Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə141/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   137   138   139   140   141   142   143   144   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

408



üçün bir tərəfdən dövlətin dəstəyi, digər tərəfdən isə real fəaliyyət 

qabiliyyətinə malik olan şirkətlərin sığorta pullarında (daxıllarında), 

sığorta holdinqlərində, müxtəlif qruplarda və s. birləşdirilməsinə dair 

konkret tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Burada prob-

lemin həlli bizcə iki istiqamət üzrə  həyata keçirilməlidir. Birincisi, 

milli təkrarsığorta şirkətinin yaradılması və ikincisi, sığorta pullarının 

yaradılması məsələlərinin tənzimlənməsi. 

Azərbaycan Respublikasının 2007-ci ildə  qəbul olunmuş yeni 

«Sığorta fəaliyyəti haqqında» qanununa əsasən təkrarsığorta institutu 

qanunvericilik yolu ilə  təsbit olunmuşdur. Təkrarsığorta məsələləri 

milli qanunvericilikdə həddən artıq məhdud şəkildə şərh olunur. Mü-

vafiq qanunun bəzi maddələrində sığorta bazarında təkrar sığorta əmə-

liyyatlarinın tənzimlənməsinə deyil, sadəcə olaraq onların mövcudlu-

ğuna işarə edən normalar müəyyən edilmişdir. 

Respublikamızda sığorta bazarının miqyasının və  təkrarsığorta 

əməliyyatlarının həcminin artması, təkrarsığorta təsisatı üzrə xüsusi 

normativ bazanın işlənib hazırlanmasını  tələb edir. Sığorta bazarının 

hal-hazırda mövcud olan inkişaf proqnozlarına  əsaslanaraq demək 

mümkündür ki, təkrarsığorta fəaliyyətnin tam hüquqi təminatının təşkili 

zərurəti, təqribən, 2-3 ildən sonra öz kəskinliyi ilə qarşıda duracaq, ölkə 

qanunvericiliyi və hüququ üçüıı daha aktual məsələyə çevriləcəkdir. 

Azərbaycan Respublikası «Sığorta fəaliyyəti haqqında» Qanunu-

nu 82.5-ci maddəsinin tələblərinə əsasən, sığortaçının bir sığorta pred-

meti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu 

kapitalının 10%-dən çox və eyni zamanda bir sığorta müqaviləsi üzrə 

riskləri ilə bağlı  şəxsi tutumunun həcmi isə onun məcmu kapitalının 

30%-dən çox ola bilməz. Başqa sözlə demiş olsaq, bu təkrarsığorta tə-

sisatının zəruriliyinin qanunvericilik yolu ilə təsbit edilməsi deməkdir. 

Özü-özlüyündə  sığorta resurslarının və müvafiq olaraq sığorta 

risklərinin xaricə axması təkrarsığorta institutu üçün tamamilə təbii bir 

haldır. Bizcə, təhlükə və problem bundadır ki, belə təkrarsığorta pro-

sesi bir kanallı, bir istiqamətlidir. Azərbaycan sığorta və təkrarsığorta 

bazarı öz həcmi və maliyyə imkanları baxımından zəif olduğu üçün 

xarici partnyorlardan respublika sərhədləri daxilinə mahyyə axmları 

baş vermir. Belə bir tendensiyanı isə heç cür əlverişli və müsbət də-

yərləndirmək olmaz. 

Bununla əlaqədar olaraq bizcə, Azərbaycan Respublikası Maliyyə 

Nazirliyinin risklərin xaricə bu cür total ötürülməsinin qarşısının alın-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



409

ması üçün, sığorta mükafatının xaricə ötürülən hissəsinə (həm rezident-

lər, həm də qeyri-rezidentlər tərəfindən) xüsusi verginin dərəcəsinin 

artırılması məqsədəuyğun olardı. Məsələni bir qədər də detallaşdıraraq 

qeyd edək ki, milli sığortaçılar topladıqları tədiyyələrin 40%-dən çoxu-

nu xarici təkrarsığortaçıya satırsa, onda bu məbləğ ikiqat vergiyə cəlb 

edilməlidir. Lakin etiraf edək ki, bu cür sərt tədbirlərin reallaşdırılması 

üçün daxili bazarda müvafiq mühitin yaradılması da mühüm şərtdir. 

Bizcə, yaxın perspektivdə ölkədə təkrarsığorta seqmentinin inki-

şafının ssenarisi iki istiqamətdə inkişaf edə bilər: birincisi, elə təkrarsı-

ğorta, ikincisi isə broker variantı. 

Birinci halda kifayət qədər kapitala və zəruri ixtisaslaşmaya malik 

milli  şirkətlər, böyük həcmli xüsusi saxlama məbləği daxilində tam-

hüquqlu təkrarsığorta şirkətləri kimi fəaliyyət göstərəcəklər. Bu zaman 

onların kapitalı  həm daxili, həm də xarici mənşəli ola bilər. Hətta 

dövlətin də iştirakçısı olduğu iri şirkətin formalaşması da mümkündür. 

Broker variantı isə milli təkrarsığortaçıların daxili və xarici sığor-

ta şirkətləri arasında vasitəçiyə çevrilməsini nəzərdə tutur. Buna müx-

təlif səbəblər ola bilər. Əvvəla, bir çox sığorta şirkətləri hələ də qərbin 

sığorta bazarına çıxmaqda, xarici partnyorlar axtarmaqda çətinlik 

çəkirlər. Digər tərəfdən-kiçik və orta həcmli risklər xarici sığorta 

şirkətləri üçün heç də həmişə cəlbedici olmurlar. Əksər hallarda xarici 

sığortaçılar onlar üçün tanış olmayan milli sığortaçılarla işləməkdən 

çəkinirlər. Araşdırmalar göstərir ki, MDB ölkələrində, o cümlədən 

respublikamızda məhz broker variantı daha perspektiv hesab olunur, 

çünki, məhz bu variant milli və xarici şirkətlərin bərabərhüquqlu 

partnyorlar kimi əməkdaşhğına zəmanət verir. 

Hal-hazırda Sığorta Nəzarəti Maliyyə Nazirliyinin bir struktur 

bölməsi kimi müstəqil qərarlar qəbul etmək imkanından məhrumdur. 

Başqa söziə, o ancaq sonradan qəbul ediləcək qərarlar səlahiyyətinə 

malikdir. Belə prosedura nəzarətin operativliyini və  səmərəliliyini 

azaldır, onu daha formal və bürokratik edir. Bizcə, sığorta bazarının 

idarəedilməsi üzərində nəzarətin müstəqil funksional təsisat tərəfindən 

həyata keçirilməsi yeganə düzgün addım olardı. Bu əksər ölkələrin 

təcrübəsində də sübut olunmuşdur. Bu zaman sığorta bazarınm səmə-

rəli şəkildə tənzimlənməsi üçün ilkin şərtlər kimi iki vacib aspekti xü-

susi vurğulamalıyıq. Birinci aspekt nəzarət orqanlannın müstəqil statu-

sa malik olmasıdır. İngiltərə və Fransada mövcud olan sığorta nəzarəti 

sərbəst və  təmamilə müstəqil orqanların öhdəsinə qoyulur. Məsələn, 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

410



Fransada həyata keçirilmiş islahatlar nəticəsindəcəsində müstəqil or-

qan olan və hakimlərdən ibarət olan sığorta nəzarəti üzrə komissiya 

təşkil olunmuşdur. Şuraya iqtisadiyyat naziri başçılıq etsə də, sığorta 

təşkilatlarının fəaliyyətlərinə nəzarət sərbəst dövlət strukturunun vəzi-

fəsinə daxil olur. 

İkinci həlledici aspekt isə onların işinin keyfiyyətidir, Məhz onla-

rın öhdəsinə peşəkar mütəxəssislərin hazırlanmasrı  sığorta bazarının 

statistik bazasının inkişafma və bütövlüyünə nəzarət; sığorta sahəsinə 

aid olan ümumi normalar ilə qaydaların yaradılması və yayılması; çə-

tin və mürəkkəb 32əməliyyatlann həyata keçirilməsi zamanı həmkar-

lara zəruri xidmətin göstərilməsi və sığortaçılar arasmda yaranmış mü-

bahisələrin tənzimlənməsi üzrə tapşırıqların həlli vəzifəsi qoyulur. 

Bizcə, nəzarətin daha məhsuldar şəkildə yerinə yetirilməsi üçün aşa-

ğıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilməlidir: 

- nəzarət sisteminin sabitliyi; 

- nəzarət funksiyalarının həyata keçirilməsini təmin edən qanun-

vericiliyin şəffaf və aydm olması; 

- qanunvericilikdə nəzərdə tutulmuş sanksiyaların məcburiliyi və 

dönməzliyi; 

-nəzarətdən daha çox idarəetmə və tənzimlənmənin iqtisadi aləti 

kimi istifadə olunması və s. 

Respublikamızın sığorta nəzarəti sistemində son illərdə baş 

vermiş müsbət dəyişikliklərlə yanaşı, həll edilməsi zəruri olan bir sıra 

məsələlər hələ  də mövcuddur. Bu nöqsanlar, hər  şeydən  əvvəl milli 

sığorta nəzarəti sisteminin beynəlxalq təsisatlara inteqrasiya prosesinə 

mənfi təsir göstərmiş olur. 

Mövcud vəziyyət sığorta nəzarətinin hüquqi statusunu, strukturu-

nu, funksiyalarının, maliyyələşdirilmə  mənbələrini müəyən edən, il-

kin, cari və sonradan nəzarətin, sığorta təşkilatlarına qarşı tətbiq olu-

nan sanksiyalar və tədbirlər sisteminin həyata keçirilməslnə dair əsas 

müddəaları  əsaslandıran sığorta nəzarəti haqqında ayrıca qanunun 

qəbul olunması ilə normallaşdırıla bilər. Xüsusi qüvvəyə malik bu cür 

qanunlar və yaxud digər ümumi qanunlarda əksini tapan müvafiq böl-

mələr praktiki olaraq AB-nin bütün ölkələrində qəbul olunmuşdur. 

 

 

 



 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə