etməsində qiymətli kağızlar bazarına müra-

ciət etməsinin stimullaşdırılması; bankların ənənəvi xidmətlərlə yanaşı 

lizinq, faktorinq, forfeytinq, dilinq və s. bu kimi yeni xidmətlər göstər-

məsi sahəsində fəaliyyətlərinin gücləndirilməsi və s. kimi maliyyə təd-

birlərini də xüsusi qeyd etmək lazımdır. 

Bazar iqtisadiyyatına keçmiş bir sıra ölkələrin təcrübəsi göstərir 

ki, qiymətlərin liberallaşdırılması heç də onların artırılması kimi çıxış 

etmir. Belə ki, Azərbaycandan fərqli olaraq, bir sıra ölkələrdə qiymət-

lərin artımı əhali gəlirlərinin aşağı düşməsi ilə müşayiət edilmir. Qiy-

mətləri liberallaşdırmaqla yanaşı,  əhaliyə  öz  real  gəlirlərini artırmaq 

üçün şərait də yaratmaq lazımdır. Əhalinin həyat səviyyəsi aşağı olan 

bir respublikada alıcılıq qabiliyyətli tələbin uzun müddət məhdudlaş-

dırılması iqtisadiyyata dağıdıcı  təsir göstərə bilər. Çünki istehsalın 

azalmasına səbəb olan bu tədbir, az sonra istehsal həcminin də azal-

masına gətirib çıxarır. Nəticədə, təklifın stimullaşdırılması, iqtisadi 

artımın təmin edilməsi arxa plana keçir. 

BVF tərəfındən irəli sürülən dördüncü prinsip isə  sərt kredit 

siyasətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Bu prinsip ölkənin 

bazar iqtisadiyyatına keçidlə  və  həmin dövrdə ölkədə mövcud olan 

inflyasiyanın qarşısının alınması ilə əlaqədar olmuşdur. Məlumdur ki, 

bazar iqtisadiyyatı səraitində hər hansı bir ölkənin Mərkəzi Bankı adə-

tən üç siyasətdən məcburi ehtiyat normasının dəyişdirilməsindən, faiz 

dərəcəsinin dəyişdirilməsindən və açıq bazar əməliyyatından istifadə 

edir. Sərt pul-kredit siyasətinin təmin edilməsinə ehtiyac respublika-

mız dövlət müsəqilliyini yenidən bərpa etdikdən sonra 1991-1994-cü 

illərdə kəskin inflyasiya prosesi ilə üz1əşməsi nəticəsində ortaya çıx-

mışdır. Bununla əlaqədar olaraq qeyd edək ki, 1994-cü ildə pul-kredit 

siyasətinin əsas istiqamətlərinə dair Milli Məclisin qəbul etdiyi qərar-

da Milli Banka tapşırılmışdır ki, 1994-cü il avqustun l-dən məcburi 

ehtiyat normasını bütün banklar üçün 12 faiz səviyyəsində müəyyən 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə