Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə134/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   130   131   132   133   134   135   136   137   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

388



3. Maliyyə bazarinin inkişaf istiqamətləri 

Respublikada maliyyə bazarının normal təşkili və səmərəli fəaliy-

yətinin əsası, şərti makromaliyyə sabitliyinin mövcudluğudur. Maliy-

yə bazarının səmərəli fəaliyyətinin əsasında dayanan amillər sırasında 

makromaliyyə sabitliyi xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, eyni 

zamanda, həmin fəaliyyətin əsas məqsədlərindən biri kimi çıxış edir. 

Makromaliyyə sabitliyi maliyyə bazarında fəaliyyətin səmərəli təşkili-

nin  əsas  şərtlərindən biri, həmçinin fəaliyyətin məntiqi yekunlarının 

əsas nəticələrindən biridir. Qarşılıqlı bağlılıq həm səbəb-nəticə, həm 

struktur, həm də funksional aspektdən qarşılıqlı asılılıq formasında tə-

zahür edir. 

Ayrı-ayrı ölkələrdə makromaliyyə sabitliyinə nail olmanın  əsas 

şərti isə iqtisadiyyatda aparılan yenidənqurma işlərinin, struktur isla-

hatlarının, tənzimlənmə sisteminin və s. bu kimi digər proseslərin ölkə 

daxilində sosial-iqtisadi dirçəlişə, dinamik və davamlı iqtisadi inkişa-

fa, beynəlxalq iqtisadi inteqrasiyaya, beynəlxalq  əmək bölgüsündə 

sərfəli mövqeyə malik olmasına ilkin şərait yaratması ilə bağlıdır. 

Makromaliyyə sabitliyinə nail olmaq və onu qoruyub saxlamaq 

hansı iqtisadi sistemdə olmasından asılı olmayaraq, hər bir dövlətin 

əsas funksiyalarından biri və bəzən də ən əsası hesab edilir. Dövlətin 

ən ümumi halda hansı iqtisadi funksiyalarının olması barədə müxtəlif 

iqtisadi  ədəbiyyatlarda nisbətən fərqli fikirlər mövcuddur. Məsələn, 

Pol Samuelson öz tədqiqatlarında bazar iqtisadiyyatı şəraitində dövlə-

tin üç əsas iqtisadi funksiyasını yerinə yetirdiyini göstərərək qeyd edir 

ki, səmərəliliyin yüksəldilməsi, tarazlığın əldə edilməsi və makroiqti-

sadi sabitliyin və artımın genişləndirilməsi əsas iqtisadi amillərdəndir . 

Digər Amerika iqtisadçıları – Makkonnel və Bryu isə özlərinin 

iqtisadi tədqiqatlarında dövlətin aşağıdakı beş əsas iqtisadi funksiyası-

nı göstərirlər: 

- Fəaliyyətin hüquqi və sosial əsaslarının təmin edilməsi; 

- Bazarlarda rəqabətin qorunması; 

- Mülkiyyət payına görə gəlirlərin yenidən bölüşdürülməsi; 

- Resursların yenidən bölgüsü; 

- Ölkədə iqtisadi situasiyanın sabitləşdirilməsi. 

Başqa bir iqtisadi ədəbiyyatda da dövlətin iqtisadi tənzimlənməsi-

nin aşağıdakı funksiyaları qeyd edilir . 

– Bazar iqtisadiyyanın effektiv fəaliyyət göstərməsini təmin edən 

təsərrüfat qanunvericiliyinin (hüquqi və sosial iqlimin) hazırlanması; 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



389

– Rəqabətin qorunması və bazar mexanizminin bütövlüyünün tə-

mini; Müxtəlif ictimai qrupların sosial təminat və müdafiə ehtiyacının 

ödənilməsinə yönəldilmiş gəlir və maddi nemətlərin yenidənbölgüsü; 

– Milli məhsulun strukturunu dəyişmək məqsədilə resursların bö-

lüşdürülməsinin tənzimlənməsi; 

– İqtisadi konyunkturun dəyişməsi şəraitində iqtisadiyyatın sabit-

ləşdirilməsi və həmçinin də iqtisadi artımın stimullaşdırılması; 

– Sahibkarlıq fəaliyyəti. 

Dövlətin iqtisadi tənzimlənmə funksiyaları barədə müxtəlif iqti-

sadi ədəbiyyat1ardan misal gətirməkdə əsas məqsədimiz, məhz mak-

roiqtisadi sabitləşdirmənin iqtisadçılar tərəfindən dövlətin iqtisadi 

tənzimlənmədə mütləq funksiyası kimi qəbul edilməsini sübut et-

məkdir. 


Makroiqtisadiyyat elminin yaradıcısı hesab edilən C.M.Keyns və 

onun təlimi ilk dəfə olaraq ölkədə iqtisadi sabitliyin əldə edilməsini 

dövlətin iqtisadi funksiyaları sırasına daxil etmişdir. 30-cu illər böhra-

nı dövlətin iqtisadi tsiklinin neqativ mərhələlərinin tənzimlənməsi, sa-

bitləşdirilməsi yolu ilə iqtisadi artıma getməyin mümkün olduğunu 

sübüt etdi. İqtisadi tarixdə Keynsçilərin təliminə əks cavab olaraq ya-

ranan monetarist iqtisadi təlimi də bir məsələdə Keynsçilərlə tam razı 

idilər. Bu da "iqtisadiyyatın sabitləşdirilməsi dövlətin əsas funksiyaları 

sırasında" olması ilə bağlı olan ideya ilə əlaqədar idi. 

Qeyd etmək lazımdır ki, müstəqillik dövründən başlayaraq Azər-

baycan dövləti də inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə 

keçidi rəsmiləº dirmək, reallaşdırmaq məqsədilə radikal sosial, iqtisa-

di, siyasi, struktur və s. yönümlü islahatlar aparmağa başlamışdır. Bü-

tün bu islahatlar ölkənin sosial, iqtisadi və siyasi həyatında müxtəlif 

neqativ və pozitiv meyillərin müşahidə olunması ilə nəticələndi. Xü-

susilə, iqtisadi sahədə qiymətlərin liberallaşdırılması, xarici iqtisadi 

fəaliyyətin sərbəstləşdirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, 

müxtəlif maliyyə  və fiskal tənzimlənmə alətlərindən intensiv istifadə 

və s. nəticəsində neqativ hal kimi ölkədə qeyri-sabit iqtisadi vəziyyət 

yaşanmağa başlandı. 

Qeyd etmək lazımdır ki, keçid dövrünün ilkin illərində maliyyə-

bank sisteminin iflic vəziyyətə düşməsi, büdcə kəsirinin ÜDM-ə nis-

bətinin təhlükəli səviyyəyə çatması (məsələn, 1994-cü ildə büdcə kəsi-

rinin ÜDM-ə nisbəti 13 faiz olmuşdur, büdcə kəsirinin Mərkəzi Bank 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

390



tərəfindən maliyyələşdirilməsi nəticəsində ölkədə pul kütləsinin həd-

dindən çox artmasına səbəb olması, pul emissiyasının əhalinin pul gə-

lirlərinin 40-45 faizini təşkil etməsi, kredit həcminin ÜDM-ə nisbəti-

nin 55-60 faiz təşkil etməsi, Mərkəzi Bankın faiz dərəcələrinin 250 

faizə çatması, milli valyuta-manatın qiymətdən düşməyə başlaması, 

ölkədə inflyasiyanın pik səviyyəyə çatması  və s. kimi maliyyə prob-

lemlərinin yaranması makroiqtisadi sabitlik strategiyasının reallaşdı-

rılmasını, maliyyə sabitliyinin əldə edilməsini qaçılmaz zərurətə çevir-

mişdir. 

Ölkədə makromaliyyə (o cümlədən, makroiqtisadi) sabitliyin qo-

runması BVF ilə əməkdaşlıq nəticəsində mümkün olmuşdur. Belə ki, 

BVF üzv ölkələr arasında valyuta-kredit münasibətlərinin tənzimlən-

məsini həyata keçirən, üzv ölkələrə makroiqtisadi sabitliyin təmin 

olunması məqsədilə kreditlər verən və texniki yardım göstərən beynəl-

xalq maliyyə  təşkilatıdır. Azərbaycan Respublikası BVF-yə 1992-ci 

ilin sentyabr ayının 18-də üzv qəbul edilsə  də, bu beynəlxalq qurum 

ilə  əməkdaşlıq 1995-ci ildən başlamışdır. 1995-2005-ci illər  ərzində 

ölkəmiz bu fonddan "STF", "Stend-bay", "ESAF", "EFF" kreditləri al-

mış və bu kreditlərin ümumi məbləği 438,50 mln. ABŞ dolları məblə-

ğində olmuşdur. Həmin vəsaitlərin böyük hissəsi qaytarılmışdır. Qalan 

qaytarılacaq məbləğ ÜDM-in 0,7% hissəsini təşkil edir. 

1995-ci ildə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı 

(DB) ilə sıx əməkdaşlıq şəraitində sabitləşməyə nail olundu. Bu istiqa-

mətdə iqtisadiyyatda mövcud olan izafı ödəniş qabiliyyətli tələbatın 

azalması yolu ilə inflyasiyanın artım sürətinin kəskin azaldılması  və 

onun müəyyən hədd çərçivəsində saxlanılması tədbirlərinin formalaş-

dırılması və mərhələlər üzrə reallaşdırılması həyata keçirilirdi. 

BVF-nun dəstəyi ilə  həyata keçirilən antiinflyasiya yönümündə 

tədavüldəki ümumi pul küt1əsinin həcminin məhdudlaşdırılması, mər-

kəzləşdirilmiş kredit resurslarının azaldılması, uçot stavkasının yük-

səldilməsi hesabına kredit resurslarına olan tələbin azaldılması, milli 

valyutanın (manatın) məzənnəsinin sabitləşdirilməsi, ölkədə inflyasi-

yaya səbəb ola biləcək qiymətlərə və əmək- haqqına nəzarətin güclən-

dirilməsi tədbirləri həyata keçirildi. 

Ölkədə BVF-nin dəstəyi ilə həyata keçirilən pul-krelit siyasətinin 

makroiqtisadi baxımdan konkret olaraq nəticələri aşağıdakı  cədvəldə 

verilmişdir. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə