Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə138/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   134   135   136   137   138   139   140   141   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

400



mişdir.  İndi dövlət sığorta təşkilatları ilə yanaşı digər səhmdar, fərdi 

və sığorta və təkrarsığorta fəaliyyətini həyata keçirən müştərək sığorta 

cəmiyyətləri formalaşmış və müvəffəqiyyətlə inkişaf etmişdir. 

Beynəlxalq sığorta münasibətlərinin inkişafının ideologiyası belə 

bir fundamental təməl üzərində qurulur ki, sığorta bazarı nə qədər ge-

nişdirsə, o bir o qədər çox pul vəsaitlərini və maliyyə resurslarını özü-

nə cəlb edib «uda» bilir. Çünki, müasir dünyada pul axınlarının səmə-

rəli təşkili və idarəedilməsi əsasən, sığorta şirkətlərinin və ümumilik-

də, sığorta bazarının inkişafmdan asılı olur. İndi sığorta işində qlobal-

laşmanın əsasını - dünya maliyyə axınlarının sürətli hərəkəti, transsər-

həd ticarətinin genişlənməsi, təkrarsığorta bazarının adekvat inkişafı 

çərçivəsində virtual iqtisadiyyatın mütəşəkkil seqmentinə çevrilməsi 

prosesi təşkil edir. 

Bu baxımdan respublikada da əsasən sığorta xidmətlərinə olan tə-

ləbatı formalaşdıran sığortalılar və bu tələbatı ödəyən sığorta şirkətləri-

nin fəaliyyət göstərdikləri iqtisadi məkanı ifadə edən yeni sığorta bazarı 

təşəkkül tapmağa başlamışdır. Pul vəsaiti ehtiyatlarının səfərbər olun-

ması və onların investisiya kimi iqtisadiyyatın real bölməsinə cəlb edil-

məsi respublikanın iqtisadi cəhətdən inkişaf etdirilməsi tempinə  əsas-

lanmışdır. Belə ki, sığorta üzrə olan investisiyalar hal-hazırda bank kre-

ditləri kimi təsərrüfat subyektlərinin xarici maliyyələşdirilməsinin əsas 

mənbələrindən birinə çevrilmişdir. Öz növbəsində  sığorta  şirkətlərinin 

bu istiqamət üzrə fəaliyyətinin səmərəliliyi ehtiyatların səfərbər olunm-

ası üçün nəzərdə tutulmuş sığorta məhsullarının yeni növlərinin keyfiy-

yətli  şəkildə  tətbiq olunması  və eləcə  də  sığortaçılar tərəfindən idarə-

etmənin bazar prinsiplərinə uyğun yeni metodlarımn məninısənilməsi 

ilə müəyyən edilmişdir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sığorta 

resurslarının idarəolunması üzrə böyük təcrübə toplanılmasına baxma-

yaraq Azərbaycanın milli sığorta sisteminə mexaniki şəkildə tətbiq olu-

na bilməzlər. Belə ki, respublikada sığorta bazarının formalaşdırılması 

və inkişafı, eləcə də sığorta şirkətlərinin bu bazarda fəaliyyət göstərməsi 

ilə  əlaqədar olan bir sıra iqtisadi-təşkilati xüsusiyyətlər mövcuddur. 

Bunlara sığorta sahəsində bir tərəfdən milli sığorta bazarı və iqtisadi cə-

hətdən müstəqil olan sığorta şirkətlərinin meydana çıxması, digər tərəf-

dən isə bu şirkətlərin inkişafında çoxsayh maneyələrin (həm hüquqi-

normativ, həm də iqtisadi) qorunub saxlanması aid edilə bilər. Sığorta 

sahəsinin müasir sisteminin respublikada özünəməxsus xüsusiyyətlərə 

malik olması ölkənin milli sığorta bazarının strateji və cari inkişafı üzrə 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



401

yeni yanaşma üsullarının işlənib hazırlanmasını  tələb edir. Bu isə öz 

növbəsində toplanılmış təcrübənin elmi cəhətdən ümumiləşdirilməsi və 

sığorta resurslarının keçid tipli iqtisadiyyat şəraitində idarəolunması 

nəzəriyyəsi və metodologiyasının daha da inkişaf etdirilməsi zərurətini 

ortaya qoyur və dissertasiya mövzusunun aktuallığını təsdiq edir. Sığor-

ta bazarının normal fəaliyyət göstərməsinin əsas şərti onun iştirakçıları-

nı və ilk növbədə sığorta təşkilatlarının sabit və səmərəli fəaliyyəti ilə 

bağlıdır. Sabitlik və etibarlılıq kriteriyası isə öz növbəsində etibarlı ödə-

niş qabiliyyəti, maliyyə sabitliyi, sığorta müqaviləsi üzrə olan öhdəçi-

liklərin yerinə yetirilməsinin operativ və tam şəkildə icra olunması ilə 

əlaqədardır. Bütün bunlar isə sığorta müəssisələri resurslarının səmərəli 

idarəolunması ilə təmin edilir. 

Zəruri maliyyə ehtiyatlarının müxtəlif formalarda yaradılması – 

mikro və makro iqtisadi sabitliyin mühüm şərti kimi dəyərləndirilir. 

Məhz buna görə  də bu cür ehtiyatların optimal şəkildə yaradılması 

məsələləri öz kardinal həllini mütləq tapmalıdır. Sığorta (ehtiyat) fon-

dunun ölkənin milli sərvətinin mühüm bir hissəsi olması faktını nəzərə 

alsaq, problemin aktuallığı heç bir şübhə doğurmur. 

Ümummilli sığorta ehtiyatlarının xarakterik xüsusiyyətlərindən 

biri onun ümumi daxili məhsulun müstəqil tərkib hissəsi olmaqla, əv-

vəlcədən, qeyd-şərtsiz nə yığun, nə də istehlak fonduna aid edilə bil-

məməsidir. Bu fondlar nə gəlir kimi istehlak edilə, nə də mütləq yığım 

fondu kimi çıxış edə bilməzlər. Son nəticədə onların yığım və ya 

istehlak fondları kimi istifadə olunması baş verəcək hadisədən və hə-

min hadisənin nəyə zərər yetirəcəyndən birbaşa asılıdır. 

Müasir iqtisadi ədəbiyyatda «sığorta resurslarının» tərifinin 

müəyyən edilməsinə dair bir neçə yanaşma üsulları mövcuddur. Bir 

çox müasir Rusiya alimləri (həmçinin MDB ölkələrinin müəllifləri) 

«sığorta resursları» anlayışının məzmununu şərh edərkən, müasir, iqti-

sadçılar tərəfindən elmi işlərdə geniş istifadə olunan «sığorta ehtiyat-

ları» kateqoriyasına  əsaslanırlar. Bizim fikrimizcə  sığorta resursları 

dedikdə sığorta təşkilatlarının sərəncamında olan, həm cari daxilolma-

ları, həm də sığortaçının xüsusi vəsaitləri və cəlbedilmiş vəsaitlər he-

sabına yaradılmış fondları  əhatə edən pul resurslarının məcmuu başa 

düşülür. Sığorta resursları nəinki sığorta fəaliyyətinin maüyyələşdiril-

məsində, eyni zamanda, həmçinin, sığortaçının maliyyə və investisiya 

fəaliyyətinin müxtəlif növlərində yerləşdirilə bilərlər. 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə