Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə139/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   135   136   137   138   139   140   141   142   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

402



Sığorta resurslarının tərkibi 

 

 



“Sığorta resursları” termininin mahiyyətini “geniş” və “dar” mə-

nada xarakterizə etmək mümkündür. Dar mənada bu ilk növbədə, kon-

kret götürülmüş hər hansı bir sığortaçının öz sığorta fəaliyyətini və di-

gər aktiv əməliyyatların həyata keçirilməsi üçün sərəncamında olduğu 

pul resursları kimi başa düşülür. Eyni zamanda bütün sığorta təşkilat-

larının məcmu resursları keyfiyyətcə yeni iqtisadi anlayış olub, pul 

ehtiyatlarının yaradılması, cəlbedilməsi və yerləşdirilməsi üzrə müna-

sibətləri xarakterizə etmiş olur. Bu isə sığorta resurslarının mahiyyəti-

nin "geniş" mənada izahına imkan yaradır. 

Sığortaçının maliyyə potensialı və müvafiq olaraq sığorta resurs-

ları iki əsas hissədən - xüsusi və cəlbolunmuş kapitaldan təşkil edilir. 

Qeyd edək ki, sığortada ehtiyatların ikinci hissəsi birinciyə nisbətən 

həmişə üstünlük təşkil edir. Belə vəziyyət sığortanın sahə spesifikası 

 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



403

ilə bağlıdır. Həmçinin qeyd etmək lazrmdır ki, sığorta təşkilatının ka-

pitalının tərkibi və strukturu onun fəaliyyətinin sahə istiqamətinə uy-

ğun formalaşır, yəni bu, şirkətlərin sığorta fəaliyyətinin hansı növləri 

ilə məşğul olmasından birbaşa asılıdır. 

Müasir sığorta resurslarının tərkibi yuxarıdakı  şəkildə sxematik 

olaraq təsvir edilmişdir. 

Göründüyü kimi, sığorta təşkilatlarının resurslarının müasir şə-

raitdə tərkibi çoxşaxəlidir və onun optimal tənzimlənməsi üçün hər bir 

elementi dərindən öyrənilmiş və təhlil olunmuşdur. 

Tədqiqat işində alınmış  nəticlərdən biri də bundan ibarətdir ki, 

xüsusi vəsaitlərin müəyyən zəruri həcminin yaradılması sığorta təşki-

latı üçün fəaliyyətin ilk mərhələsində xüsusi aktuallığa malik olur. 

Çünki, bu mərhələdə onun sığorta çantası kiçik həcmli və tarazlaşdırıl-

mamış olduğundan o zərərin bölüşdürülməsinə imkan vermir, bu isə 

öz növbəsində  sığorta  əməliyyatları üzrə  mənfi maliyyə  nəticələrinin 

yaranması imkanını  kəskin  şəkildə artırır. Sığorta resurslarının qiy-

mətləndirilməsinin əsas meyarı sığortaçıların xüsusi vəsaitlərinin həc-

mi səviyyəsinə  əsaslanmışdır, çünki, məhz bu meyar qəbul olunmuş 

öhdəçiliklərin və müvafiq olaraq, cəlb olunmuş resursların həcminin 

müəyyən olunmasına imkan verir. 

Müqavilə öhdəçiliklərinin yerinə yetirilməsi, maliyyə xarakterli zə-

manətlər və eləcə də inflyasiyanın təsiri sığortaçı tərəfindən düşünülmüş 

və  ağıllı investisiya siyasətinin həyata keçirilməsini tələb edir. Bütün 

bunlarla əlaqədar olaraq milli sığorta təşkilatları üçün hal-hazırda investi-

siyanın planlaşdınlması (investisiya siyasəti) xüsusi əhəmiyyət kəsb edir. 

Tamamilə aydın məsələdir ki, vəsaitlərin optimal şəkildə invest-

ləşdirilməsi investisiya və  sığorta risklərinin mövcudluğu, eləcə  də 

investisiyaların gəlirlilik proqnozuna dair aydın təsəvvürlərin olmama-

sı şəraitində tamamilə qeyri- mümkündür. Digər tərəfdən sığortaçının 

investisiya siyasəti onun ödəniş qabiliyyətli olmasına, perspektivdə isə 

rəqabət qabiliyyətli olmasına  əhəmiyyətli dərəcədə  təsir göstərmək 

iqtidarındadır. Məhz buna görə  də investisiyaların etibarlılığı, bu in-

vestisiyaların etibarlılığı üçün şərait yaradan likvidlik qabihyyəti, gə-

lirlilik və qayıtma xarakteri bir qayda olaraq sığorta təşkilatının aktiv-

lərinin yerləşdirilməsinin əsas prinsipləri kimi qiymətləndirilir. 

İstənilən hər hansı bir sığortaçının resurslarının formalaşdırılma-

sının əsasını onun xüsusi kapitalı, daha doğrusu sığorta şirkətinin mül-

kiyyətçilərinin kapitalı  təşkil edir. İlkin olaraq, o sığorta təşkilatmın 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

404



yaradılması dövründə formalaşır, daha sonra isə əldə olunan gəlir he-

sabına daima artırılır. Xüsusi kapital, mahiyyəti etibarilə, sığortaçının 

xalis aktivlərindən, yəni, öhdəçiliklərdən azad olan aktivlərdən təşkil 

olunmuşdur. O sığorta cəmiyyətinin ləğv edilməsi  şəraitində  səhm-

darlar arasmda bölüşdürülən pul vəsaitlərinin məbləğini təcəssüm 

etdirir. Xüsusi kapital sığortaçının iqtisadi müstəqilliyini və onun sabit 

şəkildə fəaliyyət göstərməsini təmin edir. 

Əbəs deyildir ki, sığorta şirkətlərinin fəaliyyətinin tənzimlənməsi 

məqsədilə müəyyən edilmiş  bəzi iqtisadi normativlər sığortaçının 

xüsusi vəsaitlərinin ölçüləri ilə uzlaşdırılır. 

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sığorta təşkilatının 

xüsusi kapitalının aşağıdakı mənbələri mövcuddur: nizamnamə kapita-

lı, əlavə kapital, ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət, məqsədli 

daxilolmalar və maliyyələşdirmə, habelə yığım fondları və sosial sfera 

üzrə yaradılan müxtəlif təyinatlı fondlar. 

Respublikanın Dövlət Sığorta Nəzarəti fəaliyyət göstərən və yeni 

fəaliyyətə başlayan sığortaçıların nizamnamə fondunun minimal ölçüsü-

nə qarşı tələblərini irəli sürürlər və bu tələblər daim artırıhr. Sığortaçıların 

nizamnamə kapitalının minimal məbləği üzrə tələblərin artması əgər bir 

tərəfdən dövlətin sığorta təşkilatlarının kapitallaşma bazasının möhkəm-

ləndirilməsinə yönəldilmiş qayğısını əks etdirirsə, digər tərəfdən, milli sı-

ğorta sisteminin müli normativ və tələblərinin beynəlxalq standartlara ya-

xınlaşdırılması yolu ilə dünya sığorta sisteminə inteqrasiyasını ifadə edir. 

Fəahyyət göstərən sığorta təşkilatları üçün 01.01.2012-ci il üçün 

nizamnamə kapitalı 5,0 mln. manat, təkrarsığortaçılar üzrə isə 10,0 

mln. manat müəyyən edilmişdir. 

Adətən beynəlxalq təcrübədə nizamnamə kapitalının minimal öl-

çüsü empirik üsul ilə hesablanır və bu zaman sığorta təşkilatlarının 

fəaliyyətə başlaması üzrə olan xərcləri və ilkin sığorta əməliyyatları-

nın həyata keçirilməsi üzrə zəruri olan vəsaitləri nəzərə alınır. Respub-

likamızm sığorta təcrübəsində (digər MDB ölkələrində olduğu kimi) 

qeyd olunmuş amillər nizamnamə kapitah minimumunun müəyyən 

edilməsində tamamilə  nəzərə alınmışdır. Bütün bunlara baxmayaraq, 

göstərilən problemin aktuallığı bu günədək qalır. 

Sığorta təşkilatlarının etibarlılığı xüsusi kapitalın təhlili prizma-

sından daha aydm görünür. Burada bir növ aktivlərin təminatlılığını 

xarakterizə edən xüsusi kapitahn səviyyəsi göstəricisi böyük önəm da-

şıyır. Analitiklər bu əmsalın sabit olmasına üstünlük verirlər (0,2-dən 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə