Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə137/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   133   134   135   136   137   138   139   140   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



397

(AYİB), Asiya İnkişaf Bankı (AİB), İslam İnkişaf Bankı (İİB) və Qara 

Dəniz Ticarət və  İnkişaf Bankı (QDTİB) ilə  də  əmakdaşlıq edir və 

müvafıq əməliyyatlar aparırlar. 

Belə bir faktı göstərmək lazımdır ki, Azərbaycan 1997-ci ildə 

Qara Dəniz Ticarət və İnkişaf Bankının üzvü olmuşdur. Bankın müva-

fıq  əməliyyatlara yalnız son zamanlar başlaması ucbatından bu günə 

kimə heç bir layihə müqaviləsi bağlanmamışdır. Qara Dəniz Ticarət 

və İnkişaf Bankı Azərbaycandakı fəaliyyətini, xüsusilə qeyri-neft sek-

torundakı layihələrin maliyyələşdirilməsini təmin etməyə yönəldəcək. 

O, özəlləşdirilmiş müəssisələri yenidən qurulmaqda və inkişaf etmək-

də kömək göstərmək məqsədilə özəlləşmədən sonrakı əlverişli şərait-

ləri yaratmağı planlaşdırır. Uzunmüddətli prioritet kimi nəzərdə tutu-

laraq, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda gedən özəl-

ləşmə prosesində  iştirak etmək arzusunda olan üzv ölkələrdən olan 

sərmayədarlara kömək edəcək. 

Bank eyni zamanda telekommunikasiya, nəqliyyat, istehsal, kənd 

təsərrüfatı biznesi, neft-qaz sənayeləri sahəsindəki maliyyə layihələri-

ni nəzərdən keçirir. 

Dünya Bankı Qrupunun bir hissəsi kimi, Çoxsahəli  İnvestisiya 

Zəmanəti Agentliyinin zəmanət proqramı xüsusi investisiyaların axı-

nını inkişaf etməkdə olan ölkələrə layihə ilə əlaqədar ola biləcək siyasi 

risklərin yumşaldılması yolu ilə stimullaşdırmaq üçün nəzərdə tutulub. 

Çoxsahəli investisiya Zəmanəti Agentliyi Azərbaycanda fəaliyyət gös-

tərən şirkətlərə 21 milyon ABŞ dolları həcmində iki zəmanət vermiş-

dir. Birinci zəmanət Türkiyənin Efes şirkətinin Bakıdakı Koka-Kola 

Şirkətinə 18,3 milyon ABŞ dolları  həcmində investisiyasına təminat 

verilmişdir.  İkincisi isə, Türkiyənin Koçbank bankına onun bank fə-

aliyyəti üzrə birgə müəssisənin yaradılması üçün nəzərdə tutulan 2,7 

milyon ABŞ dolları həcmində ayırmış olduğu investisiyasını təmin et-

mək məqsədilə verilmişdir. Həmin kreditlər siyasi risklərə qarşı, daha 

doğrusu, köçürmə  məhdudiyyətləri, müsadirə  və ya özgəninkiləşdir-

mə, müharibə və mülki iğtişaş risklərinə qarşı sığortalanmışlar. 

Layihə maliyyələşdirilməsi eyni zamanda, German KfW, ABŞ-ın 

Xarici Özəl İnvestisiya Korporasiyası (OPİC), Yapon JEXİM, Turkish 

Eximbank və İsveçrə Hökumətinin (SECO) Layihə Buraxılışları Fon-

du kimi ikitərəfli vasitələrlə həyata keçirilirlər. 

İndi Azərbaycanda Qafqaz Fondu və İpək Yolu Fondu (AİG) adlı 

iki vəsait fondu fəaliyyət göstərir. AİG İpək Yolu Fondu 1997-ci ilin 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

398



sentyabrında imzalanmış 70 milyon ABŞ dolları həcmində kapital qo-

yuluşu həyata keçirmişdir. Bu fond kapital və kvazi-kapital investisi-

yalarının özəl sektora ayrılmasını həyata keçirir və həmin investisiya-

ların Mərkəzi Asiya, Qafqaz və Rusiyada da həyata keçirilməsi nəzər-

də tutulur. 

Beynəlxalq  Əməkdaşlıq üzrə Yaponiya Bankı (BƏYB) da eyni 

zamanda enerji sektorunun mühüm maliyyələşmə mənbəyi olmuşdur. 

O, sektorun inkişafını təmin etmək məqsədilə 339 milyon ABŞ dolları 

həcmində 40 illik kredit və Sumqayıt  şəhərində yerləşən neft-kimya 

mərkəzinin enerji blokunun tikintisi məqsədilə 100 milyon ABŞ dolla-

rı həcmində əlavə kredit ayırmışdır. O, həmçinin Qaradağ rayonunda 

(Bakının cənubu) yerləşən qaz emalı qurğusundan regiondakı elektrik 

stansiyasına gedən boru xəttini də maliyyələşdirir. 

Azərbaycan Respublikasında maliyyə bazarının müasir vəziyyəti-

nin kompleks təhlilinin nəticələri göstərir ki, bu sahədə müəyyən 

problemlər mövcuddur. Həmin bu problemlər həm valyuta, qiymətli 

kağızlar bazarının inkişafına, beynəlxalq maliyyə bazarlarına inteqra-

siyasına, həm də ümumilikdə ölkənin iqtisadi inkişafına bəlli ölçüdə 

maneələr yaradır. 

Hal-hazırda Azərbaycan Respublikasının maliyyə bazarının bey-

nəlxalq maliyyə bazarına inteqrasiya olunmasına, xarici investisiya-

ların milli maliyyə bazarı vasitəsilə iqtisadiyyata cəlb edilməsinə 

mənfı  təsir göstərən amillərdən biri də maliyyə bazarında alqı-satqı 

obyekti olan alətlərin azçeşidli olması ilə bağlıdır. Bu problem ölkə-

nin qiymətli kağızlar bazarında daha qabarıqdır. Bildiyimiz kimi, hər 

bir xarici investor portfel investisiya qoyuluşu barədə  qərar qəbul 

edərkən, qiymətli kağızlar bazarında təqdim edilən alqı-satqı pred-

metlərinin gəlirliliyinə, risk səviyyəsinə, likvidliyinə fikir verməklə 

yanaşı, təklif edilən maliyyə alətlərinin çeşidliliyinə də diqqət yetirir. 

Yəni, daha çox çeşidli qiymətli kağızların təklifi ölkə maliyyə baza-

rının inkişafına, onun dövriyyəsinin artmasına dəlalət edən faktorlar-

dan hesab edilir. Bildiyimiz kimi, Azərbaycan Respublikasında 

(Bakı Fond Birjasında) yalnız dörd sektor üzrə əməliyyatlar aparılır 

və qiymətli kağızların çeşidi nöqteyi-nəzərindən təklifi məhduddur. 

Məhz bu baxımdan, hesab edirik ki, ölkədə maliyyə bazarının inkişa-

fı, təşkilati bazarlarda ticarət meydanının genişləndirilməsi və bey-

nəlxalq maliyyə bazarlarına səmərəli inteqrasiya olunmaq məqsədilə 

daha çox çeşiddə maliyyə alətləri ilə (məsələn, opsion, varrant, 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



399

səhmlər və s.) ticarətin aparılmasının təmini istiqamətində zəruri təd-

birlərin görülməsinə ehtiyac var. 

Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin, eləcə də maliyyə 

bazarının səmərəli fəaliyyət göstərməsi üçün milli valyuta sistemi sa-

həsində  də olan problemlərin tənzimlənməsi zəruridir. Qeyd etmək 

lazımdır ki, valyuta münasibətləri sahəsində tənzimlənmənin əsas isti-

qaməti xarici iqtisadi əməkdaşlıq sahəsində normal şərait yaratmaq və 

bunun vasitəsilə valyuta məzənnəsindən ixracın stimullaşdırılması, da-

xili bazarın xarici rəqabətdən müdafiə olunmasına nail olmaq əsas 

hədəf kimi qarşıya qoyulmalıdır. 

Əvvəlki fəsildə aparılan araşdırmalar göstərdi ki, ölkədə  nə ixrac 

üzrə, nə də idxal üzrə səmərəli valyuta siyasətinin yürüdülməsi təmin ol-

unmamışdır. Bunu real və nominal effektiv valyuta məzənnələri barədə 

hesablamalar və onların nəticələrinin interpretasiyası da göstərir. Belə bir 

siyasətin həyata keçirilməməsi bir sıra hallarda təbii olaraq milli iqtisa-

diyyata mənfi təsir göstərir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, 

istehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcud olduğu bir şərait-

də valyuta siyasətindən səmərəli istifadə olunması əsas şərtdir. 

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft 

Fondunun vəsaitlərindən və rəsmi qızıl-valyuta fondunun vəsaitlərin-

dən də ölkə iqtisadiyyatının inkişafı istiqamətində istifadənin təkmil-

ləşdirilməsinə diqqət yetirilməsi də  zəruridir. Bunlarla yanaşı, val-

yutanın dönərliyinin təmin olunması və ölkə daxilində valyuta vəsait-

lərinin yenidən bölgüsünün təkmilləşdirilməsi sistemi yaradılmalıdır. 

 

 

4.Azərbaycanda siğorta bazarinin formalaşmasi və inkişafi 

Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçiril-

məsi, bazar münasibətlərinin tətbiqi və milli sığorta bazarının forma-

laşması prosesi ilə  əlaqədar olaraq sığorta resurslarının təşəkkül tap-

ması  və onlardan istifadə xüsusiyyətlərində mühüm dəyişikliklər baş 

vermişdir. Son onilliklər ərzində pul vəsaiti ehtiyatlaının dövlət sığor-

tası vasitəsilə akkumulyasiya edilməsi və  mərkəzləşdirilmiş qaydada 

bölüşdürülməsi sistemi, müstəqil sığorta şirkətlərinin iqtisadi maraqla-

rı  və  məsuliyyətlərinə  əsaslanan idarəetmənin iqtisadi metodları ilə 

əvəz olunmuşduır. Bu isə öz növbəsində sığorta müəssisələri resursla-

rının həm səfərbərliyə alınmasının miqyas və həcminin, həm də onla-

rın yerləşdirilməsində böyük dəyişikliklərə  uğraması ilə  nəticələn-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə