Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə136/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   132   133   134   135   136   137   138   139   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

394



etsin. Bu qərar Milli Bankın ehtiyat normalarını tənzimləməklə kredit 

siyasətini çevik dəyişmək imkanından məhrum etdi. 

Şübhəsiz, ölkədə  məhsul və resurs təminatı olmayan kredit 

emissiyasının artdığı, neqativ faiz siyasətinin yeridildiyi və inflasi-

yanın dərinləşdiyi bir şəraitdə  sərt kredit siyasətinin alternativi ola 

bilməz. Lakin yeridiləcək bu siyasətin özünün də  dəqiq mexanizmi 

müəyyənləşdirilməli və  nəzərə alınmalıdır ki, sərt kredit siyasəti 

Azərbaycan iqtisadiyyatında dərin kök salmış digər problemlərin 

kəskinləşməsinə də şərait yarada bilər. Bu gün müəssisələrin böyük 

bir hissəsi öz maliyyə vəziyyətlərinin yaxşılaşdırılması yolunu ucuz 

kreditlərin alınmasında görürlər. Lakin bunun özü də müəssisələrin 

maliyyə yükünü daha da ağırlaşdıra bilər. BVF Azərbaycana sərt 

kredit siyasətinin yeridilməsini təklif etməklə yanaşı, həm də respub-

likada ödəməmələr probleminin həlli barədə də öz tövsiyəsini bildir-

məsi məqsədəuyğun olardı. 

Kredit siyasətinin sərtləşdirilməsi ilə əlaqədar bir cəhəti də nəzərə 

almaq lazımdır. Bu da, hər şeydən əvvəl, Azərbaycan iqtisadiyyatının 

inflyasiya ilə deyil, məhz staqflyasiya (qiymət artımının istehsalın 

tənəzzülü ilə müşayiət edilməsi) ilə üzləşməsilə bağlıdır. Belə bir şə-

raitdə bahalı kreditlərin istehsalda canlanma yaradacağını söyləmək 

olmaz. İlk baxışdan belə bir təsəvvür yarana bilər ki, kredit siyasətinin 

sərtləşdirilməsi intlyasiya tempini azaldacaq və bu nəticə etibarilə in-

vestisiya fəallığının artmasına səbəb olacaq və istehsal həcmi genişlə-

nəcək.  İnflyasiya yalnız kredit emissiyası ilə bağlı olsaydı belə bir 

müsbət nəticəni gözləmək olardı. Lakin Azərbaycan iqtisadiyyatının 

dol1arlaşdığı bir dövrdə inflyasiya daha çox manatın məzənnəsinin 

aşağı düşməsinə təkan verır. Əslində, inflyasiya manatın məzənnəsini 

əks etdirməli olduğu halda, manatın məzənnəsi inflyasiyanın tempini 

müəyyən edir və  həlledici amilə çevrilir. Bu baxımdan, təklif edilən 

sərt kredit siyasəti həm də milli valyutanın sabitliyini təmin edə bilən 

valyuta siyasəti ilə tamamlanmalıdır. Həmçinin, sərt kredit siyasətinin 

həyata keçirilməsi yolunda maneə kimi çıxış edən və kredit sistemində 

rəqabət münasibətlərinə imkan verməyən bəzi qurumların fəaliyyət 

mexanizminə və onların statusuna da yenidən baxılmalı idi. 

BVF-nin başqa bir prinsipi dövlət sifarişinin ləğvi ilə bağlıdır. 

Dövlət sifarişinin tətbiq edilməsinin mövcud mexanizminin səmərəsiz 

olduğunu birmənalı  şəkildə inkar etmək, fıkrimizcə, doğru olmazdı. 

Mövcud olmuş bu mexanizm özəl müəssisələrin mənafeyini nəzərə 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



395

almadığı kimi, dövlətin də maraqlarına cavab vermir. Lakin bu heç də 

dövlət sifarişinin tamamilə  ləğv edilməsinə  əsas vermir. Bu dövləti 

iqtisadiyyata birbaşa təsir göstərmək imkanından məhrum etmiş olar. 

Bu gün sadəcə olaraq, dövlətlə müəssisələr arasında qarşılıqlı əlaqənin 

daha səmərəli formaları seçilməlidir. 

Beynəlxalq maliyyə qurumları ilə ölkədə maliyyə bazarının inki-

şaf etdirilməsi istiqamətində əməkdaşlığın ikinci istiqaməti kimi Dün-

ya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, İslam İnkişaf Bankı, Av-

ropa Yenidənqurma və İnkişaf Bankı və ayrı-ayrı ölkələrin kommersi-

ya bankları ilə olan əməkdaşlığı göstərmək olar. 

Qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondunun və Dünya 

Bankının yerinə yetirdikləri funksiyaların fərqli olmasına baxmayaraq, 

son nəticə etibarı ilə onların fəaliyyəti bir-birini tamamlayır. Belə ki, 

hər iki qurum beynəlxalq səviyyəli kredit təşkilatı olmaqla yanaşı, 

ölkədə ticarət və investisiyaların canlanması üçün maliyyə bazarının 

fəaliyyətinin sabitləşdirilməsi və  dərinləşdirilməsi, mübadilə  məzən-

nəsinin tənzimlənməsi, milli infrastrukturun inkişafının yaxşılaşdırıl-

ması və ölkədə struktur islahatlarının həyata keçirilməsi üçün kredit-

lərin verilməsini həyata keçirir. 

Son 10 il ərzində Dünya Bankının və Beynəlxalq Valyuta Fondu-

nun mütəxəssisləri ölkədə struktur islahatlarının sürətləndirilməsi və 

dərinləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu təd-

birlərin əsası kimi BVF-nin və DB-nin mütəxəssisləri aşağıdakı istiqa-

mətlərin üstünlük təşkil etməsini və bu istiqamətlər üzrə layihələrin 

dəsətəklənməsini məqbul hesab edir: 

- Enerji sektorunda islahatların həyata keçirilməsi; 

- Maliyyə sektorunda islahatların həyata keçirilməsi; 

- Özəlləşdirmənin ikinci proqramının həyata keçirilməsi; 

- Sosial sferada islahatların həyata keçirilməsi. 

Beynəlxalq maliyyə qurumlarının respublikamızda azad, sərbəst 

bazar münasibətlərinin, eləcə  də maliyyə bazarının formalaşması  və 

inkişafı üçün bank sektorunda da islahatların həyata keçirilməsini 

məqsədəuyğun hesab edir. Belə ki, hal-hazırda ölkədə 45-ə yaxın bank 

fəaliyyət göstərir. 

Son dövrlərdə bank sektorunun inkişafının mühüm istiqamətlərin-

dən - biri kimi ölkədə xarici kapitalın inkişafına qoyulan limitin ara-

dan qaldırılmasını göstərmək olar (qeyd edək ki, mövcud məhdudiy-

yət 30%-dən 50%-ə çatdırılıb). 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

396



Ticarət rejiminin liberallaşdırılmasının dərinləşməsi ölkədə möv-

cud olan valyuta rejiminin də liberallaşdırılma səviyyəsinın yüksəldil-

məsini tələb edir. Bura gömrük xidmətləri zamanı valyutanın həcmin-

dən asılı olmayaraq ölkəyə daxil olması və ölkədən çıxarılması, habelə 

valyuta köçirmələri sahəsində mövcud olan problemlərin aradan qal-

dırılması daxildir. 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı mode-

lini özünə əsas iqtisadi inkişaf forması kimi seçmiş istənilən ölkə üçün 

bazar iqtisadiyyatlı ölkə statusunu alması mühüm şərtdir. Bu ilk növ-

bədə  həmin ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasını, uzun-

müddətli xarici investisiyaları ölkəyə gətirməsini, beynəlxalq maliyyə 

qurumları ilə əməkdaşlıqda üstün mövqe qazanmasını və digər bir sıra 

münbit şəraitin əldə olunmasını şərtləndirir. Belə ölkənin Ümumdünya 

Ticarət Təşkilatına üzvolma prinsiplərinə də kömək edir. Bazarın iqti-

sadiyyatının qərarlaşması ilə  aşağıda sadalanan prinsiplərin gözlənil-

məsi arasında sıx qarşılıqlı bağlılıq mövcuddur: 

- Ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin beynəlxalq 

və ya dünya qiymətlərinə uyğunlaşdırılması; 

- İqtisadiyyatda dövlət nəzarətinin və dövlət mülkiyyətinin xüsusi 

çəkisinin minimuma endirilməsi; 

- Milli valyutanın dönərliliyinin tam şəkildə təminatı; 

- Liberal əmək bazarının yaradılması  və inkişafının təmin edil-

məsi; 

- Qiymətlərə nəzarətin minimuma endirilməsi və qiymətlərin sər-



bəst bazar tənzimlənməsi prinsiplərinə keçilməsi; 

- Xarici investisiyaların fəaliyyətinə qoyulmuş qadağaların aradan 

qaldırılması; 

- Ölkədə maliyyə bazarının formalaşmasının beynəlxalq standart-

lara uyğunlaşdırılması. 

Bütün bu sadalananlar göstərilməklə yanaşı, Azərbaycan höku-

mətinin ölkədə bazar iqtisadiyyatının yaradılması  və maliyyə bazarı-

nın formalaşması və inkişafı üçün əməkdaşlıq etdiyi ikinci istiqamət, 

regional və ayrı-ayrı ölkələrin maliyyə qurumlarıdır. Belə qurumlara 

Kuveyt Fondu, Almaniya Yenidənqurma Kredit Bankı, Kənd Təsərrü-

fatının İnkişafı Fondu, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Türk 

Eksimbankı, Britaniya Bankları Qrupu, Amerika Eksimbankı ilə  də 

əməkdaşlığı göstərmək olar. Bunlarla yanaşı, respublikamız regional 

maliyyə qurumlarından Avropa Yenidənqurma və  İnkişaf Bankı 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə