Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə133/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   129   130   131   132   133   134   135   136   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



385

Digər bir maliyyə qurumu BVF-dir. Ölkədə  həyata keçirilən 

iqtisadi islahatları maliyyələşdirmək məqsədilə BVF-dən 514,1 mln. 

dollar məbləğində kredit alınmışdır. Alınmış kreditlərin 431,8 mln. 

dolları  və ya 84,0 faizi istifadə edilib, verilən kreditin isə 82,2 mln. 

dolları və ya 12%-i qaytarılıb. Ödəniməli məbləğin (262,0 mln. dollar) 

məcmu xarici kreditlərdə xüsusi çəkisi 5l % olmuşdur. Kreditiərin 

6,9%-i struktur dəyişikliklərin maliyyələşməsinə (STF krediti), 27%-i 

struktur yenidənqurmanın maliyyələşməsinin genişləndirilməsinə 

(ESAF krediti), 16,9%-i geniş maliyyələşdirməyə (EFF krediti), 

16,2%-i konpensasiyalı  və fövqəladə maliyyələşməyə, 23,2%-i isə 

yoxsulluğun azaldılmasına yönəldilmişdir. 

Alınan xarici kreditlərin digər iri kreditoru Yaponiya Beynəlxalq 

Əməkdaşlıq Bankıdır. Kreditorlar üzrə xarici borcun 17%-i bu bankın 

payına düşür. YBƏB-in verdiyi kreditiər daha çox istehsal xarakterli 

olmaqla 465,4 milyon dollar məbləğindədir. Bu kreditlərin 460,6 

milyon dolları  və ya 99%-i istifadə edilib, 35,9 milyon dolları  və ya 

7,7%-i isə artıq qaytarılıb. YBƏB- in verdiyi kreditlər başlıca olaraq 

"Şimal" SES-in (ümumi məbləğin 12%-i) və "EP- 300" Zavodunun 

tikintisinə (ümumi məbləğin 3,3%-i) yönəldilmişdir. 

Avropa Yenidənqurma və  İnkişaf Bankından isə “Yenikənd” 

SES-in tikintisi, Bankının su təchizatı, Aeronaviqasiya sisteminin ye-

nidən qurulması, Mingəçevir SES-in tikintisi, Bakı  Dəniz Limanının 

və Transqafqaz dəmiryolunun bərpası layihələrinin maliyyələşdiril-

məsi məqsədilə 148 milyon dollar həcmində kredit alınmışdır. Bu kre-

ditlərin 127,4 milyon dolları və ya 86,1%-i istifadə edilib, 47,2 milyon 

dolları və ya 31,9 %-I qaytarılıb, 80,1 milyon dolları və ya 54,1%-I isə 

ödənilməli məbləğdir. 

Ümumiyyətlə, qeyd edək ki, ölkədə aparılan iqtisadi islahatları 

maliyyələşdirmək məqsədilə beynəlxalq maliyyə-kredit təşkilatları 

tərəfindən kreditlərin 44%-i SDR-lə, 27%-i Yapon yenası, 17%-i ABŞ 

dolları, 6%-i İsveç frankı, 3%-i AVRO ilə verilmişdir. 

Hal-hazırda ölkənin kredit bazarında, subyektlər arasındakı kredit 

münasibətlərində bir sıra problemlər mövcuddur ki, bu problemlər də 

ölkədə effektiv kredit bazarının formalaşmasına və normal inkişaf et-

məsinə, beynəlxalq maliyyə-kredit bazarlarına inteqrasiya olunmasına 

maneələr törədir. Ölkənin kredit bazarında nəzərəçarpacaq problem-

lərdən biri bank kreditlərinin birtərəfli axını ilə bağlıdır. Bu birtərəfli 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

386



axın bankların real sektorunun kreditləşdirilməsindəki iştirakını ləngi-

dir və ya maraqsız edir. Belə ki, ölkədə dövlət qiymətli kağızların 

(DQK) daha yüksək likvidliyə və gəlirliliyə malik olması və digər qiy-

mətli kağız növlərinin zəif inkişaf etməsi həmin seqmentin cəlbedicili-

yini artırmışdır. Bu da öz növbəsində bankların kredit resurslarının 

qeyri-real sektora, daha doğrusu, dövlət qiymətli kağızlar bazarına 

axınını stimullaşdırmışdır. Nəticədə isə real sektorun kreditləşmə  sə-

viyyəsi tələb olunan səviyyədə olmamışdır. 

Ölkədə  fəaliyyət göstərən bankların təqdim etdikləri kreditlərin 

əsas mənbəyi kimi əmanətlərin strukturunu araşdırarkən məlum olur 

ki, resurs mənbələrinin zəifliyi rentabelliyin səviyyəsinin azalmasına 

və  zərərlə  işləyən müəssisələrin artmasına səbəb olmuş  və deməli, 

mənfəəti azaltmaqla kredit bazarında, o cümlədən real sektorda bank-

ların kredit təqdim edən subyekt kimi səmərəli fəaliyyətini zəiflətmiş-

dir. Lakin müəssisə  və  təşkilatların, ev təsərrüfatlarının kommersiya 

banklarının passivlərini tamamlamaq imkanları  təkcə onların mənfə-

ətinin, əmək haqlarının və digər pul gəlirlərinin həcmindən (ölçüsün-

dən) deyil, eləcə də iqtisadiyyatın ümumi maliyyə vəziyyətindən asılı-

dır. Bu mənada, 2001-ci ilə kimi həyata keçirilən ortodoksal monetar 

siyasətin ölkə iqtisadiyyatında pul qıtlığı və kütləvi ödəmə yaratması 

kredit resurslarının və əmanətlərin formalaşmasına mənfi təsir göstər-

mişdir. Qeyd etməliyik ki, belə bir şəraitdə nəinki real sektorun, hətta 

bankların da pul (borc) vəsaitinə olan tələbatının ödənilməsi müsbət 

nəticə verə biiməzdi. Məhz bu baxımdan, bütün bunlar onu qeyd et-

məyə əsas verir ki, kredit bazarının zəif inkişaf etməsini və real sekto-

run kreditləşdirilməsini məhdudlaşdıran  əsas problem dəyər və müd-

dəti üzrə tarazlaşdırılmış resurs bazasının mövcud olmamasıdır. 

Azərbaycan Respublikasında kredit bazarının inkişafını  və bey-

nəlxalq maliyyə bazarlarına inteqrasiyasının, daha doğrusu, beynəl-

xalq maliyyə  təşkilatlarının, xarici ölkələrin, vətəndaşların kredit ba-

zarlarında iştirakını ləngidən amillərdən biri də ölkənin kredit bazarın-

da əhəmiyyətli kredit riskinin mövcudluğu ilə bağlıdır. Bunun əsas sə-

bəbləri kimi ölkədə biznes mühitinin nisbətən  əlverişsiz olması; real 

və qeyri-real sektorda sağlam rəqabət mühitinin zəif inkişafı, bir çox 

sahələrdə inhisarçılığın geniş vüsət alması; sahibkarların böyük əksə-

riyyətinin biznes-plansız və ya zəif biznes-plan ilə fəaliyyət göstərmə-

si, alınan kreditin geri qaytarılması imkanlarını sübut edə bilməməsi; 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



387

ölkədə kölgə iqtisadiyyatının mövcudluğu; real sektorda fəaliyyət gös-

tərən müəssisələrin bir çoxunun zərərlə  və  ya  az  mənfəətlə  fəaliyyət 

göstərməsi və ya onların maliyyə  vəziyyətinin qeyri-sabitliyini və s. 

qeyd etmək olar. 

Respublikada kredit bazarının resurs bazasının zəifliyi də günün 

aktual problemlərindəndir. Belə ki, apardığımız təhlildən də göründü-

yü kimi, hal-hazırda ölkənin kredit bazarında təqdim edilən kreditlərin 

böyük hissəsi qısamüddətli kreditlərin payına düşür. Fikrimizcə, bu-

nun əsas səbəbi məhz həmin bu kreditlərin resurs bazasının müddəti-

nin onunla eyni xarakterli olmasıdır. Yəni kreditlərin əsas təminatçısı 

olan bankların uzunmüddətli resurslarının ümumi resurslardakı payı-

nın az olması, resurs bazasının tərkibində qısamüddətli və tələb oluna-

nadək  əmanətlərin (o cümlədən depozitlərin) yüksək xüsusi çəkiyə 

malik olması, həmin bu kreditorların kredit bazarında daha ehtiyatlı 

hərəkət etməsinə, qısamüddətli kreditlər verilməsinə  və  s.  kimi  ölkə 

iqtisadiyyatı üçün neqativ hadisələrə səbəb olur. 

Azərbaycan Respublikasının kredit bazarında mövcud olan digər 

problem Mərkəzi Bankın keçirdiyi kredit hərraclarının dominantlığı ilə 

əlaqədardır. Qeyd edək ki, Mərkəzi Bankın diskont faizləri də (uçot 

dərəcələri) həmin hərracların nəticələrinə uyğun olaraq müəyyən olu-

nur. Belə hal isə heç vaxt səmərəli ola bilməz. Ona görə ki, burada yal-

nız Mərkəzi Bank öz resurlarını satışa çıxarır. Digər banklar isə satışa 

vəsait çıxara bilmirlər. Başqa sözlə, kredit bazarına qeyd edilən priz-

madan yanaşdıqda müəyyən olunur ki, burada kreditə olan tələb və 

təklif tam nəzərə alınmır. Belə hal isə  təbii olaraq kredit faizlərinin 

düzgün formalaşmamasına gətirib çıxarır. Ümumiyyətlə, kredit bazarın-

da olan problemləri açıqlayarkən aydın olur ki, Mərkəzi Bankın kom-

mersiya bankları üçün yenidən maliyyələşdirmə dərəcəsini 7 faiz həc-

mində müəyyənləşdirsə  də, kommersiya banklarının hüquqi və fiziki 

şəxslərə satdıqları kreditdə bu məbləğ birmənalı olaraq 20-25 faiz ara-

sında olur. Belə hal ilk növbədə kredit bazarında mövcud olan problemi 

göstərməklə yanaşı, ölkədə kreditə olan ehtiyacın böyük olduğunu 

göstərir. Başqa sözlə, ölkənin Mərkəzi Bankı kommersiya bankları 

üçün vəsaitlərinin digər banklara satışını  təmin etməlidir. Belə hal isə 

fikrimizcə, kommersiya banklarının hüquqi və fiziki şəxslərə satdıqları 

kreditlərin faiz dərəcəsini aşağı salmasına şərait yaratmış olar. 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə